Qismən assimilyasiya – bu öz mədəniyyətindən imtina edib yeni mədəniyyəti qismən ayrı-ayrı bölgələrində mənimsənməsidir. Belə ki, immiqrantlar adətən iş yerlərində bu ölkədə qəbul olunmuş qaydalara uyğunlaşmaq məcburiyyətində qalırlar. Lakin belə insanlar öz ailələri daxilində öz milli mədəniyyətlərini, mətbəxə bağlılığı, mənzilin düzəm tərzini yaşatmağa davam edirlər. Adətən öz dininə bağlılıq da qorunub saxlanılanlardan biri olur.
Kolonizasiya – immiqrantların öz mədəniyyətinin dəyərlərini, normalarını, dilini yerli sakinlərə qəbul etdirməsidir. Bu zaman istehlak tərzi yeni yerə daxil olur və bütün ölkədə, və ya da əhalinin ayrı-ayrı qruplarında dominanta çevrilir. Mədəniyyət kolonizasiyasının klassik misalı Qərb ölkələrin Avropa mədəniyyətinin elementlərini yayaraq Asiya və Afrikada imperiyalarının yaratması hesab edilə bilər.
Lakin hərdən mədəniyyət kolonizasiyasının misalı qismində İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropada həyatın amerikanlaşması da çıxış edir. Bu cür yanaşma ilə Rusiyanın postsovet dönəmində mədəniyyətində baş vermiş irəliləyişləri də mədəniyyət kolonizasiyası adlandırmaq olar.