İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə93/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   119
Nəfəs borusu. 9-15 sm olub, VI-VII boyun fəqərələri səviyəsində qırtlaqdan başlayır. Qida borusunun ön tərəfi ilə orta xətlə aşağıya doğru gedir və IV-V döş fəqərələri bərabərində sağ və sol boş bronxlara ayrılır. Nəfəs borusu 16-20 qığırdaqdan ibarət halqalardan təşkil olunmuşdur. Bunlar bütöv olmayıb halqanın 2/3 hissəsini təşkil edir. Yəni digər 1/3 hissəsində qığırdaq olmur. Burada lifli birləşdirici toxuma yerləşir. Bu isə udma zamanı qida borusunu zədələnmədən qoruyur.

Nəfəs borusu daxildən selikli qişa ilə əhatə olunmuşdur. Bunun üzəri kirpikli epiteli ilə örtülmüşdür. Xaricdən lifli birləşdirici toxuma ilə örtülmüşdür.



Bronxlar. Nəfəs borusu IV-V döş fəqərələri arasındakı disk səviyyəsində sağ və sol baş bronxlara bölünür. Sağ baş bronx qısa, enli, sol baş bronx isə ensiz və uzun qığırdaq halqalarından təşkil olunmuşdur. Sağ baş bronx şaquli istiqamətdə sağ ağciyərin qapısından daxil olur. Sol baş bronx üfüqi vəziyyətdə gedərək sol ağciyərin qapısından daxil olur. Baş bronxların divarları selikli qişa ilə əhatə olunur. Bunun üzəri çoxsıralı kirpikli epitel ilə örtülmüşdür. Kirpikli epitelin hərəkətilə selik ağciyərlərdən qırtlağa doğru hərəkət edir.

Ağciyərlər. Cüt orqanlar olub, döş boşluğunda yerləşir. Ağciyərlərin çəkisi 1000-1300 qramdır. Ağciyərlərin forması kəsilmiş konusa bənzəyir. Ona görə də sağ və sol ağciyərlərin əsası, zirvəsi vardır və bundan əlavə hər bir ağciyərin diafraqma, qabırğa və içəri səthləri, ön və aşağı kənarları vardır. Ağciyərlərin içəri səthlərində ağciyərlərin qapıları yerləşir. Buradan ağciyərlərə baş bronxlar, bronx arteriyaları, ağciyər arteriyaları və sinirlər daxil olur və ağciyər venaları, limfa damarları xaric olur. Onlar bir birilə birləşdirici toxuma ilə birləşərək ağciyərlərin köklərin əmələ gətirir.

Payarası şırımlarla sağ ağciyər üç paya (yuxarı orta aşağı) və sol ağciyər iki paya (yuxarı aşağı) ayrılır. Sağ ağciyər qısa və enlidir. Sol ağciyər isə qısa və ensizdir. Sol ağciyərin üzərində ürək oyması yerləşir. Ağciyərlər quruluşca süngərə bənzəyir.

Baş bronxlar ağciyərlərin qapılarından daxil olaraq əvvəlcə payların sayına uyğun pay bronxlarına, sonra bunlarda öz növbəsində seqmentar bronxlara, daha sonra paycıq bronxiollarına , və bunlarında hər biri 12-18 hüdudi bronxiallara şaxələnir. Hər bir hüdudi bronxiol iki tənəffüs bronxioluna, bu isə alveol axacağına keçir və alveola ilə qurtarır.

Alviollar. Miqdarı 300-500 milyona çatır. Tənəffüs bronxiolları, alveol axacaqları və alveollar ağciyərlərin morfofunksional vahidini asinusları təşkil edir. Asinusların miqdarı 800 000 ə bərabərdir. Burada qazlar mübadiləsi gedir. Alveolların divarı bir qatlı tənəffüs epiteli ilə əhatə olunmuşdur. Alveollar qan kapilyarları ilə zəngindir.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin