Mühazirə 15. Fövqəladə hallarda nəqliyyatda təhlükəsizlik


Nəqliyyatda təhlükəsizliyin psixofizioloji aspektləri



Yüklə 32,3 Kb.
səhifə2/2
tarix26.11.2023
ölçüsü32,3 Kb.
#135695
növüMühazirə
1   2
Mühazirə 15.

Nəqliyyatda təhlükəsizliyin psixofizioloji aspektləri Nəqliyyatda həyat fəaliyyətinin təhlükəsizliyi müəyyən dərəcədə psixi faktorlardan da asılıdır. Psixi faktorlar- insanın fəaliyyəti və əxlaqına təsir edən faktorlar ( düşüncə, diqqət, sərbəstlik, qıcıqlandırma, emosiya və s.) başa düşülür.İnsanın həyatına təsir edən psixi faktorlar yığımı onun şəxsiyyəti anlayışını əmələ gətirir. İstənilən psixi faktorun yayınması şəxsiyyətin qeyri- adekvat əxlaqına səbəb olur. Əksər insanın psixikasının ən çox pozulma halı sosial – siyasi və iqtisadi çevriliş dövrünə təsadüf edir. Bu zaman insanlar yaxın gələcəyə belə ümidini itirir, həyəcanı artır, yəni psixoloji balansı pozulur, informasiya stresləri keçirir. Uzunmüddətli streslər isə insanda müxtəlif xəstəliklərə səbəb olur. Stres hallarında əksər insan öz hərəkətini cilovlaya bilmir və hətta hadisə törədir. Stres və emosional hallar insanın vaxtından əvvəl məhvinə səbəb olur. Kəskin stres keçirən insan özünü də öldürə bilər. Özünəqəsdlə ölüm halları aclıqdan ölənlərdən sonra ikinci yeri tutur. 20ci əsrin 80-ci illərinin hesabatına görə SSRİ-də hər bir milyon adama düşən özunəqəsd -300 , Finlandiyada -260 , Yaponyada -190 , İsveçdə 180 , Kanadada -140 , ABŞ –da 120 , İtalyada – 80 ədəd olmuşdur. Maraqlıdır ki, Rusiyada 1917-ci ilə qədər bu rəqəm ( hər bir milyon adama görə ) 30 – 40 adam olmuşdur.
Müəyyən hallarda özünəqəsd məqsədi ilə insanlar özünü avtomobil altına atmağa çalışır və bu zaman nəqliyyat hadisəsi baş verir, sürücü və sərnişinlər üçün təhlükə yaranır. Sürücü ani halda hadisədən qaçmağa səy göstərir və daha ağır hadisə törədə bilir- o, saniyyə ərzində qərar qəbul edir: ya kəskin tormozlamalı, ya da hərəkət trayektoriyasını dəyişməli. Birinci halda, sürücü və sərnişinlər zədə ala bilər ,avtomobil isə hərəkət istiqamətini dəyişər (yana sürüşər ). İkinci halda avtomobil yana qaçırdılır, səkiyə qalxır, ya da əks hərəkət xəttinə çıxır, avtomobil aşa bilər, piyadanı vurar, qarşıdakı avtomobillə toqquşar, dirək və ya maniələrə çırpıla biər, nəhayət, insan həyatına, sağlamlığına xətər yetirə bilər, lakin sürücünün psixoloji durumu normaldırsa hadisə zamı ən səmərəli variant seçə bilir və xətanın sovuşmasına səbəb ola bilir.
Təhlükəli hallarda psixi faktorların təsirindən gözlənilməyən hallar baş verir. Sürücü psixofiziolji vəziyyətin qeyri- normal halında əvvəlcədən vəziyyəti qiymətləndirə bilmir və onun bu hadisəyə hazır olmadığına görə nəticənin xətası böyük olur. Sürücü heç vaxt nəzarəti itirməməlidir və ayıq olmalıdır. Nəqliyyat müəssisəsində ( zavod, TX və s. şöbə və sexlərində ) işləyən hər bir insanın psixofizioloji durumu normaları aşmamalıdır. Stres, xəstəlik, iş yerindəki qeyri – normal şərait, sərxoşluq, özünə qapılmaq, qeyri- peşəkarlıq, iş zamanı kənardan maneçilik və s. hadisələrin baş verməsinə səbəb ola bilir. Avtonəqliyyatdakı təhlükəli hadisələrin əksəriyyəti spirtli içkilər və narkotik maddələrin təsirindən baş verir. Siyasi nümayişlərdə iştirak edənlər ( problemini həll edə bilmədiyindən ) , azarkeşlər ( komandası uduzduqda ) psixi müvazinətini cilovlaya bilmir, nəqliyyat vasitələrini aşırır və ya yandırırlar. Gənc sərnişinlərin bəzisi xuliqanlıq edir, gur musiqi səsləndirir, ucadan danışır, oturacaqları zədələyir, işıqlandırma avadanlıqlarını sıradan çıxarır və bu kimi hərəkətləri ilə sürücü və sərnişinlərin psixofizioloji vəziyyətinə əks təsir göstərir. Ona görə də cəmiyyətdə psixofiziolji şəraitin normallaşdırılması məqsədi ilə dövlət proqramı və ictimai proqramlar hazırlanır və bu proqramlar insanların depressiyası, stresi, psixofizioloji vəziyyətinin mühavizəsinə xidmət etmək üçün tətbiq olunur.
Nəqliyyat təhlükəsizliyinin təmini əsasən dövlətin federal , ərazi və yerlərdə fəaliyyət göstərən təşkilatlarından asılı olur. Son on illər ərzində ölkəmizdə avtomobillər sayının artması yol hərəkətində intensivliyin artmasina səbəb olmuşdur ki, bu da tıxacların yaranmasına, həyat və sağlamlığın zəifləməsinə, ətraf mühitin təhlükəsizliyinə təsir göstərir. Respublikada avtomobil və dəmiryol nəqliyyatı probleminin həlli qənaətbəxş deyildir, yeni yolların inşası çox gec gedir, yollar nəqliyyat vasitələri sayı və axınına uyğun deyil, yolların keyfiyyəti standartlara cavab vermir, avtomobil qəzalarının sayı da durmadan artır. Ölkəyə çoxsaylı avtomillər daxil olur ki, bunların da əksəriyyəti köhnədir və ekoloji tələblərə cavab vermir. Bunların hamısı dövlət nəzarətindədir və xüsusi tədbirlər görülür, YHQ-nın pozulması hallarına qarşı və Beynəxalq daşıma normalarının pozulması ilə əlaqədar cəzalar tətbiq edilir, cərimələrin miqdarı vaxtaşırı artırılır və s.
Nəqliyyatda həyat fəaliyyətinin təhlükəsizliyi üzrə dövlət və idarə nəzarətinə aşağıdakılar daxildir: nəqliyyat vasitələri və müxtəlif növ stasionar avadanlıqların texniki vəziyyəti; təhlükəsizliyə təsir göstərə biləcək qovşaq və aqreqatlara malik nəqliyyat vasitələrinin texniki qulluq təmirinin keyfiyyəti; ətraf mühitin mühafizəsi baxımından nəqliyyatda təbiətin qorunması proqramı; sürücü tərkibi hazırlığının təşkili və səviyyəsi; nəqliyyat-yol qovşağı , yol örtüyü, üfüqi və şaquli yolların nişanlanması, yol nişanlarının düzgün qoyulması və s.
Nəqliyyatda dövlət nəzarətinin ümumi sistemində ən vacib məsələ NV –nin texniki vəziyyətinə nəzarət hesab olunur. Bu məqsədlə avtomobil nəqliyyatında avtomobil və onun qoşqularına dövlət texniki baxışı icra olunur. Texniki baxış zamanı nəqliyyatda təhlükəsizlik normativlərinə uyğunluq prosesləri yoxlanılır.
Nəqliyyatın inkişafı sahəsində dövlət nizamlamasının əsas istiqamətləri bunlardır: nəqliyyatın müasir normativ- hüquqi bazasının işlənməsi ( burada ən aktualı Avropa iqtisadi birliyində mövcud olan hüquqi normalara yaxınlaşmaqdır ); nəqliyyatda xüsusi sahibkarlığın inkişafı üçün iqtisadi şəraitin yaradılması; nəqliyyat və onun ayrı-ayrı növlərinin yeni idarəetmə sisteminin yaradılması; ən vacib nəqliyyat fəaliyyətinə məqsədli dövlət yardımının təşkili; nəqliyyat sahələri üçün kadr hazırlığının təmin edilməsi; təbiətin mühafizəsi tədbirlərinin həyata keçirilməsinə nəqliyyat təşkilatlarının maraqlandırılması.
Avtomobil nəqliyyatında baş verən qəzaların azaldılması məqsədi ilə ( xarici ölkələrin bu sahədəki təcrübələrini nəzərə almaqla ) ölkəmizdə avtonəqliyyat vasitələrinin təhlükəsizliyinin informasiyalı- analitik təmini sisteminin yaradıması məsələsi həll olunur. Bu sistem avtonəqliyyat vasitələrinin qəbul olunmuş tələblərə cavab vermədiyi haqqında informasiya axını toplamağı, sərnişin və yük daşımasını lisenziyalaşdırmağı, YNH-ni təhlil etməyi və s.-ni həll etməlidir.
Avtonəqliyyat vasitələrinin təhlükəsizliyi üzrə verilənlər bankının təşkili vacib məsələlərdən sayılır. Verilənlər bankına ilkin məlumatlar aşağıdakilardan daxil olmalıdır: avtonəqliyyat vasitələrinin sertifikatlaşdırılması orqanlardan; avtomobillərin TQ və təmirinin sertifikatlaşdırılması üzrə orqanlardan; avtonəqliyyat vasitələrinin dövlət texniki baxışının keçirilməsinin diaqnostik postlarından; daşıma prosesi və NV-nin texniki vəziyyətinin yoxlanması üzrə ərazi texniki nəzarət orqanından; YHT uçotunu həyata keçirən orqanlardan; avtonəqliyyat vasitələrinin sahibləri, fiziki və hüquqi şəxslərdən.
Avtomobil nəqliyyatında təhlükəsizliyin vəziyyəti haqqında illik analitik məruzənin hazırlanması verilənlər bankındakı informasiyaların təhlili əsasında aparılır. Bu məruzə əsasıda ünvanlı arayış hazırlanır və maraqlanan təşkilatlara göndərilir.
Nəqliyyatda təhlükəsizlik üzrə qarşılıqlı əlaqə ancaq marağı olan ölkələr arasında deyil, həmçinin Beynəlxalq təşkilatlarla da həyata keçirilir. Nəqliyyar Nazirliyi bir çox Beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyasının daxili nəqliyyat üzrə Komitəsi ilə , Beynəlxalq Avtomobil Təşkilatı ilə, Nəqliyyat Nazirliyinin Avropa Konfransı ilə və s. əməkdaşlıq edir.
Yüklə 32,3 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin