Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə67/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   63   64   65   66   67   68   69   70   ...   98

Bildirişlər


1. Boş vaxtı proqramlaşdırmaq tərbiyəçinin vəzifələrindəndir.

2. Allahın zikri kəmiyyət baxımından çox, keyfiyyət baxımından aşiqanə və xalisanə olmalıdır.

3. Məsələlərə səthi yanaşmayaq. Bə’ziləri ən üstün zaman və məkanda yalnız maddi ne’mətlərə çatmaq üçün dua edirlər.
201. ﴿وِمِنْهُم مَّن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

(Amma) insanların bə’ziləri deyirlər: “Pərvərdigara! Bizə dünyada da, axirətdə də yaxşılıq mərhəmət buyur və bizi odun əzabından qoru.”


Nöqtələr


◘Xalqı tanımaq yollarından biri onların arzuları və duaları ilə tanışlıqdır. Əvvəlki ayədə bir qrup şəxsin istəyi dünyaya aid idi; onlar bunun xeyrini-şərini düşünmürdülər. Bu ayədə isə ikinci qrupun istəyi “həsənədir”. Allahdan həm dünya, həm də axirətdə “həsənə” istənilir. Birinci dəstənin nəzərində əsas dünyadır. İkinci dəstə isə “həsənə” olan və axirətlə sonuclanan dünyanı dəyərli sayır.

Rəvayətlərdə dünya və axirət xeyirlərinin müxtəlif nümunələri sadalanmışdır.2 Həsənə isə bir neçə nümunə ilə məhdudlaşır.

◘Qur’ani-məciddə 115 dəfə “dünya”, 115 dəfə “axirət” sözləri işlədilmişdir. Bu bir təsadüf deyil. Əlbəttə, belə bir nəticə də çıxarmaq olmaz ki, dünya və axirətin əhəmiyyəti eynidir.

◘Dualarda ümumi məsələlər bəyan olunur. Nə əta etmək isə Allahın öhdəsinə qalır. Biz Allahdan həsənə və səxavət istəyirik. Çünki tərəqqimizin və xeyrimizin nədə olduğunu bilmirik. Bunu Allahın ixtiyarında qoyuruq. İnsan elmi məhdudiyyətlərə, agahlığının olmamasına görə xoşbəxt həyat üçün nəyə ehtiyaclı olduğunu bilmir. Ona görə də tövsiyə olunur ki, Allahdan vasitə yox, işin özünü istəyək. Çünki Allah həmin istəyimizi ağlımıza gəlməyən vasitələrlə gerçəkləşdirə bilər. Məsələn, Allahdan həcc ziyarətinə getmək tövfiqi istəyin. Amma deməyin ki, Pərvərdigara, mənə mal-pul ver ki, Məkkəyə gedim. Allah ağlımıza gəlməyən yollarla bizi məqsədimizə çatdıra bilər.


Bildirişlər


1. Dünya və axirət bir-birinə zidd deyil. Bir şərtlə ki, insan həsənə, yaxşılıq ardınca getsin.

2. Hər cürə rifah pislənilmir. Əksinə, gözəl bir həyat bəyənilmişdir.

3. Cəhənnəmin xüsusi hesabı var. Allahdan axirət xeyri istənilsə də, atəşdən nicat tapmaq üçün ayrıca dua edilir. (Məsələn, “Mücir” duasında yetmiş dəfəyə yaxın deyilir: “Pərvərdigara! Bizə cəhənnəm atəşindən nicat ver.”
202. ﴿أُولَـئِكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَاللّهُ سَرِيعُ الْحِسَابِ

Onların öz kəsbindən (duasından) bəhrəsi və qisməti var. Allah sür’ətlə hər kəsin hesabına yetişər.”


Nöqtələr


◘Bəhrəyə ayədə “nəsib” deyilmişdir. Sanki insan üçün pay ayrılmışdır. Mö’minlər təkcə “Rəbbəna atina” duasından faydalanmırlar. Onlar öz təlaş və kəsblərindən də bəhrələnirlər. Bu bizə xəbərdarlıq edir ki, Allahın lütfü dua ilə yanaşı, çalışıb sə’y göstərənlərə aiddir.

Bildirişlər


1. İnsan qiyamətdə yalnız bə’zi işlərindən faydalanır. İnsan bir çox işləri Allaha yaxınlıq məqsədi ilə, xalis niyyətlə görmədiyindən qiyamətdə həmin işlərdən bəhrələnmir.

2. Sə’y və təlaşsız heç bir bəhrə yoxdur.

3. Dərhal verilən mükafat bir imtiyazdır. (Həzrət Əli (ə) buyurmuşdur: “Allah bütün xalqın hesabına birdəfəyə yetişər. Necə ki, bütün xalqa birdəfəyə ruzi verir.”)
203. ﴿وَاذْكُرُواْ اللّهَ فِي أَيَّامٍ مَّعْدُودَاتٍ فَمَن تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلاَ إِثْمَ عَلَيْهِ وَمَن تَأَخَّرَ فَلا إِثْمَ عَلَيْهِ لِمَنِ اتَّقَى وَاتَّقُواْ اللّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ

Allahı müəyyənləşdirilmiş günlərdə (zil’hiccə ayının on birinci, on ikinci və on üçüncü günlərində) yad edin. Hər kəs tələsib (Mina əməllərini) iki gündə yerinə yetirsə, onun üçün günah yoxdur və hər bir təqvalı şəxs tə’xirə salsa (əməlləri üç günə yerinə yetirsə) onun üçün günah yazılmır. Allahdan qorxun və bilin ki, siz Ona doğru məhşur olacaqsınız.”


Nöqtələr


◘“Nurus-səqəleyn” təfsirində nəql olunmuş hədisdə tövsiyə olunmuşdur: Əvvəli bayram gününün günorta namazı, sonu on üçüncü günün sübh namazı olan on beş namazın ardınca bu dua oxunur: “Allah böyükdür, Allah böyükdür, Ondan başqa mə’bud yoxdur. Allah böyükdür, həmd-səna Ona məxsusdur. Allah böyükdür. O səbəbdən ki, bizi hidayət etdi. Allah böyükdür, o səbəbdən ki, dördayaqlıların ətindən bizə ruzi verdi.”

◘Ayədə buyurulur: “Hər kəs Mina torpağından çıxmağa tələssə və on ikinci gün günortadan sonra çıxıb Məkkəyə getsə, onun üçün günah yoxdur. Eləcə də, on üçüncü gün Minada qalan üçün günah yazılmaz.


Bildirişlər


1. Duaya zamanın tə’siri var.

2. Allah öz lütfü sayəsində xalq üçün yolu daraltmaz.

3. İşin əsası təqvadır. Rəvayətlərin bildirdiyinə görə burada “təqva” deyilərkən ehram halında haramlardan uzaqlaşmaq nəzərdə tutulur.

4. İstər zil’hiccənin on ikinci günü tələsib Minadan çıxmaq, istərsə də tə’xirə salıb on üçüncü günədək orada qalmaq təqva ilə müşayiət olunmalıdır.

Tələsmək zirəkliyi göstərmək və ya başqa puç məqsədlə olsa, eləcə də, həmin yerdə artıq qalmaq özünü göstərmək və şöhrət məqsədi ilə bağlı baş versə, əməl puça çıxar.

5. Müqəddəs iş və müqəddəs məkan təklikdə kafi deyil. İnsan özü də müqəddəs və təqvalı olmalıdır. Allah evinin ziyarətçilərinə münasibətdə iki dəfə təqva sözü yanaşı işlədilmişdir. Bu, şeytanın bütün yerlərdəki nüfuzunun nişanəsidir.

6. Məada iman təqvanın ən mühüm amilidir.

204. ﴿وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ

Xalq arasında eləsi var ki, onun dünya həyatı haqqındakı danışığı səni təəccübləndirir. O, Allahı qəlbinə olan hər şey üçün şahid tutur, (halbuki) o ən qatı düşmənlərdəndir.”

Nöqtələr


◘“Ludd” sözü düşmənçilik mə’nasını verir. “Ələdd” isə qatı düşmənçilik edənə deyilir. “Xisam” sözü də düşmənçilik mə’nasındadır.

◘Münafiqlər öz hiyləgər müqayisələri, rəqəmləri, ixtisasları, təcrübələri, zahirən elmi söhbətləri, şayiələri, hədələri, təbliğatları ilə yalnız bu maddi həyatda manevr qüdrətinə malikdirlər. Mə’nəviyyat meydanında, qeybi yardımlara, Allahın iradəsinə diqqətdə isə axsayırlar. Axirətdə də onların dilləri bağlı olacaq. Hətta onlara üzr istəmək icazəsi də verilməyəcək.



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin