Antitezis planı ilə mübarizədə xalqın və qumlu gənclərin agahlığı
1979-80-ci illərdə həm Qum əhalisi, həm Təbriz əhalisi qəhrəmanlıq göstərdilər; yalnız meydana çıxmaq və yumruq düyünləmək qəhrəmanlığı yox, hətta mənəvi qəhrəmanlıq, şüur və düzgün təhlil qəhrəmanlığı. İmamın vəfatından sonra da bu məsələ başqa bir formada Qumda baş verdi. Burada da müxaliflər və düşmənlər - əsasən sərhəd xaricində olan düşmənlər, çünki əsas onlardır - burada bu antitezisi yaratmağı planlaşdırmışdılar. Əgər qumlular qafil olsaydılar, əgər Qum gənclərinin təhlil qabiliyyəti olmasaydı, lazımi sayıqlığı göstərməsəydilər, problemlər daha çox olardı. Həqiqət budur. Bunlar Qum gəncləri barədə həqiqətlərdir.
Çoxlu mövzularda, o cümlədən bugünkü mövzuda mənim əsas müraciət tərəfim siz gənclərsiniz. Çünki iş sizinkidir, ölkə də sizə məxsusdur. Biz bir neçə günlük qonaqlarıq. Bizim növbəmiz, işimiz və dövrümüz bitmişdir. Bundan sonra sizin dövrünüzdür. Bu ölkəni idarə etməli, indiyədək əldə edilmiş nailiyyətlərdən istifadə edib müxtəlif səviyyələrdə bu milli iqtidarı, milli başucalığını təkmilləşdirməli olanlar sizsiniz. Bu, tarixdə sizə yönəlik bir vəzifədir. Buna görə də mənim müraciətim sizədir.
Dostları ilə paylaş: |