İxtisasın adı: Kənd təsərrüfatı Modulun adı: Torpaqşünaslıq Modulun nömrəsi


Muxtəlif torpaq tiplərində əkin qatının dərinləşdirilmə qaydaları və usulları



Yüklə 10,37 Mb.
səhifə56/77
tarix10.01.2022
ölçüsü10,37 Mb.
#106563
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   77

6.4.3 Muxtəlif torpaq tiplərində əkin qatının dərinləşdirilmə qaydaları və usulları


Əkin qatı dərin olan torpaqlarda bitkilər nəmlik və qida maddələri ilə daha yaxşı təmin olunur. Ona görə də, torpaqbecərmənin qarşısında duran əsas məsələ əkin qatının dərinləşdirilməsindən ibarətdir.

Əkin qatının dərinləşdirilməsi müxtəlif qaydalarla aparılır. Humus qatı qalın olan münbit torpaqlar birbaşa lazım olan dərinliyə qədər şumlana bilər. Digər halda, şumaltı qatın az münbit olduğu şorakət və çimli podzol torpaqlarda ya şumaltı qat hissə-hissə əkin qatına qatılır və yaxud şumaltı qat əvvəlcə mədəniləşdirilir və sonra əkin qatına əlavə edilir. Hər dəfə şumaltı qatdan ancaq 2-4 sm şuma qatıla bilər. Bu zaman əkin dövriyyəsinə hektarda 300-700 ton az münbit olan torpaq qatılır. Ona görə də, əkin dövriyyəsinə əlavə edilən hər santimetr şumaltı qata, hektara 10 ton hesabı ilə peyin səpmək lazımdır.

Əkin qatının dərinləşdirilməsi torpağın tipindən asılı olaraq, müxtəlif alətlərdən istifadə etməklə cürbəcür üsullarla aparılır.

Qara və şabalıdı torpaqlarda əkin qatı aşağıdakı üsullardan istifadə etməklə dərinləşdirilir(Şəkil 4.23):

l.Ön kotancıqlı kotandan və torpaqdərinləşdiricidən istifadə etnıəklə şumlama. Bu zaman yuyulmuş və az münbıt torpaqlarda üst 0-10 sm çim qatı ön kotancıqla şırının dibinə atılır və alt 10-25 sm qat isə çim qatının üstünə cevrilir, əlavə olaraq isə 8-12 sm dərinlikdə yumşaltma aparılır. Münbit torpaqlarda isə əsas şum 30 -32 sm dərihlikdə aparıla bilər. Yəni ön kotancıqlı kotanla 0- 15 sm qat aşağı, 15-30 sm qat isə yuxarı keçirilir və əlavə olaraq 8-12 sm dərinlikdə yumşaldılır.

2.Ön kotancığı olmayan kotanla dərin şumlama. Burada adi və plantaj kotanlarından istifadə etməklə istəinilən dərinlikdə torpaq qatı şumlanır.

3.Torpağın laydırsız kotanla becərilməsi. Laydırsız kotanla becəmrədə torpaq çevrilmədən istənilən dərinlikiərdə yumşaldılır.

4.İki-üç laylı şumlamada torpaq, əkin qatı laylarının yerlərini dəyişməklə becərilir. Məsələn, iki laylı şumlamada 0-15 və 15-30 sm torpaq qatlarının yerləri dəyişdirilir. Üç laylı şum zamanı torpağın üst 0-10 sm -lik qatı ilə alt 20-30 sm qatların yerləri dəyişdirilir, orta 10-20 sm qat isə öz yerində saxlanılır.

5.Üçlaylı dərin şumlamada üst qat aşağıya, orta qat yuxarıya, aşağı qat isə orta qata keçirilir. Burada əkin qatınm qalınlığı və hər layın ayrılıqda dərinliyi yerii təbii şəraitə uyğun olaraq müəyyən edilir.

6.Torpağı çevirmədən yastıkəsən alətlərlə becərmədə torpaq 30-32 sm dərinlikdə yumşaldılır. Bu zaman bitki qalıqları torpaq səthində saxlanıldığına görə, su və külək eroziyasınm qarşısı alınır.

Şəkil 4.24. Müxtəlif torpaq becərməsi üçün istifadə olunan alətlər


Torpağın qranulometrık tərkibindən, humus qatının qalınlığından, sələf bitkilərindən və s. asüı olaraq becərmələr ön kotancığı olan laydırlı kotanlardan, torpaqdərinləşdirici qoşulan kotanlardan, dərin yumşaldıcı ilə birlikdə yastıkəsən alətlərdən və s. istifadə etməklə aparılır.

Yüklə 10,37 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin