Əlbəttə, bu azadfikirlilik var. Bunu hamımız qəbul etməliyik. Mən bir yerdə gördüm ki, bu gün Qum Elmi Hövzəsində elmi azadfikirliliyin olmamasından yazmışdılar; yəni dünən vardı, bu gün isə yoxdur. Bu düzgün deyil; dünən də vardı, bu gün də var. Bu gün dünənkindən də çoxdur. Bu gün ən üstün fəqihlərin fiqh və üsul görüşləri tənqid olunur; elmi məqalələrdə imamın dəyərli və möhtəşəm fiqh və üsul görüşlərinin bəzisi tənqid olunur. Eybi yoxdur. Bizim fikrimizcə ən güclü və ən təsirli üsul qaydalarından olan və imamın ixtira etdiyi Qanun müraciətləri qaydasının əsası tənqid olunur; həm dərslərdə tənqid olunur, həm də məqalələrdə. Mən bəzi məqalələri də oxudum; gördüm ki, tənqid etmişlər. Əlbəttə, bizcə o tənqidlər düzgün deyil, amma hər halda tənqid olunur, heç kim də demir ki, niyə tənqid edirsiniz. Hövzəni tənqid və azadlığın olmamasında ittiham etmək olmaz. Təəssüf ki, biz bunu bir yerdə oxuduq, lakin bu səhvdir. Bu, hövzəni ittiham etməkdir.