Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə69/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   65   66   67   68   69   70   71   72   ...   98

Nöqtələr


Qur’an aşağıdakı qruplarla sülhlə keçinməyi sifariş edir:

1. Əziyyət verməyən müşriklərlə; “Sizinlə savaş fikrində olmayan və vətəninizə təcavüz etməyən kəslərlə xoşrəftarlı olun.”2

2. Kitab əhli ilə; “Kitab əhlinə de ki, o şeylərdə ki, əqidəmiz eynidir, gəlin bir olaq.”3

3. Digər müsəlmanlarla;4

◘Əvvəlki bir neçə ayədə həcdə böyük ictimai-siyasi toplantı haqqında danışılarkən, buyurulmuşdu: “Orada günaha yol verməyin, pis danışmayın.” Demək, cəmiyyəti günahdan və pis danışıqdan pak saxlamaq olar. Həmişə belə olsa və təfriqə səbəbi olan şeytan addımlarından çəkinsək, necə də yaxşı olar!

◘Çoxsaylı rəvayətlərdə dostluq mə’sum rəhbərə itaət kimi qeyd olunmuşdur.1 Təbii ki, qalaya daxil olmaq salamatlıq və rahatlıq əldə etməkdir. Bundan da şirin hiss olarmı ki, insan ilahi, mə’sum, agah, qayğıkeş, bütün dəyər və kamilliklərdə üstün bir rəhbəri olduğunu hiss etsin?!


Bildirişlər


1. Dostluq, salamatçılıq, təslim fəzasına yalnız iman sayəsində daxil olmaq mümkündür.

2. Şəxsi səliqələri bir kənara qoyub, yalnız Allah qanunlarına təslim olaq.

3. Sülh yaradılması bütün müsəlmanların vəzifəsidir.

4. Şeytani vəsvəsələr insanı günaha məcbur etmir. İnsanın şeytanla mübarizə gücü var. Ona görə də insana tağuta itaət etməmək tapşırılır.

5. Şeytan insanı addım-addım çaşdırır.

6. Şeytanın çaşdırma yolları çoxdur.

7. Şeytan sülh və vəhdətin düşmənidir. Təfriqə yaradan bütün kürsülər şeytanın kürsüsüdür.
209. ﴿فَإِن زَلَلْتُمْ مِّن بَعْدِ مَا جَاءتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُواْ أَنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ

Əgər sizə aşkar dəlillər gəldikdən sonra büdrəməyə düçar olsanız, bilin ki, Allah əziz və həkimdir. (O Öz hikməti əsasında əməl edir və heç bir qüdrət Onun iradəsinin qarşısını ala bilmir.)”


Bildirişlər


1. Allah höccəti tamamlayır, bəhanəyə yer qoymur.

2. Bilərəkdən xilaf iş görənlər əzab intizarında olsunlar.

3. Sizin təslim olmamağınızın Allahın izzətinə heç bir tə’siri yoxdur.


Küfrə düçar olsa kainat tamam, Bir zərrə toz düşməz zatına, inan.

4. Allahın cəzası hikmət əsasındadır.


210. ﴿هَلْ يَنظُرُونَ إِلاَّ أَن يَأْتِيَهُمُ اللّهُ فِي ظُلَلٍ مِّنَ الْغَمَامِ وَالْمَلآئِكَةُ وَقُضِيَ الأَمْرُ وَإِلَى اللّهِ تُرْجَعُ الأمُورُ

Yoxsa bunu gözləyirlər ki, Allah və mələklər buludların kölgəsində onlara doğru gəlsin və iş bitsin? Halbuki aşkar ayələrdən sonra heç nəyə ehtiyac yoxdur.) Bütün işlər Allaha doğru dönəsidir.”


Nöqtələr


◘Peyğəmbərlərin də’vəti dəlil və mö’cüzə yolu ilə gerçəkləşir. Amma bə’zən bəhanəcil xalq başqa şeylər gözləyir. Allah hər işə qadirdir. Bununla belə buyurur: Gözlədiyiniz baş verdikdən sonra da inadkarlıq etsəniz, Allahın qəhri sizi bürüyəcək, üzr və tövbə üçün möhlət olmayacaq... Deyilənlərin nümunəsi olaraq həzrət İsadan istənilmiş səmavi süfrəni (maidəni), həzrət Salehdən tələb olunan dəvəni göstərə bilərik. Əslində istədiyi mö’cüzə baş verən xalq dərhal itaət etməlidir. Əks təqdirdə onu Allahın qəzəbi bürüyəsidir. Əlbəttə, insanların mö’cüzə istəyi o vaxt gerçəkləşir ki, onların istəyi qeyri-mümkün olmasın. Məsələn, bir şəxs Allahı görmək istəsə, bu iş mahal olduğundan gerçəkləşəsi deyil. Belələrinə dərhal rədd cavabı verilir.

◘Allahın yaranış və tərbiyə nizamı sizin istəyinizə əsaslanmır. Bəlkə də siz Allahın və mələklərin buludlar üzərində sizə gəlməsini istəyəsiniz. Kimi də arzu edə bilər ki, mələklər onunla danışsın. Amma bütün bu işlər mümkün deyildir.


Bildirişlər


1. Peyğəmbərin risalətinin aşkar dəlilləri olduğu halda yersiz tələblər etmək qadağandır.

2. Allahı və mələkləri görmək tələbi haqdan qaçmaq üçün bir bəhanədir.

3. Hər şeyin qayıdışı Allaha doğrudur. Onun əsərlərini gördüyünüz halda nə üçün Onun Özünü görmək istəyirsiniz?
211. ﴿سَلْ بَنِي إِسْرَائِيلَ كَمْ آتَيْنَاهُم مِّنْ آيَةٍ بَيِّنَةٍ وَمَن يُبَدِّلْ نِعْمَةَ اللّهِ مِن بَعْدِ مَا جَاءتْهُ فَإِنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ

Bəni-İsraildən soruş: Aşkar dəlillərdən onlara necə də çox verdik. Hər kəs onun sorağına gəldikdən sonra Allahın (hidayət) ne’mətini dəyişsə, (bilsin ki,) həqiqətən, Allahın əzabı şiddətlidir.”


Nöqtələr


◘Rəvayətlərin bildirdiyinə görə, müxtəlif hadisələrlə müşayiət olunan ən yaxın tarixi hadisələrdən biri Bəni-İsrailin tarixçəsidir. Allah onlara Musa kimi rəhbər, mö’cüzələr və Öz lütflərini mərhəmət buyurdu. Allah onları Fir’onun əsarətindən qurtardı. Onların həyatının idarəsi üçün səmavi qanunlar göndərdi. Maddi baxımdan da rifahlı həyatla tə’min olundular. Amma onların küfrü, ne’mətlərin dəyişməsi elə bir həddə çatdı ki, Harunu qoyub Samiriyə tabe oldular. Onlar Allaha pərəstiş etmək əvəzinə Samirinin buzovuna pərəstiş etməyə başladılar. Nəhayət, Allah onların haqqında qəti hökmünü verdi.1 Belə rəftarları səbəbindən Allahın qəzəbinə düçar oldular.2

◘Allahın sabit qanunlarından biri budur ki, istər müsəlman, istər qeyri müsəlman bir millət Allahın ne’mətlərini dəyişsələr, Onun qəzəbinə düçar olmalıdırlar. Necə ki, bu günkü dünyamızda elmi tərəqqidən mənfi yönümdə istifadə olunduğu üçün dünya oda çəkilmişdir.


Bildirişlər


1. Tarixi araşdırma və ibrət götürmək zəruridir.

2. Ne’mətlər məs’uliyyət gətirir, tənbəllik isə cəza!


212. ﴿زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ اتَّقَواْ فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ وَاللّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ

Dünya həyatı kafirlərin gözündə cilvələnmişdir. Ona görə imanlıları məsxərəyə qoyurlar. Halbuki mö’minlər və təqvalılar qiyamət günü onlardan üstündürlər. Allah istədiyi kəsə saysız ruzi mərhəmət edir.”



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin