Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə70/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   66   67   68   69   70   71   72   73   ...   98

Nöqtələr


◘Bu ayə həm kafirlərə xəbərdarlıq edir ki, dünya bərbəzəyinə uymasınlar və mö’minləri məsxərəyə qoymasınlar. (Çünki səhnələrin dəyişəcəyi qiyamət var), həm də mö’minlərə təsəlli verir ki, kafirlərin məsxərəsindən peşman olmasınlar və gələcəyə ümid bağlasınlar.

Bildirişlər


1. Küfr insanın gözündə dünyanı cilvələndirir. Bəli, dünya o kəslər üçün cilvələnir ki, qiyamətin sonsuz lütf və ne’mətlərinə e’tiqadsızdırlar. Mö’minin nəzərində isə behişt dünya ilə müqayisəyə gəlməz!

2. Dünyapərəstlik başqalarının təhqirinə və onlara istehza edilməsinə səbəb olur.

3. Yoxsulların məsxərəyə qoyulması dünya əhlinin daimi səciyyəsidir. (Fe’lin gələcək zaman forması davam nişanəsidir.)

4. Qiyamətdə üstünlük o mö’minlərə məxsusdur ki, kafirlərin zəhərli sözləri onların təqvasını sındıra bilməmişdir.

5. Hesabsız ruzi ilahi ruhun nişanəsidir. Bu o demək deyil ki, Allah hesab çəkmir və ya bölgünü hikmətlə aparmır.
213. ﴿كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ وَمَا اخْتَلَفَ فِيهِ إِلاَّ الَّذِينَ أُوتُوهُ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ لِمَا اخْتَلَفُواْ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَاللّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

İnsanlar (başlanğıcda) vahid ümmət və əlbir idilər. (Onların arasında çəkişmə yox idi. İxtilaflar sonradan meydana çıxdı.) Allah peyğəmbərləri müjdə gətirən və qorxudan qərar verdi. Onlara haqq olaraq səmavi kitab nazil etdi ki, xalq arasında ixtilaflı məsələlərdə hökm versinlər. Bu kitaba münasibətdə yalnız həmin kitab göndərilənlər müxaliflik etdilər. Bu da onlara aşkar dəlil gəldikdən sonra baş verdi. (Səbəb) aralarındakı həsəd idi. Allah iman gətirənləri Öz istəyi ilə ixtilaflı məsələlərin həqiqətinə hidayət etdi. (Amma imansızlar hələ də azğınlıq və ixtilafda qalmışlar.) Allah istədiyi kəsi doğru yola hidayət edər.”


Nöqtələr


◘Bu ayədən mə’lum olur ki, insanlar ilk öncə sadə və bəsit bir həyat yaşamışlar. Amma zaman keçdikcə say çoxalmış, baxışlarda fərq və ixtilaflar meydana çıxmışdır. Bə’zi rəvayətlərdə haqqında danışılan zaman, Nuhdan əvvəlki dövrə aid edilmişdir. Həmin vaxt xalq sadə və bəsit bir həyat tərzi yaşamışdır. Onlar qəflət içərisində ömür sürmüşlər.1 Sonra insanlar təbii mənbələrdən faydalanmağa başlamış, biri o birini işə götürərək həmin şəxsin imkanlarından bəhrələnmişdir. Beləcə, ixtilaflar və təbəqələr meydana gəlmişdir. Mövcud ixtilafları həll edəsi möhkəm və ədalətli qanunlar ictimai həyatın zərurətlərindəndir. Allah-təala peyğəmbərləri ixtilafların həlli, çəkişmələrin aradan götürülməsi üçün məb’us etdi. Bu məqsədlə səmavi kitablar nazil edildi. Amma bə’ziləri bilərəkdən, inadkarlıq səbəbindən peyğəmbərlərin müjdə və qorxutmasına qarşı müqavimət göstərib öz-özünə digər ixtilaflar yaratdılar. Amma Allah öz lütfü ilə hidayəti qəbul edənləri doğru yola yönəltdi. Həsəd və ya zülm səbəbindən haqqa qarşı çıxanlar isə öz cəzalarını almaq üçün özbaşına buraxıldılar.

◘Qur’an insanları peyğəmbərlərin hakimliyi və ilahi qanunları qəbul etməməyə yönəldən inadkar ixtilafları tənqid edir. Bununla belə, nəhayətdə ədalətə təslimçiliklə sonuclanan ixtilafın eybi yoxdur. Belə bir ixtilaf ədaləti tə’min edən tərəzinin bir-birinə zidd hərəkət edəndir və gözləri kimidir.


Bildirişlər


1. Bəşəri qanunlar və mədəniyyətlər yer üzündəki problemləri həll etməyə qadir deyil. Çünki cəmiyyətdəki hər bir fərd öz istəyinə çatmaq arzusundadır. İxtilaflar ilahi qanunlar və peyğəmbərlərin hakimliyi ilə həll olunmalıdır. İlahi qanunlar təhrifdən, xətadan və nəfsə əsaslanan mühakimədən uzaqdır.

2. İxtilafların ən yaxşı həll yolu məadı gücləndirməkdir. Peyğəmbərlər ixtilafların qarşısını almaq üçün müjdələrdən və qorxutmalardan istifadə etmişlər.

3. Peyğəmbərlərin ümumi məqsədi eyni xətt üzrədir.

4. Peyğəmbər mühakiməsi səmavi qanunlar çərçivəsindədir.

5. Peyğəmbərlərin vəzifələrindən biri vəhdət yaradılması və təfriqələrin aradan qaldırılmasıdır.

6. Bütün peyğəmbərlərin mühakiməsi eyni tərzdədir.

7. Ən pis ixtilaf bilərəkdən yol verilən ixtilafdır. Həsəd və zülm səbəbindən ortaya çıxan ixtilaf necə də pisdir?!

8. Mö’minlər arasında da ixtilaf olur. Amma ilahi hakimiyyət sayəsində bu ixtilaflar öz həllini tapır.

9. İman xüsusi ilahi hidayətdən bəhrələnmə üçün zəmindir.

10. Bütün fərdlərin hidayəti Allahın istəyindən asılı olsa da, Allahın istəyi hikmətə əsaslanır.

11. Doğru yol (sirate-müstəqim) ixtilaflara son qoyur.
214. ﴿أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ الْجَنَّةَ وَلَمَّا يَأْتِكُم مَّثَلُ الَّذِينَ خَلَوْاْ مِن قَبْلِكُم مَّسَّتْهُمُ الْبَأْسَاء وَالضَّرَّاء وَزُلْزِلُواْ حَتَّى يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُواْ مَعَهُ مَتَى نَصْرُ اللّهِ أَلا إِنَّ نَصْرَ اللّهِ قَرِيبٌ

Keçmişdəkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onlar çətinliyə, sıxıntıya düçar olub elə alt-üst oldular ki, peyğəmbər və ona iman gətirib yanında olanlar dedilər: “Allahın yardımı nə vaxt olacaq?” Agah olun ki, Allahın yardımı yaxındadır.”


Nöqtələr


◘“Bə’sa” insana xaricdən hücum çəkən çətinliklərdir. Məsələn, savaş, oğruluq. “Zərra” isə xəstəlik, yara kimi daxili çətinliklərdir.

◘Ayədə keçmişdəki mö’minlərin çətinliklər qarşısındakı dözümü yada salınır və müsəlmanlara təsəlli verilir. Çətin hadisələr ilahi sınaqdır. Mala və cana aid olan bəlalar hamısı insanın tərbiyəsi üçündür.


Hər bəlada əta var, görə bilsən, Bir səfa başlayır qurtaranda qəm.

Hər əziyyət altda yatmış xəzinə, Baxsan gül görünər tikanlar sənə.


◘Həzrət peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir: Behişt çətinliklərlə hörülmüşdür.1 Digər bir rəvayətdə belə nəql olunur: “Mö’minlər üçün dünya çətinlikləri elə bir mükafatdır ki, başqaları deyərlər: “Ey kaş, bu çətinliklər daha ağır halda bizim üçün olaydı.”2 Bəli, çətinlik inkişaf, Allaha yaxınlıq amili və behiştə giriş yoludur.
Xəzinə tapmadı tər axıtmayan, Çatdı öz haqqına, kim ki, verdi can.
◘Duanın gec qəbul olunması sizi tərəddüdə salmasın. Allah dəfələrlə belə bir və’d vermişdir: Peyğəmbərlərə və Bizim bəndələrimizə hökmən yardım olunar.”3 Başqa bir ayədə oxuyuruq: Allah yazmışdır ki, Mən və rəsullarım qalibik.”4 Hər halda Allah qələbə və’di vermişdir. Müəyyən səbəblərdən və’dlər tə’xirə düşə bilər. Amma bu tə’xir kimsəni tərəddüdə salmamalıdır.

Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin