Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Yalnız bu mühazirəyə aid ədəbiyyat



Yüklə 1,54 Mb.
səhifə67/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
Yalnız bu mühazirəyə aid ədəbiyyat:

1.Y.Ş.Kərimov “Ana dilinin tədrisi metodikası”. Bakı, 2010

2. I sinif ücün “Azərbaycan dili” dərsliyi , iş dəftəri və “Müəllim ücün metodik vəsait” Bakı,2012

3. Ş.Z.Nəbiyeva “Ana dili dərslərində şagirdləri fəallaşdıran tapşırıqlar” Bakı, 2010



Mühazirə: 15 Oxu təliminin metodikası

Plan:

1. Oxu təliminin əhəmiyyəti və başlıca vəzifələri.

2.Oxu təliminin metod və priyumları.

15.1 Oxu təliminin əhəmiyyəti və başlıca vəzifələri.

İbtidai siniflərdə ana dili tədrisinin mühüm vəzifələrindən biri, bəlkə də birincisi oxu təlimidir. V.A.Flerov oxu dərslərinin təşkilinin başlıca prinsiplərini belə formalaşdırmışdır:

“Bizim vəzifəmiz oxuyub düşünməyi, oxuyub hiss etməyi, oxuyub yaşamağı öyrətməkdir”.

Oxu məşğələlərinin, xüsusən ibtidai siniflərdə geniş tətbiq edilən izahlı oxunun gənc nəslin təlim-tərbiyəsində mühüm rolu vardır.

Oxu prosesində birinci dərəcəli məsələ uşaqlarda ətraf aləm haqqında düzgün obrazlı təsəvvürlər əsasında biliklərin formalaşdırılmasıdır. Oxunun məzmunu ideya-siyasi, mənəvi və estetik tərbiyəni təmin edir. Oxu dərslərində şagirdlərdə vətənə məhəbbət və sədaqət tərbiyə olunur, onlara xeyirxahlıq, ədalətlilik, namusluluq, mərdlik, fədakarlıq, təvazökarlıq, düzlük və doğruçuluq kimi sosial əxlaqi keyfiyyətlər aşılanır, onların dünyagörüşünün formalaşması üçün ilkin bünövrə qoyulur. Beləliklə, oxu dərsləri doğma vətənimizin gələcək qurucularının tərbiyə olunmasını təmin edir.

Bədii və elmi -kütləvi ədəbiyyatın oxunması şagirdlərin idrak qabiliyyətini inkişaf etdirir, fikrin itiliyini artırır, əqli fəallığını yüksəldir, onlarda fikir mübadiləsi aparmaq və öz mülahizəsini demək arzusu oyadır.

Müəllim çalışmalıdır ki, şagirdlər oxuduqları əsərlərin dilinin, ondakı obrazlı ifadələrin, dəqiq, sərrast sözlərin bədii qüvvəsini və gözəlliyini başa düşsünlər, hiss edə bilsinlər və onlardan zövq alsınlar.

Oxu texnikasına yiyələnmə - dəqiq eşitmə, görmə, tələffüzetmə təhlili və tərkibinə, sözün səs formasının onun mənası ilə birləşməsinə əsaslanan bir prosesdir.

Oxu şagirdlərin nitqini inkişaf etdirir, onlarda formalaşmış konkret təsəvvür və anlayışlar əsasında lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir və fəallaşdırır, fikirlərini şifahi və yazılı şəkildə ifadə etmək bacarığını artırır. Şagirdlərdə şüurlu, düzgün, sürətlə və ifadəli oxumaq, oxunmuş materialın məzmununu yaxşı nəqletmə bacarığı yaradır.

Oxu təlimini yüksək səviyyədə təşkil etmək üçün müəllim yalnız ana dili dərslərində deyil, digər fənlərin tədrisində, həmçinin şagirdlərin sinifdənxaric fəaliyyətində də ona xüsusi əhəmiyyət verməlidir.

Oxu dərslərində məntiqi təfəkkürün inkişaf etdirilməsi qaydası üzrə iş gedir: mətndə məntiqi əlaqələrin tapılması, əşya və hadisələrin müqayisəsi, iştirak edən şəxslərin xarakteristikası, oxşarlığına və təzadına görə onların tutuşdurulması, ümumiləşdirmə və nəticələr.

Şagirdləri fəallaşdırmaq üçün müəllim oxu dərslərində ifadəli oxu, sualların qoyulması, oxunmuş materialın yaradıcı şəkildə nəql edilməsi, məzmunun sözlə rəsminin “çəkilməsi”, əsərin səhnələşdirilməsi və s. priyomlardan istifadə edir.

Oxu tədrisi prosesində, əsasən, aşağıdakı priyomlardan istifadə olunur: müqayisə, tutuşdurma, ümumiləşdirmə, təsnifetmə, mətni hissələrinə ayırmaq, əsas ideyanı göstərmək, planın tərtibi, seçmə oxu, yığcam nəqletmə, qəhrəmanı xarakterizə edən söz və ifadələri seçmə və s.

Oxu dərslərində şagirdlərdə kitaba maraq və məhəbbət, mütaliəyə meyil güclənir.

Oxu dərslərində müəllimi bir məsələ düşündürməlidir, oxu necə təşkil olunmalıdır ki, bu dərslərdə sözün həqiqi mənasında uşaqların təhsili, tərbiyəsi və inkişafı vəzifələri vəhdətdə yerinə yetirilsin.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin