İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə104/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   119
Böyrəküstü vəzilər. 10-15 q olub, cüt orqandır. Böyrəklərin yuxarı uclarının üzərində periton arxası boşluqda yerləşir. Sağ vəzi üçbucaq, sol vəzi isə aypara şəklindədir. Qabıq və beyin maddələrdən təşkil olunub. Aldesteron, kortikosteron, dezoksikortikostron, hidrokartizon, kartizon, androgen, esterogen hormonları hazırlayır. Qabıq maddənin hipofunksiyasında Adisson (kəşf edən alimin adı ilə əlaqəli) və ya bürünc xəstəliyi yaranır. Dəri bürünc rəngi alır, iştahasızlıq, qusma və ishal müşahidə edilir. əzələ və beyin yorğunluğu, hədsiz arıqlama və plüm baş verir. Böyrəküstü vəzilərin şişi zamanı cinsi hormonların artması baş verir. Nəticədə qadınlarda kişi əlamətləri baş verir. Bu proses virilizm adlanır. Üzdə tüklülük, səsin kobudlaşması və menstruasiyanın kəsilməsi baş verir.

Beyin qatında isə adrenalin və noradrenalin sintez olunur. Adrenalin simpatik s.s.də mediator kimi fəaliyyət göstərir. Ürək fəaliyyəti artır, qan damarların daraldır, bağırsaq peristaltikası zəifləyir, bronxiolları və bəbəkləri genəldir, yorğunluq aradan qalxır və əzələlərin fəaliyyəti artır. Həmçinin qanda şəkərin miqdarı artır. Noradrenalin isə əksinə təsir göstərir.



Epifiz və ya əzgiləbənzər cism 0,2 q.dır. konusabənzər formada olub, orta beyin qapağı üzərində yerləşir. Vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır. Vəzin parenximasında melatonin və qlomerulotropin vardır.

Melatonin piqment müb.nin tənzimində işt.edir. Qlomerulotropin isə aldosteron hormonun sekresiyasına stimuləedici təsir göstərir.

Epifiz max. ink.na uşağın 7 yaşında çatır. Vəzin parenximasında bəzən Kaliumkarbonat və fosfat duzları müşahidə edilir. Buna beyin qumu da deyilir.

Hipofiz oval formalı, 0,35 q ağırlığında olub, əsas sümüyün türk yəhəri üzərindəki çuxurda yerləşir və qıf vasitəsilə boz qabarla birləşir. Ön pay adenohipofiz və dal pay neyrohipofizdən ibarətdir.

Ön payda hazırlanan hormonlar 2 qrupa bölünür. 1-ci qrupa somatotrop(boy) və prolaktin, 2 –ci qrupa isə tireotrop, qonadotrop və adrenokortikotrop hormonlar adiddir.

Somatotron və ya boy hormone boy artımına təsir edir. Hiperfunksiyasında boyun həddən artıq uzanmasına və giqantizmə səbəb olur. Yaşlılarda isə əl, ayaq, barmaqlar, burun, çənə, dil və bəzi daxili orqanların böyüməsi ilə nəticələnir. Akromeqaliya xəstəliyi adlanır. Hipofunksiyası isə cırtdan boyluluq yaradır və karlik xəstəliyinə səbəb olur.

Prolaktin süd vəzilərinə təsir edərək süd əmələ gəlməsini tənzimləyir.

Tireotrop qalxanabənzər vəzin funksiyasını stimulə edir. Hipofiz çıxarıldıqda qalxanabənzər vəzi atrofiyaya uğrayır.

Adrenokortikotrop hormon böyrəküstü vəzin dəstəli və torlu məntəqələri üçün fizioloji stimul funksiyası y.y.

Qonadotrop hormona 3 hormon aiddir: folikul stimuləedici(folikul inkişafı, kişilərdə isə spermatogenez), lyuteinləşdirici(ovulyasiya və sarı cismin ə.g.si, kişilərdə isə androgenlər ə.g.) və lyuteotrop(sarı cismə təsir göstərir, progesteron hormonunun ifrazını tənzim edir).

H.in dal payında neyrohipofizdə oksitosin və vazopressin hormonu hazırlanır.

Oksitosin uşaqlığın əzələsinə təsir edərək, onun yığılmasını gücləndirir. Doğuş zamanı və doğuşdan sonra süd ifrazını stimulə edir.

Vazopressin (ADH-antidiuretik hormon) iki funksiya y.y.:



  • Arteriola divarındakı saya əzələnin tonusunu artırır. Nəticədə arteriolada təzyiq artır.

  • Antidiuretik prosesi yaratmaqdır. Nəticədə böyrəklərdə suyun geriyə sorulması prosesi sürətlənir və son sidik ə.g.



Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin