İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə96/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   92   93   94   95   96   97   98   99   ...   102
Malus kirqhisorum Al. Et. An.Theod. – Qırğız alması. Orta Asiya növü.

Ağacdır, qabığı qarışıqdır, qonurdur. Yarpaqları uzunsovdur, uzunluğu 8-10 sm, eni 4-6 sm-dir, əsası pazşəkilli, ucu iti və ya kütdür, kənarı dişcikli, saplağı qısadır. Çiçəkləri ağ və ya çəhrayıdır, diametri 4 sm-dir, az çiçəkli çətirlərdə toplanıb, kasayarpaqları tökülmür. Meyvələri tək-tək, şarşəkilli və ya yastılaşmışdır, qırmızı kirşanlıdır, diametri 3-8 sm-dir. Toxumları boz, uzunluğu 6-8, eni 3-5 mm-dir, 1000 toxum 24-27 qr-dır [1,2,3,8].

Ləpəaltı dirsək 30-40 mm uzunluğunda və təxminən 1 mm enindədir, çox və ya az dərəcədə çəhrayı-qırmızıdır. Ləpə yarpaqları enli ovaldır, 10-12 mm uzunluğunda və 8-9 mm enindədir, yuxarıdan dairəvidir, azca ətvaridir, saplağı qısadır, demək olar ki, oturaqdır. Ilk yarpaqları növbəlidir, sərt ikiqat dişciklidir, saplağı ayadan üç dəfə qısadır. Yaxın sonuncu yarpaqlar ilk yarpaqlara oxşardır, lakin onlardan nisbətən iridir. Ləpəüstü dirsək və ya birinci buğumarası, yaxın və sonuncu buğumaraları kimi çəhrayı qırmızı və ya demək olar ki, yaşıldır, tam oturaqdır, yarımbasılmışdır və bəzən aralıdır, uzun tükcüklüdür. Cücərtilər qeyri-bərabər rənglənmiş, tünd çəhrayı lətə malik meyvələrdən alınmış toxumlardan becərilmişdir. Cücərtilərin ləpəaltı və ləpəüstü dirsək hissələri, saplağı, yarpağı, yarpağın orta damarı çəhrayı-qirmızı, bəzi cücərtilərdə isə yaşıl, ləpəüstü dirsək isə açıq çəhrayı rənglənmişdir [6].

Əkin payızda (15.10.2009) aparılmışdır. İlk cücərtilər 27 mart 2010-ci il tarixində əmələ gəlmişdir.

Birillik toxmacarların hündürlüyü 20 sm, çətirin diametri 10-15 sm-dir. Çətirin yan budaqları 4-6 ədəd olub, uzunluğu 3-5 smdir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 3-4 sm, yarpaqcıqların sayı 6-8 ədəddir. Kök sistemi mildir, 3-4 sm dərinə gedir. Kök boyuncuğunun diametri 3-4 mm-dir. Birinci dərəcəli yan köklər 3-5 ədəd olub, uzunluğu 6-8 sm, ikinci dərəcəli yan köklər 10-12 ədəd olub, uzunluğu 4-8 sm, üçüncü dərəcəli yan köklər 20-22 ədəd olub, uzunluğu 3-5 sm-dir. Kök sisteminin diametri 25-27 sm-dir.

İkiillik toxmacarların hündürlüyü 27-30 sm, çətirin diametri 20-25 sm-dır. Çətirin yan budaqları 4-6 ədəd olub, uzunluğu 12-14 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 5-7 sm, yarpaqcıqların sayı 6-10ədəddir. Mil kökün uzunluğu 12 sm, kök boyuncuğunun diametri 3,5-4 mm-dir. Birinci dərəcəli yan köklər 8-10 ədəd olub, uzunluğu 12-14 sm, ikinci dərəcəli yan köklər 18-20 ədəd olub, uzunluğu 6-10 sm, üçüncü dərəcəli yan köklər 26-30 ədəd olub, uzunluğu 4-5 sm-dir. Kök sisteminin diametri 30-35 sm-dir.


  1. Malus Niedzwetzkyana Dieck. – Qırmızıyarpaq və ya Nedzvetski alması. Orta Asiya növü.

Ağacdır, budaqlarının qabığı tünd-qırımızıdır, azca kələ-kötürdür. Yarpaqları ovaldır, uzunluğu 8 sm, eni 3-4 sm-dir, kənarı xırdadişciklidir, saplağı qısadır. Çiçəkləri ağımtıl və ya tünd- qırmızıdır, 3-4,5 sm diametrindədir, kasayarpaqları tökülmür. Meyvələri tək-tək, kiçik, şarşəkillidir, ləti çəhrayı, al-qırmızıdır, turş və ya şirindir. Toxumları uzunsovdur, 1000 toxumun çəkisi 14,22 q-dir. Azərbaycanda Lənkəran ərazisində rast gəlinir [1,2,3,8].

Ləpəaltı dirsək çəhrayı-qırmızıdır, 15-20 (25) mm uzunluğunda, təxminən 0,8-1 mm enindədir, gövdəcik də çəhrayı-qırmızı rəngdədir. Ləpəyarpaqları isə ya bütövlükdə, ya da damarları və kənarları çəhrayə-qırmızı olub, oval və ya tərsinə yumurtavaridir, 7-8 mm uzunluğunda, 4-5 mm enindədir, saplağı çox qısadır, bəzi cücərtilərdə üç ləpəyarpağı mövcuddur. İlk yarpaqlar növbəlidir, birinci yarpaq uzunsovdur, 12-15 (18) mm uzunluğundadır, iti-dişciklidir, saplağı enlidir. İkinci yarpaq uzunsov-yumurtavaridir, həmçinin itidir, bəzən ikiqat dişciklidir. Ləpəüstü dirsək və ya birinci buğumarası 5-7 mm uzunluğundadır, ağ tükcüklüdür (yarpaq saplaqlarının əsasında olduğu kimi) [6].

Əkin payızda (15.10.2009) aparılmışdır. İlk cücərtilər 25 mart 2010-ci il tarixində əmələ gəlmişdir.

Birillik toxmacarların hündürlüyü 22-25 sm, çətirin diametri 13-15 sm-dir. Çətirin yan budaqları 3-5 ədəd olub, uzunluğu 3,5-4 smdir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 3-4 sm, yarpaqcıqların sayı 5-7 ədəddir. Kök sistemi mildir, 3-5 sm dərinə gedir. Kök boynunun diametri 3-4,5 mm-dir. Birinci dərəcəli yan köklər 3-4 ədəd olub, uzunluğu 6-8 sm, ikinci dərəcəli yan köklər 10-12 ədəd olub, uzunluğu 4-6 sm, üçüncü dərəcəli yan köklər 20-22 ədəd olub, uzunluğu 3,5-5,5 sm-dir. Kök sisteminin diametri 28-30 sm-dir.

İkiillik toxmacarların hündürlüyü 25-27 sm, çətirin diametri 20-22 sm-dır. Çətirin yan budaqları 4-7 ədəd olub, uzunluğu 12-14 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 5-7 sm, yarpaqcıqların sayı 6-8 ədəddir. Mil kökün uzunluğu 12-14 sm, kök boynunu diametri 4-6 mm-dir. Birinci dərəcəli yan köklər 10-12 ədəd olub, uzunluğu 13-15 sm, ikinci dərəcəli yan köklər 18-20 ədəd olub, uzunluğu 8-10 sm, üçüncü dərəcəli yan köklər 28-32 ədəd olub, uzunluğu 4-6 sm-dir. Kök sisteminin diametri 25-30 sm-dir.


  1. Malus cerasifera Spach. – albalımeyvəli alma. Yapon növü.

10 m hündürlüyündə ağacdır. Çətiri düzgün olmayan və ya dairəvidir. Bəzən kol formasında olanlara da rast gəlinir. Gövdəsini qabığı tünd bozdur. Yarpaqları ellipsvari və ya uzunsov-yumurtavari olub, 10 sm uzunluğundadır. Çiçəkləri çətir çiçəkqrupunda toplanıb, tacın diametri 3-4 sm-dir, ətirlidir, ağdır, çiçək saplağı tüklüdür, çəharayıdır. Meyvələri açıq rənglidir. Toxumla yaxşı çoxalır [1,2,3,8].

Ləpəaltı dirsək çəhrayı-qırmızıdır, 30-40 mm uzunluğunda və təxminən 1 mm enindədir. Ləpə yarpaqları ovaldır, 8-12 mm uzunluğunda, 5-7 mm enindədir, saplağı qısadır azca ətvaridir. İlk yarpaqlar növbəlidir, birinci yarpaq uzunsov-ovaldır və ya yumurtavarıdır, itidir, əsası (və ya hətta aşağı 1/3 hissəsi də) tamkənarlıdır, yuxarısı iti mişardişlidir, saplağı ayadan 3-4 dəfə qısadır. Yaxın sonuncu yarpaqlar yumurtavaridir, yuxarıdan itiucludur, çox və ya az bərabərdir və iti mişardişciklidir, üst hissəsi tünd-yaşıl, alt hissəsi nisbətən açıqdır. Yarpaqların damarlanması torvari olub, alt hissədən daha aydınn görünür. Mərkəzi (ana) damardan hər iki tərəfə 8-10 ədəd olmaqla nazik damarlar çıxır. Ləpəüstü dirsək və ya birinci buğumarası 3-5(8)mm uzunluğundadır, ağ tükcüklüdür (sonuncu buğumaralarında olduğu kimi), çox vaxt tüklənmə yarpağın saplağına kimi davam edir [6].

Əkin payızda (15.10.2009) aparılmışdır. İlk cücərtilər 1 aprel 2010-ci il tarixində əmələ gəlmişdir.

Birillik toxmacarların hündürlüyü 22-24 sm, çətirin diametri 13,5-15,5 sm-dir. Çətirin yan budaqları 3-5 ədəd olub, uzunluğu 3-5 sm-dir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 3,5-4 sm, yarpaqcıqların sayı 4-6 ədəddir. Kök sistemi mildir, 4,5-5 sm dərinə gedir. Kök boyuncuğunun diametri 4 mm-dir. Birinci dərəcəli yan köklər 3-5 ədəd olub, uzunluğu 6-8 sm, ikinci dərəcəli yan köklər 8-10 ədəd olub, uzunluğu 5,5-6 sm, üçüncü dərəcəli yan köklər 20-22 ədəd olub, uzunluğu 3-5 sm-dir. Kök sisteminin diametri 25-30 sm-dir.

İkiillik toxmacarların hündürlüyü 30 sm, çətirin diametri 22-25 sm-dır. Çətirin yan budaqları 4-5 ədəd olub, uzunluğu 13-15 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 5-7 sm, yarpaqcıqların sayı 5-7 ədəddir. Mil kökün uzunluğu 9,5-11 sm, kök boyuncuğunun diametri 4-5 mm-dir. Birinci dərəcəli yan köklər 8-10 ədəd olub, uzunluğu 10-12 sm, ikinci dərəcəli yan köklər 14-16 ədəd olub, uzunluğu 5-8 sm, üçüncü dərəcəli yan köklər 26-28 ədəd olub, uzunluğu 4-6 sm-dir. Kök sisteminin diametri 30-32 sm-dir.

Yuxarıda tədqiq etdiyimiz növlər quraqlığa, şaxtaya davamlı və dekorativ olduqlarına görə təsərrüfatın müxtəlif sahələrində, həmçinin park və bağların yaşıllaşdırılmasında istifadəsi məqsədəuyğundur.



Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin