İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru Plan



Yüklə 222,39 Kb.
səhifə101/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   119
Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru

Plan:

  1. Hipofiz vəzi.

  2. Əzgiləbənzər vəzi.

  3. Qalxanabənzər vəzi.

  4. Qalxanabənzər ətraf vəzi.

  5. Çəngələbənzər vəzi.

  6. Böyrəküstü vəzi.

  7. Mədəaltı vəzi.

  8. Cinsiyyət vəziləri.

Daxili sekresiya vəzilərinin axacağı olmur, orqanizmin müxtəlif nahiyyələrində yerləşir, müxtəlif yaş dövrlərində fəaliyyət göstərir, qan vasitəsilə hədəf orqanların işini tənzimləyir. D.S.V.nin hazırladıqları məhsul inkret və ya hormone adlanır. Hormon yunanca oyatma deməkdir. Bu termin ilk dəfə ingilis fizioloqları Beylis və Starlinq tərəfindən 1905 ci ildə verilmişdir. Hormonlar kimyəvi birləşmələr olmaqla yüksək bioloji fəallığa malikdir və az miqdarda hazırlanır. Kimyəvi tərkibinə görə 3 qrupa bölünür:



  • Peptidlər və zülallar

  • Amin turşuları və onların törəmələri

  • Steroidlər

Hormonların aşağıdakı təsir xüsusiyyətləri vardır:

  • Distant təsir – hormonlar qan və limfaya keçərək, orqanizmdə gedən proseslərə təsir edirlər.

  • Seçici təsir – yalnız bir prosesə təsir edir. Məsələn, cavan heyvanlarda hipofiz çıxarıldıqda heyvan boy inkişafından qalır.

Bioloji fəal maddələr olub cüzi miqdarı çox yüksək təsirə malikdir. 1 q insulin 125 min adadovşanının qanında qlükozanın miqdarını azaldır.

Daxili sekresiya vəzilərinin fizioloji rolu aşağıdakılardır:

1. Hormonlar orqanizmin funksiyalarının tənzimində və inteqrasiyasında iştirak edirlər.

2. Hormonlar orqanizmi daxili və xarici mühit dəyişikliklərinə uyğunlaşdırır, adaptasiya edir.

3. Hormonlar orqanizmin daxili mühitində gedən proseslərin tarazlığını, yəni homeostazı təmin edir.

Daxili sekresiya vəzilərinin fəaliyyətinin artmasına hiperfunksiya, azalmasına isə hipofunksiya deyilir. Hər iki halda orqanizmdə xəstəliklər baş verir. D.S.V.nə qalxanabənzər, qalxanabənzərətraf, timus, mədəaltı, cinsiyyət, böyrəküstü, epifiz və hipofiz vəziləri aiddir.



Qalxanabənzər vəzi 30-60 q olub, nəfəs borusunun önündə və qırtlağın yan tərəflərində yerləşir. Sağ və sol paydan və payları birləşdirən boğazdan ibarətdir. Bəzən 3 cü paya da təsadüf edlir ki, buna piramidayabənzər pay deyilir. Hormonu triyodtironin və tiroksindir. Həmçinin son dövrlərdə ypdsuz hormon kalsitonin kəşf edilmişdir. Q.v.in yodlu hormonları MSSnə, ASF.nə, boy artımına və ink.na, bütün mübadilə proseslərinə təsir göstərir.

Hiperfunk.da bazedov xəstəliyi, yəni vəzin böyüməsi, dombagözlük, taxikardiya, kaxeksiya və s. müşahidə olunur.

Hipofunk.da isə miksedema-selikli ödəm, hərarət aşağı enir, bütün mübadilə prosesləri zəifləyir və kretinizm-boy artımı ink.qalır, ağıl zəifliyi xəstəlikləri müşahidə edilir.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin