İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi



Yüklə 0,66 Mb.
səhifə16/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   12   13   14   15   16   17   18   19   ...   53
Nəsimi (1369-1417) ədəbiyyat tariximizdə anadilli fəlsəfi şeirin əsasını qoymuş, məhəbbət və gözəllik nəğməkarı kimi şöhrət tapmışdır.

Seyid Əli İmadəddin Nəsimi Şamaxıda anadan olmuşdur. Dövrünə görə mükəmməl təhsil görmüşdür. Gəncliyindən başlayaraq „Seyid“, „Hüseyn“, „Nəsimi“ təxəllüslərilə şeirlər yarmışdır. Ancaq məsləkdaşı Fəzlullah Nəiminin təxəllüsü ilə həmahəng səslənən Nəsimi təxəllüsünə üstünlük vermişdir.

İmadəddin(dinin dirəyi) isə Nəsiminin ləqəbidir, ona hörmət olaraq əlaməti olaraq verilmişdir. Orta əsrlərin bəzi mənbələrində Nəsiminin Bağdadın Nəsim adlı yerində, Bursada, təbrizdə olduğu göstərilir. Amma şairin Şamaxıda dünyaya gəldiyini yazanlar da var. Təzkirəci Lətifi şairin Şah Xəndan ləqəbi ilə tanınmış bir qardaşı olduğunu yazmışdır.

Ədəbiyyatşünasların fikrincə Nəsiminin qardaşı Şamaxıda yaşamışdır. Bu gündə Şamaxıda onun dəfn olunduğu qəbiristanlıq şairin qardaşının adı ilə „Şaxəndan“ adlanır. Nəsimi bir sıra ölkələri gəzib dolanmaqla öz hürufi ideyalarını yaymışdır. Nəsimi Əmir Teymur istilası dövründə yaşayıb. 1417-ci ildə Hələb şəhərində edam olunmuşdur. Ruhanilərin fitvası ilə dərisi soyulmuşdur. Bu vaxt al-qan içərisində olmuş şair sözündən qaçmış ruhaniyə demişdir:


Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,

Gör bu misgin aşiqi, sərpa soyarlar ağlamaz.

Nəsiminin faciəli ölümü uzan müddət şair və aşıqlar tərəfindən fədakarlıq, sədaqət və vəfa simvolu kimi tərənnüm olunmuşdur. Şairin türk(Azərbaycan0 və fars dillərində divanları. ərəb dilində şeirləri vardır.

Nəsimi yaradıcılığı ziddiyyətlidir. O., bir tərəfdən böyük şair olaraq Nizami ənənələrini davam etdirmiş, həyatın, təbiətin sirlərini öyrənməyi, biliyi, elmi təbliğ etmiş, digər tərəfdən özü də bir hürufu təriqətinin təbliğatçısı kimi dünya və kainat haqqında dini fikirlər söyləmiş, tərki-dünyalıq fikirlərini yayan əsərlər yazmışdır.

Düşdü yenə dəli könül gözlərinin xəyalinə,

Kim nə bilir bu könlümün fikri nədir, xəyalı nə?-

Kimi xalq şeiri ruhunda gözəl qəzəllər yazan şair öz əsərləri ilə zamanəsindəki haqsızlığı tənqid atəşinə tutmuşdur. Ruhanilərin „dünya fanidir, ümidini o dünyüyü bağla“ kimi görüşlərinə ehtiraz edən şair „həyatı xoş keçirmək2 fikirini irəli sürürdü. Nəsimi həyatın gözəlliyini duyan və əsərlərində əks etdirən bir sənətkardır.

11. MÖVZU



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin