MALİYYƏ
fənnindən
mühazirə
mətnləri
MÖVZU 1.
MALİYYƏNİN MAHİYYƏTİ VƏ FUNKSİYALARI
1.1.MALIYYƏ ELMININ YARANMASI VƏ INKIŞAFI
1.2.AZƏRBAYCANDA MALIYYƏ ELMININ YARANMASI VƏ INKIŞAFINA DAIR NƏZƏRI BAXIŞLAR
1.3.MALIYYƏNIN SOSIAL-IQTISADI MAHIYYƏTI VƏ FUNKSIYALARI
1.4.MALIYYƏNIN DIGƏR IQTISADI KATEQORIYALARLA QARŞILIQLI ƏLAQƏSI
1.5.MALIYYƏ RESURSLARI VƏ ONLARIN FORMALAŞMASI
MALIYYƏ ELMININ YARANMASI VƏ INKIŞAFI
Maliyyə latın mənşəli söz olmaqla əmtəə-pul münasibətlərinin müəyyən inkişaf mərhələsində meydana gəlmişdir. Mahiyyət etibarilə pul münasibətləri sistemi olmaqla dövlətin mövcudluğu və fəaliyyəti ilə sıx bağlıdır. Kapitalizmə qədərki dövrlərdə dövlətin ehtiyaclarının ödənilməsi üçün müxtəlif rüsumlar yığılırdı. Əmtəə-pul münasibətlərinin inkişaf dairəsi məhdud olduğundan, maliyyənin inkişafı üçün zəmin hələ zəif idi. Lakin bu münasibətlərin inkişaf etdiyi kapitalizm cəmiyyətində maliyyə milli gəlirin bölgüsü və yenidən bölgüsü prosesində pul vəsaiti fondlarının əmələ gəlməsi, bölgü və istifadəsi ilə əlaqədar yaranan geniş iqtisadi münasibətlər sistemini ifadə etməyə başladı.
Maliyyə elminin müstəqil elm kimi meydana gəlməsi böyük bir tarixi yol keçmişdir. Bu onu göstərir ki, bu elm hələ çox qədim zamanlarda yaranmış, öyrənilmişdir. Maliyyə nəzəriyyəsinə aid ilk elmi əsərin müəllifi yunan mütəfəkkiri Ksenefont (e.ə.430-355) hesab edilir. Onun maliyyə nəzəriyyəsinin inkişaf yolunun Aristotel tərəfindən inkişaf etdirildiyi iddia edilir. Aristotelin əsərlərində bütövlükdə maliyyə sistemi, eləcə də dövlət maliyyə sistemi haqqında baxışlar öz əksini tapmışdır.
Prof.B.M.Sabantinin fikrincə, maliyyə anlayışını məişətə daxil edən müəllifin adını göstərmək çox çətindir. XIII-XV əsrlərdə o, pul ödənişini ifadə edirdi. XVI əsrdən XIX əsrədək maliyyə münasibətləri dövlət gəlirlərinin formalaşması və onların xərclənməsi ilə əlaqələndirilirdi. Hətta Rusiyada XIX və XX əsrdə maliyyə haqqında elm dövlət gəlirləri və xərcləri sahəsində hüquqi normaları öyrənən hüquq fənni kimi tədris edilmişdir. E.A.Voznesenski maliyyə münasibətlərinin imperativ cəhətini ayırdı. O, sübut etməyə çalışırdı ki, maliyyə münasibətləri dövlət tərəfindən dövlət-hakimiyyət qaydasında formalaşır.
Qərbi Avropada azad rəqabətin inkişafı merkantelistlərin bir çox ideyalarını puça çıxardı. Dövlətin təsərrüfat həyatına müdaxiləsini limitləşdirən klassik siyasi-iqtisadın yayılmasının, əlbəttə tarixi izahı vardır. Həmin dövrdə inqisadiyyatda müqəddəratı həll edilən bazar və azad seçim idi. Dövlətin formalaşması və inkişafının bütün dövrlərində cəmiyyət əvvəlcə natural formada və sonralar isə pul formasında dövlət gəlirlərinin formalaşdırmaqla onun tələbatını ödəmişdir. Tarixən maliyyənin meydana gəlməsi cəmiyyətin gəlirləri hesabına dövlətin gəlirləri və xərclərinin formalaşması ilə bağlıdır.
Maliyyə haqqında biliklərin sistemləşdirilməsində İtaliya alimləri D.Karafa, N.Makiavelli, C.Botero kimi görkəmli alimlər mühüm rol oynamışlar.
XVII əsrin əvvəllərində dövlət xəzinəsinə vəsaitlərin cəlb edilməsi üsullarının sürətli inkişafına baxmayaraq bir çox feodal dövlətlərdə maliyyə haqqında elm ümumən qəbul edilmədi. Bəzi iqtisadçı alimlər maliyyə elminin mövcudluğunu şübhə altına alırdı. Lakin zaman keçdikcə maliyyə haqqında təsəvvürlər öz şəklini dəyişdi.
Maliyə elminin təşəkkülü və inkişafı üçün xarakterik olan iki mərhələni ayırmaq olar. Birinci mərhələ Roma imperiyası dövründən başlayaraq və XX əsrin ortalarında başa çatan mərhələdir. Bu mərhələnin nəzəri əsasını maliyyənin klassik nəzəriyyəsi təşkil edir.
İkinci mərhələnin nəzəri əsasını maliyyənin neoklassik nəzəriyyəsi təşkil edir. Birinci mərhələnin mahiyyəti ondan ibarətdir ki, maliyyə münasibətlərində əsas mövqe dövlətə, ikinci mərhələdə isə xüsusi sektora aiddir. Birinci mərhələ uzun bir dövrü əhatə etdiyi üçün müxtəlif dövrlərə bölünür. XIX əsrin maliyyə elminin aparıcı nəzəriyyəçilərindən biri olan K.Ray onun inkişafında 3 dövrü fərqləndirir: qeyri-elmi vəziyyət; elmi işləmələrə keçid; elmi (səmərəli) dövr.
Birinci dövr uzun müddəti əhatə edir. Maliyyə elmi tarixçiləri onun başlanğıcını qədim Afina və Roma dövrlərinə aid edirlər. Dövlətin həmin dövrdə gəlirləri bir neçə mənbədən formalaşdı ki, onlardan əsasları dövlət torpaqlarından, mədənlərdən, bazarlardan, körpülərdən istifadəyə görə haqq idi. Dövlət xərclərinin də istiqamətləri müxtəlif idi. O zamanlar mürəkkəb maliyyə sisteminə ehtiyac yox idi. Orta əsrlərin sonu bir çox alimlər tərəfindən maliyyə elminin inkişafının ikinci dövrünün başlanğıcı kimi elmi işləmələrə keçid mərhələsi adlandırılmışdır. Orta əsrlərin sonunda dövlət xəzinəsinin kral xəzinəsindən ayrılması prosesi başlamışdır. Belə ki, daim artan dövlət xərclərini kral xəzinəsi ödəyə bilməzdi. Dövlətin ehtiyaclarını rüsum və yığımlar hesabına həll etmək mümkün deyildi. Ona görə də XVIII əsrin sonunda bir çox ölkələrdə vergi sisteminin formalaşması prosesinin aktivləşməsi tamamilə təbii idi.
Məhz XVIII əsrin II yarısının əksəriyyət alimləri maliyyə elminin meydana gəlməsinin tarixi kimi qeyd edirlər. Elə həmin illərdə maliyyənin inkişafında elmi və səmərəli dövr başlamışdır. Sistemləşdirilmiş maliyyə elminin ilk nümayəndələri olan alman alimləri İ.Yutsi və Y.Zonnefelsin fikrincə, maliyyə elmi elə qaydaların toplusudur ki, onların köməyi ilə dövlət əlverişli şəkildə öz gəlirlərini əldə edir.
Sonralar yeni elmi istiqamətin formalaşması üzrə araşdırmalar xeyli intensivləşmişdi. Artıq XIX əsrin axırlarında əsasən iqtisad məktəbinin nümayəndələrinin səyi ilə “maliyyə” termini birmənalı qəbul edildi.
XX əsrin 40-cı və 50-ci illərini maliyyə elminin inkişafinda, onun məzmununun şərhində yeni mərhələnin başlanğıcı adlandırmaq olar. Məhz həmin illərdə maliyyənin yeni klassik nəzəriyyəsi təşəkkül tapmışdır. İngilis iqtisadçısı C.M. Keyns 1929-1933-cü illərin dərin böhranı zamanı qeyri-sabit inkişaf şəraitində dövlətin iqtisadiyyata müdaxiləsinin zəruriliyini əsaslandırmışdır. Keynsin fikrincə vergilər və borclar hesabına
Dostları ilə paylaş: |