I Estetik tərbiyənin mahiyyəti.
“Estetik tərbiyə” anlayışı yunan dilində “hissiyyat” mənasını verən “estezis” məfhumundan yaranmış “este-tika” termini ilə üzvi surətdə bağlıdır. “Estetika” elm anlayşı kimi ilk dəfə 1750-ci ildə alman nəzəriyyəçisi Baumhartenin eyni adlı əsərində işlədilmişdir. Amma ümümiyyətlə estetika haqqında təsəvvürlər insanlığın ən qədim dövrlərindən mövcuddur.
Estetik tərbiyə insanda estetik hisslərin, zövqün və bədii mühakimənin təşəkkül tapıb möhkəm-lənməsinə səbəb olan, incəsənət əsərlərini, təbiət və cəmiyyətdəki gözəllikləri duymaq və başa düşməkdə köməklik göstərən, bədii yaradıcılıq qüvvələrini inkişaf etdirən təsirlərin məcmuyu deməkdir.
“Estetik tərbiyə” ən ümumi anlayış olub, özündə bir sıra digər anlayışları da birləşdirir.
Estetik inkişaf – uşaqlarda estetik qavrayışın, yaradıcı təxəyyülün, emosional həyəcanın fəallığını təmin edən, həmçinin mənəvi tələbatlar formalaşdıran qüvvələrin məqsədyönlü formalaşması prosesidir.
Estetik zövq – insanın əşya, hadisə və şəraiti onların estetik keyfiyyəti baxımından qiymətləndirmək qabiliyyətidir.
Estetik ideal – təbiət, cəmiyyət və təfəkkürdə olan kamil gözəlliyin insan təsəvvürlərindəki konkret obrazıdır.
Estetik hiss - ətraf mühitin fakt və hadisələrinə estetik münasibətin subyektiv emosional təzahürü, ifadəsidir. Estetik hisslər insanın mənəvi həzz və ya ikrahında ifadə olunur. Estetik hisslərin tərbiyəsi və inkişafı uşaqlarda estetik ideal formalaşmasına, estetik normaların mənimsənilməsinə şərait yaradır.
Dostları ilə paylaş: |