Mövzu №1. Zoopsixologiya və müqayisəli psixologiya fənninin obyekti, predmeti, məqsədi, tədqiqat metodları və fənnin yaranma tarixi. Plan


Zoopsixologiya və müqayisəli psixologiya fənninin yaranma tarixi



Yüklə 17,86 Kb.
səhifə3/3
tarix16.05.2023
ölçüsü17,86 Kb.
#126990
1   2   3
qrup-031-23 (1)

3. Zoopsixologiya və müqayisəli psixologiya fənninin yaranma tarixi.
Zoopsixologiya üzrə elmi psixoloji biliklərin yaranması və inkişafı antik fəlsəfəni baza kimi əsas götürürlər. Antik dövrdə yaşayan filosofların əsas məsələsi ruh haqqında biliklər idi. Antik filosoflar nəinki ruhu təyin etmək üçün cəhdlər göstərirdilər, həmçinin onun yaşaması barədə sübutlar axtarırdılar. Bizim eradan əvvəl V-IV əsrlərdə yaşayan Demokrit deyirdi ki, ruh materialdır. O, təbiətin əşya və obyektlərində orqanizmin təşkilindən asılı olaraq yaşayır. “Ruhun əvvəli” ni heyvanlarda olduğunu Epikur söyləmişdir (bizim eradan əvvəl IV-III əsrlər). Epikur qeyd edirdi ki, hissiyatı olan hər bir canlıda ruh var. Bizim eradan əvvəl V-IV əsrlərdə yaşayan Aristotelin əsərlərində heyvanların və insanın davranış və quruluşunun dəqiq müşahidəsi göstərilmişdir. Bundan əlavə Aristotel insan və heyvan davranışının və psixikasının eksperimental tədqiqatlarının nəticələri əks olunmuşdur.
Anadan gəlmə və qazanılma heyvan davranışlarının öyrənilməsi stoiklər tərəfindən də aparilmışdır. Stoik fəlsəfi məktəbdir, antik dövrün sonuna qədər öz fikirlərini qorumuşdur. Stoiklər heyvanların instiktiv davranışlarının əsas xüsusiy­yətlərini göstərmişlər.
Daha sonra heyvanların psixikası haqqında təsəvvürlər fəlsəfənin çərçivəsində psixologiyanın inkişafı ilə əlaqədar olmuşlar. XVII əsrdə fransız mütəfəkkiri R.Dekart bir sıra elmin, həmçinin də zoopsixologiyanın əsasını qoymuşdur. Dekart heyvanların davranışını orqanizmin xarici mühitə verdiyi cavab ilə xarakterizə edirdi.
Təbiətə xas olan bacarıqlar və özünü inkişaf ideyalar isə XVII əsrdə yaşamış Hollandiyalı filosof Benedikt Spinozaya (1632-1677) aiddir. Onun fikirlərinə görə, canlı bədən düşünən bədəndir. Məhz təfəkkür bədənin hərəkətini əlaqəyə girdiyi digər bədən hərəkətlərinə cavab olaraq istiqamətlənir.
Zoopsixologiyanın yaranmasında möhtəşəm əməyi olan alimlərdən biri də K.Linneydir. O, özünün “təbiətin sistemi” adlı əsərində heyvanları tək xarici görünüşlərinə görə müqayisə edib təsnifatlaşdırmamış, həmçinin onları davranışlarına görə də təsnifatı aparmışdır. Qeyd etmək lazımdır ki, Linneyin təsnifat prinsipi müasir dövrdə də aktualdır. O dövrlərdə avstriyalı alim, professor Y.X.Xeninqin “Heyvanların hissiyyatı haqqında” əsər yazmışdır. O, burada heyvanların mənəviyyatın öyrənilməsinə həsr etmişdir.
Fransız alimi olan J.B.Lamark (1744-1829) özünün təkamül təlimi haqqında ideyanın əsasını qoymuşdur və əsas fikir ideyası ondan ibarət olmuşdur ki, canlılarda hərəkətverici qüvvə psixoloji amildir.
1863-cü ildə “Heyvanların həyatı” adlı kitab nəşr olunur. Bu kitabın müəllifi məşhur alman alimi, səyahətçi Alfred Brem (1829-1884) idi. Brem qətiyyətlə sübut edirdi ki, canlı heyvanlarda “psixoloji bacarıqlar” olduğunu qəbul etmək lazımdır. Brem öz kitablarında dəqiqliklə hər bir heyvan sinfinə aid olan dəstəni göstərmişdir.
1872-ci ildə “heyvanların emosiyalarının təzahürləri” adlı elmi zoopsixoloji tədqiqatların əks olunduğu Çarlz Darvinin kitabı işıq üzü görür (1809-1882) . 1839-cu ildə yəni dünya üzərində beş illik elmi ekspedisiya tərkibində səyahət etdikdə 3 il sonra “Müşahidələrin gündəliyi” adlı kitabı dərc olunur. O zaman tropiklərin fantastik təbiəti, heyvan və bitki aləmi Çarlz Darvində böyük təəssuratlar yaratmışdır.
Fransız alimi Jan Anri Fabr (1823-1915) məşhur entomoloq olaraq “Entomoloji xatirələr” adlı 10 cilidli kitab nəşr etdirir. O, heyvanlar aləmində gördüyü ciddi və irsən qazanılmış hərəkət koordinasiyası haqqında ətraflı məlumat vermişdir.
XIX-XX əsrlərdə öz əsərlərində heyvanların davranışları və psixikanın inkişafı haqqında fikirlər J.Leba, C.Uotson və İ.P.Pavlovun əsərlərində də öz yerini tapmışdır.
Rusiyada canliların davranışını eksperimental yol ilə öyrənən alimlərdən biri də İ.P.Pavlov (1849-1936) idi.
Görkəmli rus alimi V.M.Bexterevin (1857-1928) əsərlərinin əsas motivi insan problemi idi. Onun elmi əsərlərində beynin anatomiyası və nevropatologiyadan ibarət idi. O, qeyd edirdi ki, şərti refleks sinir sisteminin əsas qazandığı xüsusiyyətdir. Həmçinin mürəkkəb orqanik reflekslər, yəni instinktlərin mexanizmini reflektorlardan ibarət olduğunu göstərmişdir.
Qeyd etmək lazımdır ki, zoopsixologiyanın bir elm sahəsi kimifəaliyyəti bilavasitə psixoloji biliklərin tarxi ilə ayrılmaz surətdə əlaqəlidir.
Heyvanların psixikası haqqında olan bilikərin iki mənbəyi vardır.
1. Məişət təcrübəsi və elmi olmayan bilikər;
2. Xüsusi təşkil olunmuş elmi tədqiqatlar.
Mənbəyin belə parçalanmasına baxmayaraq, hər iki aaspektin informasiyası bir-biri ilə sıx əlaqəlidir və bir-birini məntiqi olaraq tamamlayırlar.
Zoopsixologiyanın elm kimi petrospektivinin birinci mərhələsi elmöncəsi dövrə təsadüf edir. Alimlər bunu mif zoopsixologiya dövrü adlandırırlar. Qədim insanlar heyvanlara sitayiş edirdilər. Heyvanlar onlar üçün müqəddəs və düşüncəli bir canlı kimi sayılırdı. Lakin mifoloji təfəffük insanlara bir çox heyvanları ev heyvanı etməyə maneə yaratmadı. Heyvanlara qarşı olan belə münasibət onların davranışını öyrənməklə insanlarda ov texnologiyalarını inkişaf etdirməyə səbəb oldu.
Yüklə 17,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin