İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru Plan



Yüklə 222,39 Kb.
səhifə77/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   119
Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru

Plan:

  1. Eritrositlər.

  2. Leykositlər.

  3. Trombositlər.

  4. Qanın laxtalanması.

  5. Qan qrupları.

  6. Qanın tərkibi və funksiyalarının yaş xüsusiyyətləri.

  7. Limfa sistemi.


Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkərini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3-4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 7%-ni qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur.Qan damarlar daxilində cərəyan edir və nəqliyyat, tənəffüs, trofik, ekskretor, temperatur tənzimi, müdafiə və s. kimi funk.lar y.y.

Qan plazma və və asılı halda olan formalı elementlərdən təşkil olunmuşdur. Qan plazması 52-58 %, formalı elementlər isə 42-48 % təşkil edir. Qan plazmasının tərkibi 90-92 % su və 8-10 % üzvi və qeyri üzvi maddələrdən ibarətdir. Qanın formalı elementlərinə isə eritrositlər, leykositlər və trombositlər aiddir.



Eritrositlər nüvəsiz və yüksək ixtisaslaşmış hüceyrələrdir. Kişilərdə 1 kv mm qanda 4,5-5,5 mln, qadınlarda 3,7-4,7 mln, yenidoğulmuşlarda isə 6 mln ola bilər. Eritrositlərin miqdarı çoxlu maye itirdikdə, yüksəkliyə qalxdıqda, əzələ işi zamanı, fəsil dəyişkənliyi və s. kimi səbəblərdən artıb azala bilər. Eritrositlərin qanda artmasına eritrositoz, azalmasına isə eritropeniya-anemiya deyilir. Aşağıdakı funksiyaları var:

  1. Qazlar mübadiləsində yəni tənəffüs prosesində iştirak edirlər. Tənəffüsü hemoqlobin piqmenti y.y..

  2. Qidalandrıcı funksiya yerinə yetirir – amin turşularının hüceyrəyə daşınması

  3. Müdafiə funksiyası - eritrositlərin səthində olan zülal tərkibli antitellər hesabına toksinlər neytrallaşdırılır.

  4. Fermentativ funksiya-tərkibində asetilxolini parçalayan xolinesteraza, karbonat turşusunun yaranması və ya dağılmasında iştirak edən anhidraza, hemoqlobini bərpa vəziyyətində saxlayan methemoqlobinreduktaza və s. fermentlər vardır.

Eritrositlər 130 gün yaşayır.

Leykositlər. 1 kv.mm-də 6000-8000 arasında olur. Yenidoğulmuş uşaqlarda isə 13000-19000 arasında dəyişir. 15-20 gün yaşayır. Qanda artmasına leykositoz, azalmasına isə leykopeniya deyilir. Leyositlər dənəli – qranulositlər və dənəsiz-aqranulositlər olmaqla iki qrupa bölünür. Dənəli leykositlər də öz növbəsində eozinofillər, bazofillər və neytrofillər olmaqla 3 qrupa bölünür. Dənəsiz leykositlər isə limfositlərə və monositlərə bölünür. Leykositlərin ayrı – ayrı növlərinin ümumi miqdarına faiz nisbətinə leykositar formula deyilir. Klinikada bu formulanın təyin olunmasının əhəmiyyəti böyükdür. Belə ki, bəzi xəstəliklərdə leykositlərin ayrı-ayrı növlərinin xarakterik dəyişiklikləri baş verir. Məsələn, qurd xəst.də eozinofillər, iltihabda neytrofillər və qan xəstəliklərində gənc leykositlər artır.

Trombositlər. Qan lövhəcikləri də adlanır. Oval şəkillidir. Nüvəsizdir. 1 kv.mm-də 200000-400000 arasında olur. Artmasına trombositoz, azalmasına isə trombopeniya deyilir. 8-12 gün yaşayırlar. Əsasən qan laxtalanmasında və fibrinoliz prosesində fəal iştirak edirlər. Bakteriyaları aqqlyutünasiya (yapışdırmaq) edərək, faqositoz törədir və müdafiə funksiyası y.y.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin