İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə99/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   119
Nazik bağırsağın uzunluğu orta hesabla 6-7 metrdir, yəni həzm kanalının ən uzun hissəsidir. Nazik bağırsağın selikli qişasında çoxlu xırda vəzlər yerləşir.Bunlar bağırsaq şirəsi ifraz edir.Nazik bağırsaqda qida maddələrinin parçalanması prosesi demək olar ki, başa çatır və parçalanma məhsulları qana sorulur. Nazik bağırsaqlarda həzm prosesi bir-birilə əlaqəli 3 mərhələdə gedir: boşluq həzmi, membran həzmi və sorulma. Nazik bağırsağın daxili səthi xovlarla örtüldüyü üçün məxmər kimi olur. 1 sm2-da olan 2500-ə qədər xov nazik bağırsaqların selikli qişasının sorma səthini artırır. Xovların divarları birqat epitel toxuması ilə örtülmüşdür. Hər bir növ xov hüceyrəsi 3000-ə qədər mikroxovcuqlara malikdir. Hər xova qan və limfa damarı daxil olub, burada kapilyar tor əmələ gətirir. Suda həll olmuş aminturşular və qlükoza xovların kapilyarlarından qana sorulur. Xovlar bağırsağın sorma səthini 1000 dəfəyə qədər artırır. Qliserin və yağ turşuları əvvəlcə xovların epiteli hüceyrələrinə keçir və burada insan orqanizmi üçün xarakterik olan yağlar əmələ gətirir. Yağlar limfa damarlarına sorulur və limfa ilə birlikdə ürəyin sağ qulaqcığına açılan boş vena məcrasına qovuşur.

Nazik bağırsağın ön hissəsi olan onikibarmaq bağırsağa iki böyük vəzin: mədəaltı və qaraciyərin axacaqları açılır.Bu vəzlərin buraxdığı şirə onikibarmaq bağırsağa tökülür və qidanın həzmində iştirak edir. Nazik bağırsaq 3 hissədən ibarətdir:



  • birinci – onikibarmaq,

  • ikinci – acı,

  • üçüncü – qalça bağırsaq.

Qaraciyər ən böyük vəzidir (2 kq). Qarın boşluğunda sağda, yuxarı hissədə yerləşib, bir neçə hissədən ibarətdir.Tünd qırmızı rəngdə olur.Qaraciyər öd ifraz edir ki, bu da öd kisəsinə toplanaraq, oradan onikibarmaq bağırsağa tökülür.Öd yağların parçalanmasına və sorulmasına güclü təsir edir. Qaraciyər həzmdə iştirakından başqa baryer (toplamaq) roluna da malikdir.O ödlə birlikdə orqanizmdən müxtəlif zərərli birləşmələri ayırıb xaric edir. Qaraciyərdə, həmçinin, karbohidratlar- nişasta (qlikogen) ehtiyat bir məhsul kimi saxalanılır. Qaraciyərdə embrion dövründə qırmızı qan kürəcikləri əmələ gəlir.

Qaraciyər bağırsaqlardan qana sorulan zəhərli maddələrin 95%-ə qədərini zərərsizləşdirir, ammonyakı sidik cövhərinə çevirir.



Mədəaltı vəzi onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir. Mədəaltı vəz uzunsov olub, daxili arakəsmələr ilə bir neçə hissəyə bölünür. Onların axarları iki böyük axarda birləşərək onikibarmaq bağırsağa açılır. Bu vəzin ifraz etdiyi şirə bir çox fermentlərə malikdir. Bu fermentlər bütün qidanın tərkibinə təsir göstərir. Mədəaltı vəzdə tripsin(zülal-amin turşusuna), amilaza(nişasta-disaxarid), maltaza (disaxarid –qlükoza) və lipaza(yağ-yağ turşuları, qliserin) fermentlər sintez olunur.

Yoğun bağırsaq 1.5 metr uzunluğunda olub, üç hissəyə bölünür: kor bağırsaq, çəmbər və düz bağırsaq. Zahiri forması uzun konusa bənzəyir, eni yuxarıda 7, aşağıda 4 sm-ə çatır. Nazik bağırsağın yoğun bağırsağa keçdiyi yerdə torbayabənzər kor bağırsaq yerləşir. Kor bağırsaqdan aşağıya doğru soxulcanabənzər çıxıntının (latınca: appendix) iltibahı həyati təhlükəlidir. Orqanizmdə həzm olunmayan qida qalıqları yoğun bağırsağa toplanır. Burada qidanın həzm olunmayan hissəsi tədricən susuzlaşdırılır. Əmələ gəlmiş nəcis düz bağırsaqdan xaricə atılır. Yoğun bağırsaqda xovlar olmur. Yoğun bağırsaqda gün ərzində 1 litrə qədər suyun və mineral maddələrin sorulması baş verir. Bundan başqa zülal qalıqlarının cürüməsi nəticəsində əmələ gələn bir sıra zəhərli maddələr qana sorulub, həmin qanla qaraciyərə daxil olan qapı venası ilə ora daxil olur və orada zərərsizləşdirilir. Yoğun bağırsaqda mikroorqanizmlər olur. Mikroorqanizmlərin içərisində bağırsaq çöpləri üstünlük təşkil edir.

Yoğun bağırsaq B və K qrupundan olan vitaminləri sintez edir, xəstəliktörədən mikrobların fəaliyyətini dayandırır və maddələr mübadiləsində fəal iştirak edir.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin