Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə75/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   71   72   73   74   75   76   77   78   ...   98

Bildirişlər


1. Peyğəmbərlər xalqın suallarını cavablandırır, onlara yol göstərirlər.

2. Sual verərkən utanmaq yersizdir.

3. Dini hökmlərin dəlilləri bəyan olunur, sonra isə bu iş qadağan edilir.

4. İlahi hökmlər islahın qorunmasına və fəsadların aradan qaldırılmasına əsaslanır.

5. Heyz dövrü qadın üçün çətin bir dövrdür.

6. Qadından ləzzət almağın da həddi-hüdudu var.

7. Ər-arvad bir-birini nəzərə almalıdırlar. Həyat yoldaşı narahat olduğu vaxt ondan ləzzət almaq istəyi yersizdir.

8. Yaxınlıq zamanı sağlamlıq məsələlərinə diqqət olunmalıdır.

9. Yaxınlıqda ilahi hökmlər nəzərə alınmalıdır.

10. Əgər yaxınlıq baş versə, sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edər.

11. Tövbə və günahdan dönüş Allah yanında məhbubluq yoludur.

12. Tövbə edənlərə öz sevgi və məhəbbətimizi bildirək.


223. ﴿نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُواْ حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُواْ لأَنفُسِكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ

Qadınlar sizin əkin yerlərinizdir. İstədiyiniz vaxt, istədiyiniz yerdə öz əkin yerinizə gəlin. Özünüz üçün (yaxşı əməllər) nəzərdə tutun. Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Mö’minlərə müjdə ver.”


Nöqtələr


◘Bu ayədə qadınlar əkinəcəyə bənzədilmişlər. Doğurdan da bu bağça doqquz ay müddətində bəşəriyyətə övlad çiçəyini təqdim edir. Bəşəriyyətin əkin sahəsi olmadan yaşaya bilmədiyi kimi, qadın olmadan da bəşər nəsli davam edə bilməz.

Qadın kam almaq vasitəsi deyil. O, bəşər nəslinin davam rəmzidir. Demək, qadınla yaxınlıqda pak bir nəsil intizarında olmaq lazımdır; insan bütün məqamlarda müqəddəs hədəflərə malik olmalıdır. “İttəqqullah” cümləsi xəbərdarlıq edir ki, icazə verilməmiş yollarla cinsi ehtirası söndürmək olmaz. Bu yolu seçənlər qiyamət günü üzüqara olar. Saleh əməl və qiyamət günü xeyir mücəssəməsi olan övladlar və nəsil yetişdirin.


Bildirişlər


1. Münasib həyat yoldaşı münasib əkinəcək kimidir. Yaxşı məhsul götürmək üçün münasib toxuma ehtiyac var.

2. İstər toxum, istərsə də torpaq təvəllüddə mühüm rola malikdir. Gələcək nəslin necəliyində və davamında qadın və kişinin rolu var.

3. Qısa müddətli qadağaların ardınca, uzun müddətli bəhrələnmə dövrü gəlir.

4. Yaxınlıq üçün kişi qadına yaxınlaşmalıdır.

5. Meyllərdə ilahi yön olmalıdır. Əgər yaxınlıq zamanı pak övlad və qiyamət ehtiyatı nəzərdə tutularsa, bu yaxınlıq da ilahi rəngdə olar.

“Səhihe-Buxari”də deyilir: İlahi övliyalar yaxınlıq zamanı mücahid övlad qəsdində olurlar.

6. Əgər pak nəsil yetirsəniz, özünüz ondan bəhrələnəcəksiniz.

7. Qadın əşya deyil. O, azadlığın bünövrəsini qoyan, tarixə sərmayə yatıran, axirət hədiyyələrini gətirəndir.

8. Doğub-törəmə izdivacın əsas məqsədlərindəndir.

9. Yaxınlıq zamanı təqvanı gözləyin.

10. Nəfs istəkləri təqva vasitəsi ilə nəzərə alınmalıdır.

11. Təqvaya çatmaq üçün ən yaxşı vasitə axirətə imandır.


224. ﴿وَلاَ تَجْعَلُواْ اللّهَ عُرْضَةً لِّأَيْمَانِكُمْ أَن تَبَرُّواْ وَتَتَّقُواْ وَتُصْلِحُواْ بَيْنَ النَّاسِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ

Yaxşılıq etmək, çəkinmək, xalq arasındakı islahla bağlı andlarınızda Allahı tutacaq qərar verməyin. Həqiqətən, Allah eşidən və biləndir.”


Nöqtələr


◘Çoxsaylı təfsirlərdə, o cümlədən “Məcməül-bəyan”, “Ruhul-bəyan” kimi kitablarda bu ayənin nazil olma şə’ni haqqında deyilir ki, həzrət Peyğəmbərin yaxınlarından olan Abdullah ibn Rəvahənin kürəkəni və qızı arasında ixtilaf düşərkən Abdullah onların işinə qarışmamaq barədə and içdi. Ayə nazil oldu və bu sayaq andlar qadağan edildi.

◘“Əymən” and mə’nası bildirən “yəmin” sözünün cəm formasıdır. “Urzət” sözü isə təhlükə astanasında olmaq mə’nasını verir.

◘Əməlinizə don geyindirmək və məs’uliyyətdən qaçmaq məqsədi ilə andı vasitə seçməyin. Harada gəldi, Allahın müqəddəs adına əl atmayın. Bu iş özü də bir növ ədəbsizlikdir. İmam Sadiq (ə) buyurmuşdur: “Nə doğrudan, nə də yalandan Allaha and içməyin.”1

Bildirişlər


1. Allahın adı və müqəddəsliklərin hörməti saxlanılmalıdır.

2. Yaxşı işlərin, xalqın islahının qarşısını andla almaq olmaz.

3. Üstün dəyərlər və xeyir işlər yersiz bəhanələrlə tərk olunmamalıdır.

4. Unutmayın ki, Allah danışıqlarınızı eşidir və danışmadıqlarınızı da bilir. Hər bir söz və düşüncənin hesabını aparın.


225. ﴿لاَّ يُؤَاخِذُكُمُ اللّهُ بِاللَّغْوِ فِيَ أَيْمَانِكُمْ وَلَكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتْ قُلُوبُكُمْ وَاللّهُ غَفُورٌ حَلِيمٌ

Allah sizi məqsədsiz andlara görə cəzalandırmaz. Amma qəlblərinizin dərk etdiyi andlara görə cəzalandırılarsınız. Allah bağışlayan və həlimdir.”


Nöqtələr


◘Diqqətsiz, əsəbi, düşüncəsiz halda və ya çoxdanışmaq və tələskənliklə içilən andların hüquqi qüvvəsi yoxdur. Yalnız adi halda, diqqətlə, xeyir işlər üçün Allahın müqəddəs adına içilən müqəddəs andların məs’uliyyəti var. Belə andlar şər’ən icra olunmalıdır. Bu andları pozmaq haramdır. Pozulmuş andın kəffarəsi ya on fəqiri doyurmaq, ya onlara libas vermək, ya bir qul azad etmək, bütün bunlara imkan olmadıqda isə üç gün oruc tutmaqdır.1

Bildirişlər


1. İnsanın məs’uliyyəti onun iradə və seçiminə bağlıdır. Allah qeyri-adi vəziyyətdəki büdrəmələri insana bağışlayır.

2. Savab və cəzanın me’yarı işin səbəbi və niyyətidir.

3. Allahın həlimlik və bağışlama cilvələrindən biri də bilməyərəkdən baş vermiş xətaların bağışlanmasıdır.
226. ﴿لِّلَّذِينَ يُؤْلُونَ مِن نِّسَآئِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ فَإِنْ فَآؤُوا فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

Öz qadınlarına yaxınlaşmamaq barədə and içənlər üçün dörd ay möhlət var. Əgər (andlarından) dönsələr (onlara bir şey zəruri deyil), Allah bağışlayan və mehribandır.”



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin