NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ



Yüklə 5,7 Mb.
səhifə39/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

ZİKRİN MƏRTƏBƏLƏRİ


Zikrin müxtəlif dərəcə və mərtəbələri vardır: onun ən ibtidai və ilkin mərhələsi dildə tələffüz edilən zikrdən başlayır, kamil şühud və fəna məqamına qədər davam edir. İlk mərhələdə zikr edən şəxs qəlbən Allaha diqqət yetirdiyinə görə məxsus zikrləri qürbət qəsdilə dildə təkrar edir, amma onların mə’nasına diqqət yetirmir. İkinci mərhələdə zikrləri qürbət qəsdilə deyir və həmin halda onların mə’nasını da zehnində canlandırır. Üçüncü mərhələdə isə dil qəlbə tabe olub zikr deyir; qəlb Allaha diqqət yetirdiyindən və zatının batinində zikrin mə’na və məfhumlarına iman bəslədiyindən qəlb dilə zikr etmək fərmanı verir. Dördüncü mərhələdə Allah yolunun yolçuları Pərvərdigari-aləm qarşısında tam batini ilə hüzuri-qəlbə malikdir, diqqəti kamil həddədir, hər bir halda Onu özünə hazır və nəzarətçi görür. Bu məqamda olan insanların da vəziyyəti bir-birindən fərqlənir. Onların kamili və daha kamili vardır. Nəzər-diqqətlərini Allahdan qeyrilərindən nə qədər kəssələr həmin miqdarda da Allahla ünsiyyət bağlayır, Ona məhəbbət göstərir və nəhayət kamil şühud və fəna məqamına çatırlar.

Ən yüksək mərtəbə olan bu məqamda Allaha yaxınlaşmaqda olan bəndə dünyəvi hicabları parçalayıb məcazi və qeyri-həqiqi olan məhəbbətləri qəlbindən çıxarır, xeyirlərin və kamalların həqiqi mənbəyinə qovuşur. Hər bir şeyi – hətta öz nəfsini belə buraxıb Allaha müraciət edir. Ümidini Allahdan başqalarından üzüb yalnız Ona məhəbbət bəsləyir, Ondan başqa heç bir kamal görmür ki, ona ürək bağlasın, Ondan başqa heç bir munis tapmır ki, onunla ünsiyyət saxlasın. Allahın belə xalis bəndələri əzəmət, cəlal, kamal, xeyir və nur mə’dəninə yol tapmışlar. Onlar batin (bəsirət) gözləri ilə Allahın camalının nurunu müşahidə edir, hətta bir an belə dünyanın məcazi varlıqlarına diqqət yetirmir, onlara ürək bağlamırlar. Onlar kamal mənbəyinə çatdıqlarından məcazi və şərti olan kamallar onların nəzərində dəyərsiz olur. Allahla görüşə olan eşq-məhəbbətdə yanır, bu ləzzəti dünyaya dəyişmirlər. Gördükləri dünya varlıqlarının hamısını Allahın camal nurunun bir şüası, Onun kamil vücudundan bir nişanə hesab edirlər.

Bir nəfər Əmirəl-mö’minin Əliyyibni Əbitalibdən (ə) soruşdu: “Allahı görmüsənmi?” Buyurdu: “Vay olsun sənə! Mən görmədiyim Allaha ibadət etmərəm.” Soruşdu: “Allahı necə görmüsən?” Buyurdu: “Vay olsun sənə! Allahı zahiri gözlərlə görmək olmaz, lakin Onu iman həqiqəti ilə müşahidə edərlər.”1

İmam Hüseyn (ə) “Ərəfə” duasında belə deyir: Pərvərdigara, Sənin varlığını isbat etmək üçün özü Sənə ehtiyaclı olan bir şeyə necə istinad oluna bilər?! Sən vaxt gözlərdən qaib olmusan ki, (Səni isbat etmək üçün) dəlilə ehtiyac duyulsun?! vaxt uzaq olmusan ki, əsərlər əlamətlər Sənə çatmağa səbəb olsun?! Kor olsun o gözlər ki, Səni özünə nəzarətçi görməyir! Necə ziyankardır o bəndə ki, Öz məhəbbətindən ona heç bir pay verməmisən.”



Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) “Şə’baniyyə” münacatında deyir: Pərvərdigara, Sənə doğru gələn yolu kamil surətdə qət etməyi mənə əta et (ni, Sənə qovuşmağı). Bizim qəlb gözlərimizi Sənin camalını müşahidə etmək nuru ilə işıqlandır ki, qəlblərin bəsirət gözləri nur hicablarını yarsın, əzəmət dəninə nail olsun bizim ruhlarımız Sənin müqəddəs məqamına qovuşsun.”

İmam Səccad (ə) Allahın belə xalis bəndələrinin münacatları barəsində buyurur: Pərvərdigara, dillər Sənin cəlalına layiq olacaq həmd-səna rifi bəyan etməkdə qüsurlu, ağıllar Sənin camalının zatını dərk etməkdə gözlər Sənin camal nurlarını görməkdə acizdir. Sən rifət məqamına çatmaqda bəndələrin üçün acizlik izhar etməkdən başqa bir yol qoymamısan. Pərvərdigara, bizi o bəndələrindən qərar ver ki, Səninlə görüş şövqünün pöhrələrini onların qəlblərində əkmisən, Sənə eşq-məhəbbət yanğısı onların qəlblərinin hər yerini bürüyübdür. Onlar ali fikirlərə doğru hərəkət edir, qürb şühud məqamının bağlarındakı (nəvi) nemətlərdən bəhrələnirlər. Pərvərdigarının sözündə: Məhəbbət mənbəyinin lütf camlarından içir, səfa məhəbbət arxlarına varid olurlar. Onların (batini) gözlərindən pərdələr götürülmüş, batini əqidələrindən şəklər zülmətlər aradan qalxmış, qəlblərindən şəkk çirkabları aradan getmişdir. rifət vasitəsilə qəlbləri genişlənmişdir, zöhd müsabiqəsində himmətləri yüksəlmişdir, Allah ilə müamilədə ürəyə yatan içməliləri vardır, Allah ilə üns məclisində batinləri pak-pakizədir, qorxulu yerlərdə əmin-amanlıq yolundan faydalanırlar. Pərvərdigara tərəf qayıtmaqda (müraciət etməkdə) xatircəm nəfsə malikdirlər, səadət qurtuluş yolunda yəqin mərhələsinə çatmışlar, öz məhbublarını müşahidə etməklə gözləri aydın olmuşdur, istədikləri şeyə nail olduqlarına görə batini aramlığa malikdirlər, dünyanı axirətlə müamilə etməkdə qazanc əldə ediblər.

Pərvərdigara! Səni zikr etməklə ilham xatirələri qəlblərə necə ləzzət verir! Qeyb yolunda təfəkkür etmək vasitəsilə Sənin dərgahına doğru seyr etmək qədər şirindir! Sənin məhəbbətinin dadı qədər ləzzətlidir! Sənin dərgahına yaxınlıq suyu içmək necə ürəyə yatımlı ləzzətlidir! Belə isə, bizi (Sənin dərgahından) uzaqlıqdan qovulmaqdan qurtarıb pənah ver, bizi ariflərin ən məxsusundan, bəndələrin ən salehlərindən, itaət edənlərin ən sadiqlərindən, ibadət edənlərin ən xalislərindən qərar ver! Ey əzəmət cəlal sahibi, ey kərim ehsan sahibi olan Allah, Səni and verirəm rəhmət nemətlərinə, ey rəhm edənlərin ən rəhimlisi!”1

Bir sözlə, dördüncü məqam çox yüksək bir mərhələdir və onun da özünə görə müəyyən məqam və dərəcələri vardır ki, Vacibul-vücudun Müqəddəs Zatına, sonsuz camal və kamala, yə’ni, sonsuzluğa qədər davam edir. Bu, Allaha arif olanların dilində zikr məqamı, üns məqamı, inqita (Allaha tərəf gedən yolu qət etmə) məqamı, məhəbbət məqamı, şövq məqamı, riza məqamı, xovf məqamı, şühud məqamı, eynul-yəqin məqamı, həqqul-yəqin məqamı və nəhayət fəna məqamı və bəqa-billah məqamı adlandırılır. Bu kimi ifadələr əksər hallarda ayə və hədislərdən əxz edilmiş və onların hər birinə ad qoyulmasının da müəyyən bir səbəbi vardır. Məsələn, irfan yolunu seyr edən bir şəxs Vacibul-vücud zatının sonsuz kamal, camal və əzəmətinə diqqət yetirdikdə, Onun məhəbbət, işraq və nuraniyyətini nəzərə aldıqda, özünün sonsuz qüsurlarına diqqət yetirdikdə, o yüksək məqama çatmaq üçün məsafənin çoxluğunu anladıqda onun üçün yandırıcı eşq (şövq) yaranır, buna görə də “şövq məqamı adlandırılır. Özünün nail olduğu məqam, dərəcə və kamallara baxdığı zaman həmin şühudlarla ünsiyyətdə tutub sevindiyi üçün üns məqamı adlandırılır.

Mütəal Allahın sonsuz kamal, camal və əzəmətinə diqqət yetirdiyinə, özünün isə sonsuz zəiflik, acizlik və qüsurlarını anladıqda qəlbi lərzəyə gəlir, kədərlənir, xovf və qorxu onun bütün vücudunu bürüyür, ağlayıb ah-nalə edir. Buna görə də həmin məqam xovf məqamı adlandırılır. Sair məqamalarda eynilə bu cürdür.

Yaxşı olar ki, həvayi-nəfsin əlində əsir, maddiyyat zülmətlərində məhbus və mə’nəvi məqamlara çatmaqdan məhrum olan bəndə (müəllif təvazökarlıq edərək özünü belə adlandırır – red.) bu sonsuz və ənginliyi mə’lum olmayan dəryalara qədəm qoymasın, belə ali və yüksək məqamların şərh olunmasını öz əhlinə həvalə etsin. Çünki bir kəs Allahla üns, məhəbbət və görüşün ləzzətini dadmayınca onları şərh etməkdən aciz olar. Uhibbussalihinə ləstu minhum” (Zərbi-məsəl: Salehləri sevirəm, amma özüm onlardan deyiləm.) Pərvərdigara, Sənə zikr etməyin şirinliyini bizə dadızdır və bizi zikr əhlindən qərar ver!



Yaxşı olar ki, bu sözləri öz əhlindən eşidək. Böyük filosof, rəbbani arif Sədrəddin Şirazi yazır: «Əgər ilahi rəhmət nurlarından biri bəndənin halına şamil olsa cəhalətdən təbiət yuxusundan ayılar bilər ki, hiss olunan aləmin fövqündə digər bir aləm, heyvani ləzzətlərdən yüksəkdə daha böyük ləzzətlər vardır. Bu zaman batil dəyərsiz işlər görməkdən günahlara mürtəkib olmaqdan tövbə edib Allah dərgahına qayıdar. Bu zaman Allahın ayələrində dərindən diqqət yetirməyə, ilahi movizələri dinləməyə, əziz Peyğəmbərin (s.ə.v.v) hədisləri üzərində düşünməyə şəriətin tələbinə uyğun əməl etməyə başlayır, axirətin kamal mərhələlərinə çatmaq üçün dünyanın çirkin işlərindən, o cümlədən cah-cəlal, mal-dövlət sair kimi şeylərdən əl çəkir. Əgər ilahi mərhəmətlər ona daha artıq şamil olarsa, ciddi şəkildə qərara alacaq ki, Allahdan başqa hər bir şeydən göz yumsun, yalnız Ona doğru hərəkət etsin, nəfs vətənindən, həva-həvəs məqamından çıxıb Allah dərgahına doğru seyr etsin. Bu halda mələkut nurlarından bir şüa onun üçün aşkar olar, qeyb aləmindən onun üzünə bir qapı açılar, tədricən qüds aləmindən başqa səhifələr bunun üçün görünməyə başlayar. Qeybi işləri misal qalibində müşahidə edər, qeybi işlərin müşahidə olunması ləzzətini daddıqdan sonra xəlvətə, guşənişinliyə, zikri davam etdirməyə meyle edər, qəlbi maddi işlərə məşğuliyyətlərdən təmizlənir bütün varlığı ilə Allaha diqqət yetirər. Bu zaman lədünni elmlər (heç bir müəllimə ehtiyac olmadan Allah tərəfindən verilən elm) tədrici olaraq ona verilir nəvi nurlar vaxtaşırı onun üçün zahir olar. Nəhayət tam şəkildə gerçəkləşdikdən sonra haldan-hala düşmək, dəyişilmək (xisləti) onun daxilində məhv olub aradan gedir, qəlbinə aramlıq, xatircəmlik nazil olur. Bu zaman cəbərut aləminə varid olub, müfariqə (maddi aləmdən fərqli olan) əqlləri müşahidə edir, onların nurlarına qovuşub nurani olur. Bu halda Zati-Əhədiyyətin səltənət, əzəmət kibriya nuru onun üçün aşkar olur, vücuduhəbaən mənsuraolurpərakəndə vəziyyətə düşüb, sultani əhədiyyətin cəlal əzəməti müqabilində süqut edir. Buna tövhid məqamı deyilir ki, Allahdan başqa hər bir şey belə şəxsin nəzərində həlak olub aradan gedir bu gün hökm kimə məxsusdur?! Qəhhar Vahid olan Allahanidasını dinləyir1

Rəbbani arif mərhum Kaşani yazır: «Allah məhəbbətinə nail olub onu qüvvətləndirmək və liqaullaha (Allaha qovuşmağa) yetişmək iste’dadını əldə etmək üçün mə’rifət əldə edib onu qüvvətləndirmək lazımdır. Mə’rifət əldə etməyin yolu da yalnız qəlbi dünyəvi işlərdən, maddi məhəbbətlərdən paklaşdırmaq, fikir, zikr və Allahdan başqasının məhəbbətini qəlbdən çıxarmaq vasitəsilə hər bir şeydən əl üzüb Allaha diqqət yetirməkdir. Çünki qəlb bir qaba bənzəyir. Əgər su ilə dolsa artıq onda sirkəyə yer yoxdur, sirkə doldurmaq üçün onu boşaltmaq lazımdır ki, sirkəni qəbul edə bilsin. Allah heç kəs üçün iki qəlb yaratmamışdır. Məhəbbət Allahı bütün qəlblə sevməklə kamil olur. Allahdan başqasına diqqət yetirdiyin qədər qəlbinin bir guşəsi Allahdan qeyrisinə məşğul olur. İnsan Allahdan başqasına məşğul olduğu miqdarda Ona məhəbbəti azalır. Amma onun Allahdan başqasına olan nəzəri Allahın işi, Onun yaratdığı, ilahi sifət və isimlərin təzahürü olduğuna görə olsa, o zaman bu, başqa məsələ.

Allah-təala Qur’anda məhz həmin məsələyə işarə edərək buyurur: Qulillahu summə zərhumDe: Allah! Sonra onlardan uzaqlaş.” Bu halət şövqün qələbəsi nəticəsində hasil olur. Belə ki, insan onun üçün aşkar olan şeylərin daha da aşkar olmasına, hələ hasil olmayan şeylərə doğru isə şövqlü olmağa çalışmalıdır. Çünki şövq həmişə o şeyə aid olur ki, müəyyən bir cəhətdən dərk olunsun, digər cəhətlərdən isə dərk olunmasın. Bu zaman daim iki iş arasında qərarlaşacaqdır ki, onların heç birinin axırı görünmür. Çünki hasil olmuş şeylər üçün aşkarlıq dərəcəsi və mərtəbələrin sonu yoxdur. Həmçinin yerdə qalanlar üçün də – Allahın cəmal və cəlalının da sahili yoxdur. Əksinə, vüsalın hasil olması ilə belə, yenə də ləzzət bəxş edən bir şövqü hiss edir ki, onda heç bir qəm-qüssəyə yol yoxdur. Deməli, şövq heç vaxt sükunətdə qalmır, xüsusilə ondan yuxarıda müşahidə etdiyi çoxlu dərəcələrdə. Onların nurları qarşılarında o tərəfə bu tərəfə doğru hərəkət edir Pərvərdigara, bizim nurumuzu tamamla!” - deyirlər.”2


Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin