Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğlu


İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsi



Yüklə 461,5 Kb.
səhifə31/41
tarix10.01.2022
ölçüsü461,5 Kb.
#106152
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
2.2. İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsi

mənbələrinin təhlili
Məlumdur ki, investisiya prosesinin tənzimlənməsi dövlətin investisiya siyasətinə uyğun olaraq ölkənin sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilir. Bu məqsədlə ayrılmış maliyyə vəsaiti hər il müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulur. Məlum həqiqətdir ki, kapital qoyuluşlarından fərqli olaraq investisiya qoyuluşları həm dəyər formasında və həm də əşya formasında həyata keçirilir. Ölkənin zəngin milli sərvətlərə sahib olması və qlobal maliyyə böhranı şəraitində investisiya qoyuluşlarına tələbat xeyli artır. Buna görə də, ölkənin sosial-iqtisadi inkişaf proqramının yerinə yetirilməsində maliyyə təminatı mühüm rol oynayır.

Odur ki, investisiya proqramının reallaşdırılması öz ifadəsini hər şeydən əvvəl proqressiv texnika və texnologiyanın tətbiqində, istehsal olunmuş məhsulun həcmində, yerinə yetirilmiş iş və xidmətlərin dəyərində tapır. Bu baxımdan investisiya qoyuluşlarının maliyyələşdirilməsi mənbələrinin düzgün müəyyən edilməsi, onların sistemli təhlili və qiymətləndirilməsi obyektiv zərurətə çevrilir.

«İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda investisiya prosesinin maliyyələşdirilməsi mənbələrinə aşağıdakılar daxil edilir:

1). İnvestorun özünün maddi və intellektual sərvətləri, maliyyə vəsaiti və təsərrüfat daxili ehtiyatları (mənfəət, amortizasiya, fiziki və hüquqi şəxslərin pul yığımı, əhalinin əmanətləri);

2). İnvestorun borc maliyyə vəsaiti (bank kreditləri, istiqrazlar, səhmlər);

3). İnvestorun cəlb edilmiş vəsaiti (vətəndaşların depozitləri, hüquqi şəxslərin payları, səhmlərin satışından əldə edilən vəsait);

4). Dövlət büdcəsindən yerli büdcədən, büdcədənkənar fondlardan investisiya qoyuluşları üçün ayrılan məqsədli vəsaitlər;

5). Xarici investisiyalar;

6). Müəssisələrin, vətəndaşların və təşkilatların əvəzsiz və xeyriyyə haqları.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, sözügedən qanunda həm investisiya fəaliyyətinin obyektləri və həm də həmin obyektlərə yönəldilən vəsait və sərvətlər öz əksini tapır. Müxtəlif obyektlərə qoyulmuş vəsait və sərvətlər isə aşağıdakılardan ibarətdir:

- pul vəsaiti. Məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar;

- daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıqlar və başqa maddi sərvətlər);

- müvafiq qaydada rəsmiləşdirilmiş elmi-praktiki və digər intellektual sərvətlər;

- bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq patentləşdirilmiş texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (nou-hau);

- torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn başqa əmlak hüquqları;

- başqa sərvətlər.

Fikrimizcə, investisiya qoyuluşlarının maliyyələşdirilməsi mənbələrini aşağıdakı əlamətlər üzrə təsnifləşdirmək olar:

1). Mülkiyyət münasibətləri əlamətinə görə;

2). Mülkiyətin növləri əlamətinə görə;

3). Mülkiyyətlərin səviyyəsi, yaxud aidiyyatı əlamətinə görə.

Mülkiyyət münasibətləri əlamətinə görə mailiyyələşdirmə mənbələri xüsusi, cəlb edilmiş və borc vəsaitlərinə bölünür. İnvestisiya layihələrinin sözügedən əlamət üzrə maliyyələşdirmə mənbələrinin strukturu aşağıdakı sxem-cədvəldə daha sistemli şəkildə öz əksini tapır.


Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin