Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə65/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   61   62   63   64   65   66   67   68   ...   98

Bildirişlər


1. Bütün zaman kəsikləri eyni hörmətə malik deyil. Bə’zi ayların hörməti xüsusi saxlanılmalıdır.

2. İslamda çıxılmaz vəziyyət yoxdur. İslamın və müsəlmanların qorunması məkan və zamanların hörmətindən öndə gəlir.

3. İslam təcavüz və əziyyət dini deyil. Amma başqalarının əziyyət və təcavüzünü qəbul etmir.

4. Hətta düşmənlərlə də ədalətli rəftar edək.

5. Qanunçuluq sistemi elə tənzimlənməlidir ki, müsəlmanlarda ümidsizlik, kafirlərdə cür’ət yaratmasın. “Müqabilə be misl”, yə’ni qarşı tərəfə eyni tərzdə cavab vermək belə bir əsasa malikdir.

6. Hətta savaş zamanı da təqvaya riayət İslamın tərbiyə üsullarındandır.

7. Əgər savaşda ədalət dairəsindən çıxmasaq, ilahi yardımlardan da faydalanacağıq. Elə düşünməyin ki, ədalət və təqva sizin qələbənizi tə’xirə salar.
195. ﴿وَأَنفِقُواْ فِي سَبِيلِ اللّهِ وَلاَ تُلْقُواْ بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ وَأَحْسِنُوَاْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ

Allah yolunda infaq edin. (İnfaqı tərk etməklə) özünüzü öz əlinizlə həlak etməyin. Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir.”


Nöqtələr


◘Beş ayədə ardıcıl olaraq müsəlmanlar dinin müdafiəsi və kafirlərlə mübarizəyə çağırılır. Bu ayə həmin ardıcıllığı infaq və ehsan göstərişləri ilə tamamlayır.

İntihar və insanın özünə zərər vurması qəti şəkildə haramdır. Deyilənləri bu ayə təsdiqləyir. Amma İslam təhlükəyə düşdükdə şəhadət ardınca getmək özünü təhlükəyə atmaq deyil.

◘Bu ayə infaq tövsiyəsi verməklə yanaşı, müsəlmanları istənilən ifratçılıq və təfritçilikdən çəkinməyə çağırır. Əgər sərvətlilər xəsislik göstərib məhrumlar haqqında düşünməsələr, təbəqələrarası ixtilaf günbəgün genişlənəcək. Bu isə cəmiyyətdə partlayışa və nizamın pozulmasına səbəb olacaq. Əgər infaqda orta hədd gözlənilməsə və insan nəyi varsa başqalarına bağışlasa, öz əli ilə özünü və ailəsini fəlakətə aparacaq.

Qur’an digər ayələrdə də müsəlmanları infaqda orta həddi gözləməyə çağırmış və peyğəmbərə buyrulmuşdur: “Ey Peyğəmbər (s)! Nə əli bağlı qalma ki, bir şey bağışlamayasan, nə də elə olma ki, nəyin var bir yerdən əta edəsən.”1 İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurmuşdur: “Sizin infaqınız elə bir həddə olmamalıdır ki, əliniz boş qalsın və bədbəxtliyə düçar olasınız.”2

◘İnsan sevilmək istəyindədir. Qur’an insanın bu fitrətinə əsaslanaraq buyurur: "Yaxşılıq et, yaxşılıq edənlər Allahın sevimlisidirlər."

Bildirişlər


1. Bütün hərəkətlərin arxasında iqtisadiyyat dayanır. İqtisadi dəstək olmadan cihad da mümkün olmur. Əgər düşmənin hücumu və haqqın müdafiəsi zamanı xalq iqtisadi imkanlarını işə salmasa, məğlubiyyətə düçar olar.

2. Öz infaqınızla özünüzü və mülkünüzü sığortalayın.

3. İslamda cəbhə, savaş və maddi yardımların ilahi rəngi olmalıdır. Bu işlər Allahın razılığı xatirinə həyata keçməlidir.

4. Allahın sevimlisi olmaq ehsan üçün ən üstün təşviqdir.


196. ﴿وَأَتِمُّواْ الْحَجَّ وَالْعُمْرَةَ لِلّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلاَ تَحْلِقُواْ رُؤُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَن كَانَ مِنكُم مَّرِيضاً أَوْ بِهِ أَذًى مِّن رَّأْسِهِ فَفِدْيَةٌ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَا أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ

Həcc və ümrəni Allah üçün sona yetirin. Əgər sizin üçün (düşməndən qorxu, xəstəlik) kimi maneələr olsa, qurbanlıq üçün əliniz çatan şeydən (zibh edin və ehramdan xaric olun.) Qurbanlıq qurbangaha çatanadək başlarınızı qırxmayın və əgər bir şəxs xəstələndi və ya başında bir narahatlıq oldusa, oruc, sədəqə və ya qurbanlıq kimi bir kəffarə yerinə yetirsin. (Xəstəlik və düşməndən) amanda olduğunuz vaxt təməttö ümrə əvəzinə həcci başlayıb, əliniz çatan qurbanlıqdan (kəsin). Qurbanlıq tapmayan isə həcc zamanı üç gün, qayıtdıqdan sonra isə yeddi gün oruc tutsun. Bu on gün kamildir. (Əlbəttə,) bu (təməttö həcci), o kəs üçündür ki, Məscidül-Həramda (Məkkədə) sakin deyil. Allahdan çəkinin və bilin ki, Onun cəzası ağırdır.”


Nöqtələr


◘Bu ayədə külli və cüz’i şəkildə həcc və ümrə hökmləri bəyan olunmuşdur. Bu əməllərin geniş şəkildə hökmləri ilə rəvayətlərdə və alimlərin fitvalarında tanış olmaq mümkündür.

Həcc həzrət İbrahim tərəfindən bünövrəsi qoyulmuş mərasimdir. Bu mərasim həzrət İbrahimin dövründən ərəblər arasında davam etmişdi. Allahın əmri ilə uyğun proqram İslam tərəfindən də qəbul edildi və qiyamət gününədək davam edəsidir.

“Ümrə” ziyarət mə’nasındadır. Məkkəyə daxil olan kəs ehram libasında Kə’bənin ziyarətinə gedib təvaf etməlidir. Həcc və ümrə azan və iqamə kimi iki oxşar əməldir. Onların arasında azca fərq vardır. “Hədy” həcc qurbanlığının adıdır.

◘Bu ayədə təməttö ümrəsi təməttö həcci ilə yanaşı zikr olunmuşdur. Amma xəlifələrdən biri özbaşına şəkildə bunu qadağan etmişdir. Xəlifənin göstərişi aşkar Allah əmrinə qarşıdır.

◘Fövqəladə məsələlərin hökmü zəruri vaxt çərçivəsindədir. Ona görə də oruca icazə verilməyən adi səfərlərdən fərqli olaraq bu səfərdə qurban kəsmək mümkün olmadıqda, oruc tutmaq əmr edilir. Həmin üç günlük oruc həcc ayının yeddinci, səkkizinci və doqquzuncu günlərinə düşür. Onuncu gün qurban bayramı günüdür və həmin gün oruc tutmaq haramdır.

◘Mə’sum imamlar “ətimmul-həcc” cümləsinin təfsirində buyurmuşlar: Tam həcc o həccdir ki, onda çirkin söz, günah və didişmə olmasın. Onun gedişində haramlara yol verilməsin.”1


Bildirişlər


1. Dini vəzifələri tam şəkildə yerinə yetirmək lazımdır. Həcc əməllərinə başladıqdan sonra onu yarımçıq qoymaq olmaz.

2. Həcc əməllərində Allaha yaxınlıq və ibadət məqsədi olmalıdır. Gəzinti və səyahət məqsədi ilə həcc yerinə yetirmək olmaz.

3. İslam hökmləri xalq üçün çətinlik yaratmır. Xəstə və xaricdən qorxusu olan insana həcc və ümrəni tamamlamaq vacib deyil.

4. İbadətlərdə məkanın da öz payı var.

5. Xəstəlik bir sıra hökmlərdə güzəştlərə səbəb olur. Amma hökmlər heç bir vəchlə öhdədən götürülmür. Ona görə də həcdə üzrü olanlar oruc, sədəqə və ya qurbanlıqla vəzifələrini yerinə yetirməlidirlər.

6. Həcdə qurbanlığın vacib olma me’yarı onun asan və yüngül olmasıdır.

7. Ümrə və təməttö həcci hökmləri yalnız Məkkədə sakin olmayan hacılara aiddir. Məkkə sakinlərinin həcci isə başqa növdür.

8. İlahi cəzalara diqqət təqva zəminəsi yaradır. İlahi təkliflərin yerinə yetirilməsi üçün təqva şərtdir.

9. Bütün ilahi hökmlərin yerinə yetirilməsində təqvaya diqqət önə çəkilir.

10. Həcc əməlləri İslamdan qabaq başqa formada olmuşdur. Ona görə də Qur’anda bu dəyişikliklərə işarə olunur.

11. Həcc hökmlərində dəyişiklik edənlər üçün ağır cəza nəzərdə tutulur.
197. ﴿الْحَجُّ أَشْهُرٌ مَّعْلُومَاتٌ فَمَن فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلاَ رَفَثَ وَلاَ فُسُوقَ وَلاَ جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ يَعْلَمْهُ اللّهُ وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُوْلِي الأَلْبَابِ

(Ümrə və) Həcc (mövsümü) müəyyən aylardır. (Şəvval, zil’qədə, zil’hiccə.) Hər kəs bu aylarda həcc əməlini yerinə yetirsə, (bilsin ki,) cinsi yaxınlıq, günah, pis danışıq həcdə rəva deyil. Gördüyünüz yaxşı işlərdən Allah xəbərdardır. Özünüz üçün azuqə hazırlayın. Əlbəttə, ən yaxşı azuqə təqvalı olmaqdır. Ey düşüncə sahibləri! Yalnız Məndən çəkinin.”



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin