Magistratura məRKƏZİ


FƏSİL III. AZƏRBAYCANDA PUL, FOND VƏ VALYUTA BAZARININ TƏNZİMLƏNMƏSİNİN TƏKMİLLƏŞMƏSİ İSTİQAMƏTLƏRİ



Yüklə 0,55 Mb.
səhifə13/15
tarix10.01.2022
ölçüsü0,55 Mb.
#109974
1   ...   7   8   9   10   11   12   13   14   15
FƏSİL III. AZƏRBAYCANDA PUL, FOND VƏ VALYUTA BAZARININ TƏNZİMLƏNMƏSİNİN TƏKMİLLƏŞMƏSİ İSTİQAMƏTLƏRİ
3.1. Monetar siyasətin formalaşdırılması və reallaşdırılması effektivliyinin artırılması ölkənin maliyyə təhlükəsizliyinin təmin edilməsinin mühüm istiqamətidir

Müasir dövrdə qlobal maliyyə böhranı dünya miqyasında olduğu kimi, Azərbaycanda da pul tədavülünün həcmində və strukturunda dəyişikliklərin baş verməsinə səbəb oldu ki, bu da öz növbəsində bank fəaliyyətinin dəyişən şəraitə və tələbə uyğunlaşmasını tələb edir. Belə ki, yeni reallıqlar şəraitində makrosəviyyədə baş verən dəyişiklikləri nəzərə alaraq Azərbaycanın Milli Bankı mövcud vəziyyəti sistemli təhlil edərək dəyərləndirmiş və antiinflyasiya siyasətini, habelə manatın likvidliyini təmin etmək üçün zəruri tədbirlər görür. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatında maliyyə gəlirlərinin formalaşması əhəmiyyətli dərəcədə ölkəyə neft satışından daxil olan ABŞ dollarının həcmi və kütləsi ilə bağlıdır. Ona görə də ölkə daxilində manatla dolların məzənnəsinin dəyişmək dinamikası da dünya bazarında xam neftin qiymətindən çox asılı olur. Digər tərəfdən, ölkənin maliyyə imkanlarının artıb və ya azalması qısa bir zaman kəsyində öz təsirini iqtisadiyyata yönəldilən investisiyaların həcmində göstərir ki, bu da son nəticədə ölkədə reallaşdırılan pul siyasətinin xarakterində göstərir. Qeyd etmək lazımdır ki, keçidin ilkin mərhələsində və eləcə də 2008-ci ilə qədər olan dövrdə ölkə iqtisadiyyatına yönəldilən kreditlərin çox böyük hissəsi xarici investisiyaların payına düşür. Bu meyl 2008-ci ildən dəyişərək artıq son illərdə iqtisadiyyata yönəldilən kreditlərin böyük əksəriyyəti daxili investisiyaların payına düşür. Ona görə yaradılmış bu maliyyə imkanları ölkədə daha səmərəli pul-kredit siyasəti reallaşdırmağa imkan verir. Digər tərəfdən maliyyə resurslarının, başqa sözlə neft satışından əldə olunan gəlirlərin Neft Fondunda cəmlənməsi Azərbaycan dövlətinə imkan verir ki, qlobal maliyyə böhranından mümkün qədər az itkilərlə çıxsın. Bunu ondan da görmək mümkündür ki, son 5 il ərzində Neft Fondundan büdcəyə yönəldilən transferlərin həcmi kəskin azalmışdır.

Mərkəzi Bank çox ciddi olaraq ölkədə makroiqtisadi vəziyyəti əsaslı təhlil edərək makroiqtisadi situasiyaya uyğun olaraq ona monetar tənzimləməyə uyğunlaşdırmağa çalışır. Bu isə öz növbəsində yeni şəraitə uyğun olaraq monetar tənzimləmə prinsiplərinin adekvat olaraq mövcud reallığa tətbiqini və onların müxtəlif variantlarda, ssenarilərdə işləməsini tələb edir. Biz bilirik ki, son illərdə Azərbaycan dövləti dövriyyədə olan nəqd pulların kütləsini azaltmağa, nəqdsiz hesablaşmaların payını kəskin yüksəltmək yolunda ciddi tədbirlər görür. Bununla bağlı dövlət manatın real effektiv mübadiləsini mövcud reallığa uyğunlaşdırmaq üçün onları makroiqtisadi mühitlə, makroiqtisadi göstəricilərlə qarşılıqlı əlaqəvə asılılıqda təhlil edərək tədbirlər görür. Bu zaman Mərkəzi Bankda qarşıya çıxan ən mürəkkəb problemlərdən biri manatın likvidliyini təmin etməklə onun mübadilə kursunu elə vəziyyətdə saxlamaqdır ki, o bir tərəfdən ölkədə milli iqtisadiyyatın innovativ inkişafını stimullaşdırsın, digər tərəfdən isə əhalinin həyat səviyyəsinə neqativ təsir göstərməsin. Əlbəttə, bu siyasətin səmərəli reallaşmasında ölkə prezidentinin sərəncamı ilə 16 mart 2016-cı il tarixində qəbul edilmiş «Milli iqtisadiyyat və onun əsas sektorlarında strateji yol xəritəsi»ndə qeyd olunan tədbirlərin reallaşması xüsusilə, böyük əməli əhəmiyyət kəsb edir. Həmin sənədlərdə ölkədə milli iqtisadiyyatın inkişafı tam halda, təkrar istehsalın bütün fazaları üzrə sistemli təhlil olunaraq dəyərləndirilir, iqtisadi inkişafın prioritetləri, hədəfləri, məqsədləri dəqiqləşdirilir. Qeyd olunan sənəddə 8 bölmə üzrə, o cümlədən 4 real sektor üzrə, 2 sosial sahə üzrə və 2 xidmət sektoru üzrə inkişafın prioritetləri dəqiqləşdirilir və onların əsasında 6 dekabr 2016-cı il tarixdə prezidentin sərəncamı ilə 11 istiqamət üzrə strateji yol xəritəsinin proqramı qəbul edilmişdir. Həmin inkişaf stratgiyasına uyğun olaraq yaxın zamanlarda Azərbaycanda pul təklifinin və pula olan məcmu tələb müəyyənləşdirilə bilir. Doğrudur, müasir konyuktur vəziyyəti bu prosesin proqnozlaşdırılmasını çətinləşdirir. Lakin, neftin qiymətinin yaxın illərdəki proqnozu göstərir ki, bu sahədə qiymətin optimal hala çatması yaxın dövrdə reallaşması mümkündür.

Azərbaycan dövləti dünya bazarında xam neftin qiymətinin düşməsi ilə bağlı manatın devalvasiyasının baş verməsinin ölkənin sosial-iqtisadi inkişaf parametrlərinə neqativ təsirini azaltmaq üçün qeyri-neft sektorunun üstün inkişafının, idxalı əvəzləyə məhsulların istehsalının genişləndirilməsi, habelə milli iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq üçün sənaye parklarının yaradılması aktual bir problem kimi qarşıya qoyulmuşdur. Bütün bu proseslərin əməli cəhətdən dəyərləndirmək üçün son illərdə Azərbaycanın pul sektorunda baş verən dəyişikliklərin, xüsusən, bu prosesləri səmərəli idarə edə bilmək üçün bankların fəaliyyətində müşahidə edilən meyllərin konkret materiallar əsasında araşdırılması gələcəklə bağlı müvafiq proqnozlar verməyə və dinamikanı dəyərləndirməyə imkan verir. Məlumdur ki, ölkənin pul-kredit siyasətinin səmərəli fəaliyyətinə inflyasiya neqativ təsir göstərir. Bunu nəzərə alaraq inflyasiya problemlərinin bir rəqəmli olması və idarə olunan səviyyədə qalmasını təmin etmək üçün Azərbaycan hökuməti və Mərkəzi Bank çox ciddi tədbirlər görür. Konkret materialların təhlili göstərir ki, 2015-ci ildə Azərbaycanda orta illik inflyasiya 4% civarında olmuş, habelə bütünlükdə ərzaq məhsullarına qiymətin səviyyəsi isə 6,2% artmışdır.



Mərkəzi Bank ölkəmizdə manatın minimum effektiv məzənnəsini, habelə mümkün ola biləcək inflyasiya proqnozlarını nəzərə alaraq qiymətlərin dəyişməsinin neqativ təsirini yumşaltmağa zəruri təsir göstərir. İnflyasiyanın son illərdə dəyişməsinin aşağıdakı rəqəmlərdə görərik. Belə ki, 2011-ci ildə illik inflyasiya 7%, 2012-ci ildə 1,1%, 2013-cü ildə 2,4%, 2014-də 1,4% və nəhayət 2015-ci ildə 1,5% olmuşdur. Azərbaycanda bank sektorunun dinamikasında baş verən dəyişiklikləri aşağıdakı cədvəldən görmük olar:


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin