Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə72/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   68   69   70   71   72   73   74   75   ...   98

Bildirişlər


1. Xeyir və şərin ölçüsü asanlıq və çətinlik, şəxsi meyllər deyil. Ölçü gerçək xeyirdir. Öz ehtimallarımıza istinad etməməliyik.

2. Nəfsdən doğan ikrah və sevgi xeyir və şər nişanəsi deyil.

3. Din yolunda savaş və cihad xeyir mayasıdır.

4. Öz sonsuz elmi ilə bizə göstəriş verən Allahın fərmanına təslim olaq. Hətta həmin göstərişlərin dəlilini bilməsək də!


217. ﴿يَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ وَصَدٌّ عَن سَبِيلِ اللّهِ وَكُفْرٌ بِهِ وَالْمَسْجِدِ الْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِندَ اللّهِ وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ وَلاَ يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّىَ يَرُدُّوكُمْ عَن دِينِكُمْ إِنِ اسْتَطَاعُواْ وَمَن يَرْتَدِدْ مِنكُمْ عَن دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُوْلَـئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالآخِرَةِ وَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: "O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək, Məscidül-Hərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir"! (Ey mö’minlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!”


Nöqtələr


◘“Fitnə” dedikdə şirk, işkəncə, imtahan, çətinlik başa düşülür.

◘Şiə və sünni təfsirçilərindən nəql olunmuşdur: Həzrət Peyğəmbər (s) Abdullah ibn Cəhş adlı şəxsi səkkiz nəfərlə birlikdə bir məktubla kafir və müşriklərdən mə’lumat gətirmək üçün göndərmişdi. Amma görüşdə çaxnaşma baş vermiş və nəticədə qarşı tərəfin rəisi qətlə yetirilmişdi. Onlardan iki nəfəri əsir düşmüş və malları müsadirə edilmişdi.

Bu hadisə haram aylardan olan rəcəb ayında baş vermişdi. Amma həmin dəstə rəcəb ayının başlandığını bilməmiş və cəmadiüs-saninin axırı olduğunu güman etmişdilər. Hər halda bu savaş səhvən rəcəb ayının əvvəlində baş vermişdi. Kafirlər bu məsələni şişirdərək müsəlmanları haram aylara ehtiramsızlıqda suçlayırdılar.

Düşmənin bu təbliğatı qarşısında Qur’an cavab verir ki, bu savaş haram ayda baş versə də, bunun səbəbi müsəlmanların ayı səhv salması olmuşdur. Müşriklərin nəzərinə çatdırılırdı ki, onlar bu aylarda bilərəkdən günaha yol verirlər. Bunun isə günahı haram ayda bilmədən savaşa girməyin günahından çox idi. Əslində bir bu qədər rüsvayçılıq və günaha yol verən kafirlər müsəlmanlar üçün bu əməli səhv saymamalıdırlar.

◘Mürtədlik əməlinin dünya cəzası islami faydalardan məhrumluqdur. Mürtədin cəzası həyat yoldaşından ayrılmaq, irsdən məhrum edilmə, müsəlmanlarla rabitələrin qırılması, İslam himayəsindən məhrum edilmə, nəhayət, qətldir.

Mürtədin axirət cəzası isə onun dünyadakı bütün yaxşı işlərinin puça çıxmasıdır.


Bildirişlər


1. Şübhələrə münasib cavab verin.

2. Məscidül-Həramın və onun əhlinin xüsusi hörməti var.

3. Günahların əhəmiyyət dərəcəsinin tə’yini Allahın əlindədir.

4. Əmin-amanlığı pozmaq qətldən də pisdir.

5. Düşmənin arzuları, məqsədləri, sə’yləri ilə tanışlıq lazımdır.

6. Düşmənin hücumu küfrə don geyindirib sizi rədd edə bilməz.

7. Düşmən daim pusqudadır. O sizin öz dininizi rədd etməyinizi, küfrünüzü, ona arxa çevirməyinizi istəyir. Bundan başqa heç nə ilə razılaşası deyil. Onlar müvəqqəti qələbə sorağında deyildirlər. Onlar sizin əqidə və məktəbinizi büsbütün aradan götürmək istəyirlər.

8. Dəyər ölçüsü xoş aqibətdir. Ola bilər ki, əvvəlcə İslamda olmuş şəxs dünyadan kafir getsin.

9. Mürtədliyin dünya və axirət tə’sirləri var.

10. Mürtədlik xeyir işləri puça çıxarır.

11. İman və əqidənin dəyəri haqqında onu demək olar ki, iman getdikdə saleh əməl də puç olub gedir.
218. ﴿إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ أُوْلَـئِكَ يَرْجُونَ رَحْمَتَ اللّهِ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ

Həqiqətən iman gətirənlər, mühacirət edənlər və Allah yolunda cihada qalxanlar Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayan və mehribandır.


Nöqtələr


◘Əvvəlki ayənin davamı olan bu ayənin nazil olma şə’ni haqqında oxuyuruq: Hicrət və cihad etmiş, amma rəcəb ayını cəmadiül-axir ayı ilə səhv salmış və savaşa girmiş mö’minlər narahat olmasınlar. Çünki onların səhvləri bağışlanasıdır. Onların günah etmək məqsədləri olmamışdır.

◘Əməlsiz ümid arzudan başqa bir şey deyil. Çünki “Kəhf” surəsinin son ayəsində belə buyurulur: “Hər kimin Allahla görüşə və yaxınlıq məqamına çatmağa ümidi varsa, xalis əməl yerinə yetirməlidir.” Bəli, “rəca” - gerçəkləşməsi üçün müqəddimə işləri görülən ümiddir.

◘İlahi lütflərə ümidvarlıq üçün İslam zəminələr hazırlamışdır:

1. Allahdan ümidsizlik kəbirə (böyük) günahlardandır.1

2. Allah-təala buyurur: “Mən mö’min bəndəmin gümanına baxıram. Əgər Mənə qarşı xoş gümandırsa, ona yaxşılıq yetirirəm.2

3. Peyğəmbərlər və mələklər mö’minlər üçün dua edir və onların bağışlanmasını diləyirlər.3

4. İlahi mükafat qat-qat artıq olur.4

5. Tövbə yolu açıqdır.5

6. Mö’minin çətinlikləri onun günahlarının kəffarəsi sayılır.6

7. Allah tövbəni qəbul edir və günahları savaba çevirir.7


Bildirişlər


1. İman əməldən üstün rütbəyə malikdir.

2. Allahın lütfünə ümid iman, hicrət və cihaddan asılıdır.

3. Düşüncə və əməllərin əsası düzgün olsa, kiçik yanlışlıqlar bağışlanasıdır.

4. Yaxşı işlərə yox, Allahın lütfünə ümid bağlayaq. Çünki pis aqibət, əməllərin puça çıxması, ibadətlərin qəbul edilməməsi təhlükəsi ömrümüzün sonunadək pusqudadır.

5. Bəndə Allahın rəhmətinə ümidvar olduğundan Allah belə e’lan edir: “O, bağışlayan və mehribandır.”

6. Hicrət və cihadı dəyərli edən, onların Allah yolunda baş verməsidir.

7. Xalis mö’minlər və mühacirlər də Allahın rəhmət və bağışlanmasına ehtiyaclıdırlar.

8. Allah yolunda mühacir və mücahidlərin xətalarını bağışlamaq lazımdır.


219. ﴿يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

Səndən şərab və qumar haqqında soruşurlar. De ki, bunlar iki böyük günahdır, (maddi) mənafeləri də var. (Amma) onların günahı faydalarından daha böyükdür. (Eləcə də) səndən soruşurlar ki, nəyi infaq etsinlər? De ki, əfvi (ehtiyacınızdan artığını). Allah Öz ayələrini sizin üçün bu sayaq aydınlaşdırır ki, bəlkə düşünəsiniz.”



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin