Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə66/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   62   63   64   65   66   67   68   69   ...   98

Nöqtələr


◘“Rəfəs” cinsi yaxınlıq, “fusuq” yalan, söyüş, pis danışıq, “la vəllah” və “bəla vəllah” mə’nalarındadır.

◘Ayədə qeyd olunmuş dövr həcc və ümrəyə aiddir. Təməttö ümrəsi şəvval, zil’qədə və zil’hiccə, həcc isə yalnız zil’hiccə aylarında yerinə yetirilir.


Bildirişlər


1. İslami ibadətlərdə zamanın mühüm rolu var.

2. Həcc və Məkkənin səfalı mühiti və fəzasını günaha batmaqla, kin-küdurətlə bulaşdırmaq olmaz.

3. Allahın xəbərdarlığına iman və yəqinlik vəzifələrin icrasında insana sevinc və ümid bağışlayır.

4. Bütün səfərlərdə azuqəyə ehtiyac var. Həcc səfərində ən yaxşı azuqə təqvadır.

5. Təqva düşüncə nişanəsidir.
198. ﴿لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ فَإِذَا أَفَضْتُم مِّنْ عَرَفَاتٍ فَاذْكُرُواْ اللّهَ عِندَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِن كُنتُم مِّن قَبْلِهِ لَمِنَ الضَّآلِّينَ

(Həcc zamanı) Allahın fəzli (kəsb və ticarət) ardınca getməkdə sizin üçün günah yoxdur. Elə ki, Ərafatdan köç etdiniz, Məş’ərül-Həramda Allahı yad edin. Bundan qabaq azdığınız halda sizi hidayət etdiyindən Onu zikr edin.”


Nöqtələr


◘Ərəfat Məkkənin iyirmi kilometrliyində yerləşən yerin adıdır. Zil’hiccə ayının doqquzunda günortadan günbatanadək həmin yerdə qalmaq Allah evinin ziyarətçiləri üçün vacibdir. Əgər gün batmamış oradan çıxsalar, bir dəvə cərimə verməlidirlər. “Ərəfat” sözü mə’rifət sözündəndir və “tanıma yeri” mə’nasını verir. Həmin yerdə Adəm və Həvva bir-birlərini tanımış və günahlarını e’tiraf etmişlər. İmam Sadiq (ə) və imam Baqirin (ə) buyurduğuna görə, Cəbrail bu yerdə həzrət İbrahimə demişdir: “Vəzifələrini tanı və dərk et.1

Hədisdə oxuyuruq: Həzrət Mehdi (ə) hər il Ərəfatda olur. Ərəfat torpağı övliyaların ah və göz yaşlarına şahiddir. Rəvayətdə nəql olunur: Ərəfədə qürub vaxtı Allah ziyarətçilərin bütün günahlarını bağışlayar. İmam Hüseyn (ə) və imam Səccad (ə) tərəfindən Ərəfə gününün duaları nəql olunmuşdur. (Ətraflı mə’lumat almaq üçün müəllifin “Həcc” kitabına müraciət edin.)

◘İslamın kompleks din olması nişanələrindən biri də həcc ibadəti əməlləri ilə yanaşı, maddi ehtiyaclara da diqqət yetirilməsidir. Necə ki, “Cümə” surəsində cümə namazında iştirak göstərişi ilə yanaşı belə buyurulur: “Namaz başa çatdıqdan sonra maaş ardınca gedin.”2

Bəli, həcc ibadətlə yanaşı həm də iqtisadiyyatdır.

İmam Sadiq (ə) buyurmuşdur: “Həccin əsərlərindən biri dünyanın müxtəlif nöqtələrindən gəlmiş müsəlmanlardan cəmiyyət təşkil olunması və müxtəlif təcrübələrin mübadiləsidir. Həcc ticari və iqtisadi müamilələr yeridir.”3

Bildirişlər


1. Birtərəfliklə mübarizə Qur’an proqramlarındandır. Bir qrup insan elə düşünürdü ki, din birtərəfli, həcc də quru bir ibadətdir. İslam belə bir münasibəti rədd edir.

2. Halal qazanc ilahi fəzldir. Qur’an kəsb əvəzində fəzl sözünü işlədir: Halal qazanc ilahi fəzldir.

3. Təlaş və tələb sizdən olsa da, ruzi Allahın fəzlidir.

4. Ruzi vermək Allahın rübubiyyət şə’nindəndir.

5. Ruzi verməkdə Allahın əli açıqdır. “Fəzl” sözü “nəkərə” formasında işlədilmişdir.

6. Bütün ibadətlər göstərişlər əsasında yerinə yetirilməlidir.

7. Bir tərəfdən ilahi yardımlara, digər tərəfdən keçmişdə baş vermiş günahlara diqqət insanın ilahi lütfə eşq və əlaqəsini artırır.

8. Öz keçmişinizi unutmayın. Sizi hidayət edən Odur.


199. ﴿ثُمَّ أَفِيضُواْ مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُواْ اللّهَ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

Sonra xalqın köçdüyü yerdən köçün. Allahdan bağışlanmaq istəyin ki, Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘Bu ayədə xalqın birlikdə hərəkətinə göstəriş verildikdən sonra Məkkə əhalisinə xatırladılır ki, Hərəm əhli və ya qüreyşli olmaları onları fərqli hərəkətə sövq etdirməməlidir. Onlara özlərini böyük tutmamaq və ümumi xalq kimi olmaq göstərişi verilir.

Əslində həccin tə’sir və fəlsəfələrindən biri də puç imtiyazların kənara qoyulmasıdır. Orada insan geyimindən, ev-eşiyindən, ailəsindən keçib damla olur və dəryaya qatılır.

◘Bu ayədə iki dəfə, ötən ayədə bir dəfə “ifazə” sözü işlədilmişdir. Bu söz birlikdə hərəkət mə’nasını verir. Ayələrdəki təkrarlardan görünür ki, birlikdə hərəkət ibadətlərin icrasından dəyərlidir.

◘İstiğfar və zikr Ərəfat və Məş’ərin ən üstün əməlidir. Bu məkanlarda yalnız dayanmaq vacib olsa da, uyğun ayələrdə Allah-təala bizi Öz zikrinə, keçmiş günahların yada salınmasına və ötən günahlara görə bağışlanmaq üçün duaya çağırır. Axı Allah övliyalarının göz yaşı axıtdığı bir yerdə necə biganə olasan?


Bildirişlər


1. İstənilən bir adla imtiyaz tələb etmək qadağandır.

2. Toplum halda hərəkət dəyərlidir.

3. Heç vaxt ümidsiz olmayaq. Keçmişimiz hər nədirsə, tövbə ilə ona çarə qılmaq mümkündür. Çünki Allah bağışlayan və mehribandır.
200. ﴿فَإِذَا قَضَيْتُم مَّنَاسِكَكُمْ فَاذْكُرُواْ اللّهَ كَذِكْرِكُمْ آبَاءكُمْ أَوْ أَشَدَّ ذِكْرًا فَمِنَ النَّاسِ مَن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ

Elə ki, öz həcc mərasimlərinizi yerinə yetirdiniz, Allahı yad edin. Necə ki, öz atalarınızı yad edirsiniz. Bəlkə daha artıq və daha yaxşı! İnsanlardan bə’ziləri belə deyirlər: “Pərvərdigara! Bizə dünyada əta et!” Onların axirətdə bəhrələri yoxdur.”


Nöqtələr


◘Məkkə əhlindən bir dəstəsi həcc mərasimi başa çatdıqdan sonra bir məhəldə toplaşıb öz ata-babalarını xatırlayır və qürrələnirdilər. Qur’an göstəriş verir ki, ata-babalarınızla fəxr etmək əvəzinə Allahı yad edin.1 Əmr olunur ki, Allahın ne’mətlərini və yardımlarını dilə gətirin və bu işdə ciddi olun.

◘Bir şeyin xatırlanması onun insan düşüncəsinə hakim olması nişanəsidir. Ata-babalarını xatırlayıb onlarla iftixar edən kəs onların düşüncə və əqidəsini qəbul etmişdir. Bu cür xatırlamalar cəmiyyətdə cahil bir mədəniyyəti, əqidəni hakim edə bilər. Ona görə də həzrət Musa (ə) buyurmuşdur: “Mən Samirinin qızıl və dəyərli buzovunu yandırar, külünü dəryaya tökərəm. Çünki onlara tamaşa etmək şirk düşüncəsini insanlarda canlandırır.”



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin