Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə74/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   70   71   72   73   74   75   76   77   ...   98

Bildirişlər


1. Dünya və axirətə diqqətsiz olmayın, onlar haqqında düşünün.

2. Yetimlərdən uzaqlaşmaq məsləhət deyil. Əksinə, xeyir və tamahsız bir niyyətlə onlarla yaxınlıq məsləhətdir.

3. Yetimlərə istənilən cür kömək dəyərlidir. Ayədə islah sözü ümumi şəkildə işlədilmişdir. Burada həm maddi, həm elmi, həm əməli, həm tərbiyəvi, həm də dini islah nəzərdə tutulur.

4. Yetimlər bizim nə qulumuzdur, nə övladımız. Onlar bizim kiçik qardaşlarımızdır və bizim özümüzdəndir.

5. Bu işdə nə ifrat, nə də təfritə yol verin. İslah adı ilə yetimlərin malını yeməyin, fəsad qorxusundan onlardan uzaqlaşmayın. Allah islah əhlini fəsad əhlindən seçir.

6. Allahın bizim düşüncə və niyyətlərimizdən xəbərdar olduğunu bilsək, fəsad və xilafa yol vermərik.

7. İslamda gücdən yuxarı vəzifə yoxdur.

8. Göstərişlərdəki asanlıq hikmətə əsaslanır.


221. ﴿وَلاَ تَنكِحُواْ الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلأَمَةٌ مُّؤْمِنَةٌ خَيْرٌ مِّن مُّشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلاَ تُنكِحُواْ الْمُشِرِكِينَ حَتَّى يُؤْمِنُواْ وَلَعَبْدٌ مُّؤْمِنٌ خَيْرٌ مِّن مُّشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُوْلَـئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللّهُ يَدْعُوَ إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

Nə qədər ki, iman gətirməyiblər, müşrik qadınlarla evlənməyin. İmanlı bir kəniz sizi heyran qoymuş müşrik qadından üstündür. Müşrik kişilərə - onlar iman gətirənədək - qız verməyin. İmanlı qul sizi heyran qoyan müşrik kişidən üstündür. Bu müşriklər (sizi) oda doğru də’vət edirlər. Halbuki Allah öz əmr və fərmanları ilə sizi behişt və bağışlanmaya doğru çağırır. O Öz ayələrini xalq üçün aydınlaşdırır ki, bəlkə dərk edələr.”


Nöqtələr


◘Mö’min olmayan insanlarla ailə qurmaq övladların və gələcək nəslin tərbiyəsində mənfi tə’sir qoya bilər. Hətta belə övladlar biganələrə casusluq da edə bilərlər. Ayə müsəlman olmayanlarla izdivac haqqında olsa da, insanın imanı üçün təhlükəli olan bütün ünsiyyətlər qadağan edilir.

Bildirişlər


1. Müsəlmanlar kafirlərlə ailə bağlılığı yaratmaq haqqına malik deyillər.

2. Təhlükəni aradan qaldırmaq mənfəət əldə etməkdən daha mühümdür. Müşriklərlə izdivac zamanı iki ehtimal önə gəlir: İzdivac nəticəsində müşrik iman gətirə bilər. Amma əksinə, mö’min də müşrik ola bilər. Mö’minin müşrik olma təhlükəsi daha mühüm olduğundan İslam qarşı tərəf iman gətirənədək bu izdivacı qadağan edir.

3. Ailə qurumunda tərəflərin imanı əsasdır. Kafirlərlə izdivac qadağandır.

4. İzdivac zamanı qarşı tərəfin gözəlliyinə, var-dövlətinə, ictimai mövqeyinə aldanmayın.

5. İctimai mövqe, var-dövlət, gözəllik imanın yerini doldura bilmir.

6. İmanlı zəiflərə və məhrumlara üstünlük verib, onlarla evlənin.

7. İzdivac dinə də’vət üçün vasitə ola bilər.

8. Nəfsani meyllər din çərçivəsini aşmamalıdır və onlara nəzarət edilməlidir.

9. Qul və kənizdə də olmuş olsa, iman dəyərlidir. Müşrik azad da olsa süqut rəmzidir.

10. Qızın izdivac məsələsində ataya xitab olunur ki, qızını müşrikə verməsin.

11. Əvvəlcə iman, sonra izdivac! Düşünməyin ki, izdivacdan sonra imana gəlsinlər.

12. Müşriklərin müsəlman cəmiyyətinin qəlbinə nüfuzunun qarşısını alın. Belə izdivaclardan ortaya çıxası təhlükələri nəzərdən qaçırmayın.

13. Pis həyat yoldaşı insanı cəhənnəmə apara bilər.

14. İlahi göstərişlərə əməl behiştə çatmaq yoludur.

15. Bağışlanma Allahın tovfiqi və izni ilə mümkündür. Məsihilər bağışlanmanı öz böyüklərindən asılı bilirlərsə, müsəlmanlarda belə bir inanc yoxdur.

16. İnsan həqiqəti fitri şəkildə dərk edir. Hökmlərin bəyanı isə yalnız xatırlatma üçündür.


222. ﴿وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُواْ النِّسَاء فِي الْمَحِيضِ وَلاَ تَقْرَبُوهُنَّ حَتَّىَ يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللّهُ إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

Səndən heyz (qadınlarda aybaşı adəti) haqqında soruşarlar. De ki, o, əzab-əziyyətlidir. Heyz zamanı qadınlardan kənar olun və pak olanadək onlarla yaxınlıq etməyin. Elə ki, pak oldular (ya qüsl verməklə paka çıxdılar), Allah sizə icazə verdiyi şəkildə onlarla yaxınlıq edin. Həqiqətən, Allah tövbə edənləri və paklananları da sevir.”


Nöqtələr


◘Aybaşı (heyz) zamanı qadınlara münasibətdə yəhudilər ifratçı, məsihilər biganədirlər. Tövratda oxuyuruq: Heyz halda olan qadına toxunan kəs şam vaxtınadək murdardır. Qadının yatağı, oturduğu yer də murdardır. Həmin yatağa toxunan istənilən bir kəs libasını yumalıdır. O qadının oturduğu yerə toxunan yuyunmalıdır. Əks təqdirdə şamadək murdardır. Onunla yaxınlıq edən kişi yeddi gün murdar olur. Heyzdən artıq günlər qan görsə murdardır.”1 Yəhudilərin əksinə olaraq, məsihilər heyz dövründə də yaxınlığı caiz sayırlar.

◘Amma İslam orta bir yol tutmuşdur. Heyz dövründə yalnız cinsi yaxınlıq qadağan olunmuşdur. İstənilən cür ünsiyyət, söhbət caizdir.

İslam əhatəli bir dindir. Bəşər həyatında ortaya çıxan bütün suallara İslamda cavab var. Əvvəlki ayələrdə “Yəs’əlunəkə” cümləsi ilə xalqın peyğəmbərə sualları bəyan olunmuş və onlar cavablandırılmışdır. Bə’zən sual savaş, bə’zən qumar, bə’zən şərab, bə’zən də infaq haqqında olmuşdur. Bu ayədə isə qadınlar haqqında soruşulmuşdur. Bütün bu suallar İslam məktəbinin əhatəli olduğunu göstərir. Buyurulur ki, Allah cüz’i-külli, maddi-mə’nəvi və ümumiyyətlə bütün məsələlər barədə hökm vermişdir.

◘Heyz dövründə qadının fizioloji baxımdan yaxınlıq hazırlığı olmur. Həmin dövrdə qadında süstlük və narahatlıq halları xarakterdir. Heyz dövründə yaranmış çətinliklər qadının yaxınlıq istəyini pozur. Eləcə də bu dövrdə onun orqanizmində qan kütlələri toplanır. Belə bir vəziyyətdə yaxınlıq baş verərsə, tibb alimlərinin nəzərincə, kişi sonsuzluğu ortaya çıxa bilər.

Rəvayətdə isə belə nəql olunur: Heyz dövründə bətnə düşmüş övlad cismi və ruhi cəhətdən problemlərə malik olacaq.2


Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin