Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


MALIYYƏ RESURSLARI VƏ ONLARIN



Yüklə 463,33 Kb.
səhifə8/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   125
Maliyyə 2018

1.5.MALIYYƏ RESURSLARI VƏ ONLARIN

FORMALAŞMASI
“Resurs” dedikdə pul vəsaitləri, ehtiyatlar və daxilolmalar başa düşülür. Ümumi mənada götürsək resurs tələbatların ödəniməsi və fondların formalaşması mənbəyidir. Burada maliyyə, büdcə, kredit, valyuta və bank resursları fərləndirilir. Maliyyə resursları mürəkkəb kateqoriyadır. Maliyyə ÜDM və MM-in bölgüsü və yenidən bölgüsü prosesində pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədar yaranan iqtisadi münasibətləri ifadə edir. O bir sıra xarakterik əlamətlərə malikdir:

  • Maliyyə münasibətləri özünü pul vəsaitlərinin hərəkəti vasitəsi ilə biruzə verir.

  • Maliyyə münasibətlərinin ikinci xarakterik əlaməti onun bölgü katiqoriyasına aid olmasıdır.

Bu xüsusiyyət özünü milli gəlirin bölgüsü prosesində təzahür etdirir. Milli gəlirin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir və bu proses yeni tərkib hissələrə ayrılır. Nəticədə yeni dəyərin yaradılmasında iştirak edən ayrı-ayrı vətəndaşların, müəssisə və təşkilatların pul gəlirləri yaradılır. Bu da öz ifadəsinin maliyyə resursları anlayışında tapır.

Ümumiyyətlə maliyyə resursları, ÜDM-un, Milli gəlirin bölgüsü, yeni­dən bölgüsü prosesində yaradılan və təsərrüfat subyektlərinin, ayrı-ayrı və­tən­daşların, dövlətin sərəncamında olan pul vəsaiti fondlarının məcmusudur.

Maliyyə resursu dedikdə müəssisə və təşkilatların, dövlət hakimiyyət or­qan­larının sərəncamında olan və onlar tərəfindən geniş təkrar istehsal məq­səd­lə­rinə, sosial ehtiyaclara, işçilərin maddi stimullaşdırılmasına, digər tələbatların ödənil­mə­sinə istifadə edilən pul gəlirləri, yığım və daxilolmalar başa düşülür.

Dövlət maliyyə resursları-öz xərclərini ödəmək üçün, onun müəssisə və təşklatlarının malik olduqları bütün pul vəsaitləri fondlarının və daxilolmaların məcmusudur. Maliyyə resursları mərkəzləşdirirlmiş fondlara-dövlət büdəci, büd­cə­­dənkənar fondlara və qeyri-mərkəzləşdirilmiş maliyyə resurslarına bölünür.

Mərkəzləşdirilmiş maliyyə resursları dövlət büdcəsində, büdcədənkənar fondlarda cəmləşdirilir.

Maliyyə resursları geniş təkrar istehsal prosesinin maliyyə təminatını həyata keçirir, cəmiyyətin artan tələbatlarının ödənilməsinə yönəldilir, işçi qüvvəsinin təkrar istehsalını həyata keçirir. Təkrar istehsalın maliyyə təminatı – təkrar istehsal xərclərinin maliyyə ehtiyatları vasitəsilə təmin olunmasıdır. Maliyyə resursları vasitəsilə əsas vəsaitlərin geniş təkrar istehsalı dövriyyəsi təmin edilir, yəni əsas fondların istifadə olunmuş dəyərinin geniş şəkildə ödənilməsi həyata keçirilir.

Maliyyə resursları istehsal prosesinin digər mühüm amili olan əməyin, yəni işçi qüvvəsinin geniş təkrar istehsalını təmin edir. Belə ki, yeni yaradılmış dəyərin bölgüsü zamanı yaranan və maliyyə ehtiyatları kimi çıxış edən məqsədli pul fondlarının vəsaitləri hesabına işçilərin maddi stimullaşdırılması, onların sosial və mədəni məişət şəraitinin yaxşılaşdırılması, işçilərin daha təkmil əmək vərdişlərinə yiyələnməsi həyata keçirilir.

Maliyyə resurslarının həcmi istehsal prosesindən asılıdır. İstehsal prosesinin səmərəliliyinin yüksəldilməsi, onun həcminin genişləndirilməsi ÜDM-un, milli gəli­rin, nəticədə maliyyə ehtiyatlarının həcmini artırır. Bu da cəmiyyətin tələ­ba­tının ödənilməsinə imkan verir. Maliyyə ehtiyatlarından səmərəli istifadə istehsalın fasiləsizliyinin təmin edilməsinə, onun həcminin genişləndirilməsinə, daha təkmil tex­nologiyaların tətbiqi nəticəsində istehsalın səmərəliliyinin, maliyyə resurslarının həcminin daha da artırılmasına gətirib çıxarır.

Maliyyə tənzimlənməsi nəticəsində resursların sahələr, regionlar arasında bölgüsü həyata keçirilir ki, bu da iqtisadiyyatda baş verə biləcək uyğunsuzluqların aradan qaldırılmasına səbəb olur.

Müəssisələrin maliyyə resursları - təsərrüfat subyektlərinin sərəncamında olan bütün pul vəsaitlərinin və daxilolmaların məcmusudur.

Təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində yaranan gəlirlər, daxil­ol­ma­lar və yığımlar maliyyə resurslarının növlərini təşkil edir. Bunlara amortizasiya ayırmaları, mənfəət, vergi gəlirləri, sığorta ödənişləri və s. aiddir.

Təsərrüfat subyektlərinin maliyyə resurslarının tərkibinə-maddi istehsal sferası, qeyri-istehsal sferası, təsərrüfatın aparılması üsulu (kommersiya və qeyri-kommersiya), təşkilati-hüquqi forma, sahə xüsusiyyətləri və s. təsir göstərir.

Maliyyə resurslarının həcminin artmasına təsir edən mühüm amillərdən biri investisiya qoyuluşudur.

Maliyyə resurslarının formalaşması mənbəyini ümumi daxili məhsul, milli sərvətin bir hissəsi, xarici iqtisadi fəaliyyətdən daxilolmalar təşkil edir.

Ümumi daxili məhsul, dövlət və bələdiyyə maliyyə resurslarının əsas mən­bə­yidir. Lakin iqtisadi böhran və ya fövqəladə hallar baş verərsə dövlət və bələdiyyə maliyyə resursları mənbəyi kimi əvvəllər yığılmış milli sərvət çıxış edə bilər.

Maliyyə resursları ümumi daxili məhsulun və milli gəlirin bölgüsü prose­sində yaradılır. Dövlət səviyyəsində mərkəzləşdirilmiş maliyyə resurslarının formalaşmasının əsas mənbəyi milli gəlirdir. Milli gəlirin bölgüsü və yenidən­bölgüsü əsasında dövlətin pul vəsaitləri fondları yaradılır.

Milli sərvətin bir hissəsi ölkənin qızıl ehtiyatlarınının satışından daxil­olma­lar, özəlləşdirmədən gəlirlər və s. formada cəlb edilir. Xarici iqtisadi fəaliyyətdən maliyyə resursları xarici iqtisadi əməliyyatlardan gəlirlər, xarici dövlət borc­lan­ma­sı, xarici investisiya və s. şəkildə daxil olur.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin