Мцгяддимя


Tədris situasiyasının təşkili barəsində



Yüklə 0,7 Mb.
səhifə28/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   24   25   26   27   28   29   30   31   ...   64
Tədris situasiyasının təşkili barəsində.

Tədris-tərbiyə situasiyasının strukturuna daxildir:

a) tədris predmetinin obyektiv məzmunu;

b) tədris predmetinin məzmununun qavranılması prosesini təşkil edən prosedurlar;

c) müəllimin tələbələrlə qarşılıqlı münasibətlər sistemi.

Tədris situasiyalarının metodik ssenarisi ibarətdir:

a) problem tədrisi – bu təlimdə reproduktiv və illüstrativ metodlardan istifadə edilir. Onların istifadəsi zamanı tələbələr hazır biliklərin qavranılmasına və onların təcrübədə istifadəsinə istiqamətləndirilir.

Problem tədrisin əsas struktur komponentlərinə tədris (təlim) problemi və problemli situasiya daxildir. Tədris problemi problem tapşırıq və problem sosial formasında təqdim oluna bilər. Problemlər həm müəllim, həm də tələbələr tərəfindən təklif oluna bilər.

– Problem tədrisinin aşağıdakı metodları vardır:

1. Yeni biliklərin problemli izahı.

2. Tədqiqat metodu.

– Problem tədrisinin əsas mərhələləri vardır:

a) problemin ifadə olunması;

b) tələbələrin intellektual fəallığının formalaşdırılması məsələsinin həllində yeni yolların axtarlıması və tapılması.



Problem tədrisi vasitəsilə aşağıdakı didaktik (didaktika – pedaqogikanın təlim üsullarından bəhs edən şöbəsidir; didaktik – nəsihətedici, nəsihətverici, öyüdverici, didaktizm – nəsihətçilik; didaktik – didaktika mütəxəssisi, didaktika müəllimi) prinsiplər realizə olunur:

1. Biliklərin təcrübədə qavranılması və istifadəsinə yaradıcı yanaşma prinsipi;

2. Tədrisin həyatla əlaqəsi prinsipi;

3. Yarışma prinsipi.



Evristik söhbət – təfəkkür obrazının fərdi mövqenin yenidən qurulmasına yönəlmiş spesifik üsuludur. Evristik söhbət zamanı problemin birgə tədqiqi şəraitində fərdin fikrinin nəzər nöqtəsinin dəyişilməsi yolu ilə fikirlərin müəyyən obrazının qurulması baş verir. Evristik söhbət fəlsəfə müəllimində improvizasiya qabiliyyətinin olmasını tələb edir.

Evristik söhbətin elementləri:

1. Problemin ekspozisiyası, yəni problemin təqdim, təsvir edilməsi.

2. Problemə giriş.

3. Xarici dialoqun müdaxiləsi; burada dinləyicilərin öyrənilən problemə münasibətdə mövqeyi aktuallaşdırılır.

4. Məsələnin həllinə keçid; dinləyicilərdə problemi qavramanın əsaslarının təhlili: dinləyicilərin ilkin mövqeyi və mühazirəçinin təqdim etdiyi mövqelər arasında intellektual münaqişəni təhrik edən situasiyaların yaradılması1.

Fəlsəfədən dərs deyən müəllimə verilən tələblər hansılardır?

Tədris zamanı məntiqi ziddiyyətlər olmamalıdır. Fəlsəfəni tədris edən professor-müəllim heyəti abstraktdan konkretə keçid metodlarından daha çox istifadə etməlidir. Fəlsəfəni tədris edən müəllimin metodoloji «mədəniyyəti» olmalıdır. O, inandırıcı olmalıdır, dinləyicilərdə fərdi maraq oyatmağı bacarmalıdır, obyektiv olmalıdır, nəzəriyyə ilə praktikanın vəhdətini qoruyub saxlamağı bacarmalıdır.

Müəllim tələbələr arasında daim ictimai rəy sorğusu keçirməlidir.

Müəllim nə qədər bilikli olsa da, onun bilikləri bir qədər yarımçıq xarakter daşıyır. O, bilmədiyi suallarla bağlı daim axtarışda olmalıdır.

Rəy sorğularının nəticəsində əldə etdiyi məlumatları təhlil etdikdən sonra müəllim auditoriya qarşısında öz davranışında müəyyən düzəlişlər etməlidir. Əlbəttə ki, öz mövqeyini qoruyub saxlamaqla.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin