NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə53/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   49   50   51   52   53   54   55   56   ...   85

242

İmam Əli əleyhis-salam (Allahı tanımaq barəsində) buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allahı insanın qətiyyətli olduğu istəklərin (qərarların) pozulması və düyünlərin (fikir işlərin düyünlərinin) açılması ilə tanıdım.2
243

İmam Əli əleyhis-salam (dünyanın acılıq şirinlikləri barəsində) buyurmuşdur:

Dünyanın acılığı (onda özünü əziyyətə qatlaşdırmaq) axirət şirinliyidir (xoşbəxtliyidir). Dünyanın şirinliyi (ləzzətlərə vurğunluq) isə axirət acılığıdır.3

244

İmam Əli əleyhis-salam (bəzi şəriət hökmlərinin fəlsəfəsi barəsində) buyurmuşdur:



Allah imanı (bəndələrinin qəlblərini) şirkdən təmizləmək üçün, namazı təkəbbür və məğrurluqdan paklaşmaq üçün, zəkatı (yoxsullara) ruzi vasitəsi olması üçün, orucu insanların (Allaha olan) sədaqət və səmimiyyətlərini sınamaq üçün, həcci (Məkkəyə getməyi) dinin güclənməsi üçün (–çünki müxtəlif tayfaların bir yerə toplaşması nəticəsində İslamın əzəmət böyüklüyü üzə çıxır), cihadı İslamın izzəti ( kafirlərin məğlubiyyəti) üçün, əmr be mə’rufu (bəyənilən işlərə əmr etməyi) adi xalq kütləsini islah etmək ( onları səadət xoşbəxtliyə sövq etmək) üçün, nəhy əz münkəri (nalayiq işlərdən çəkindirməyi) ağlı az olanların (itaətsizlik günahlarının) qarşısını almaq üçün, qohumluq tellərini birləşdirməyi (qohum-əqraba ilə münasibət əlaqədə olmağı, onların) saylarının çoxalması üçün (çünki qohum-əqrabanın bir-biri ilə birləşməsi nəticəsində onların köməkçi yardımçıları artır), qisası (birini öldürəni öldürməyi ya yaralayanı yaralamağı) qanların qorunması üçün, şər'i cəza növlərinin icrasını bərqərar etməyi (məsələn- şərab içən, orucunu yeyən ya zina edən şəxs üçün müəyyənləşdirilmiş cəzaları icra etməyi) haram və qadağan edilmiş şeylərə əhəmiyyət verilməsi üçün, şərab içilməməsini ağılları (fəsad pislikdən) qorumaq üçün, oğurluqdan uzaqlığı (camaatın malına əl uzatmaqdan) paklaşmağı gerçəkləşdirmək üçün, zina etməməyi soy və nəsillərin düzgün qalması üçün (çünki zina soyları bir-birinə qarışdırır aləmdə olan quruluşların pozulmasına səbəb olur), livatı (kişinin kişi ilə yaxınlıq etməsini) tərk etməyi nəsil və övladların çoxalması üçün, şahidlikləri, inkar edilən şeylər üçün kömək istəməyə görə (ki, inkar etmək nəticəsində heç kəsin haqqı zay olmasın), yalan danışmamağı düzlüyün böyüklüyünü aşkar etmək üçün (ki, xalqın rahatlığının ona bağlı olması bəlli olsun), salamı (insanların bir-birini salamlamalarını) qorxulu yerlərdən xatircəmlik üçün (çünki «salamun ələykum»dan məqsəd budur ki, mənimlə sizin aranızda dava-dalaş deyil sülh barışıq bərqərardır), imamət və rəhbərliyi xalqın (işlərinin) nizam-intizamı və rahatlığı üçün1(imama) itaət və tabeçiliyi imamətin (onun məqamının) böyük hesab edilməsi üçün (çünki imamətin xeyir bəhrəsi ancaq xalqın ona tabe olması zamanı mümkündür) vacib edib.
245

İmam Əli əleyhis-salam (zalıma and verdirməyin yolu barəsində) buyurmuşdur:



(Yalançı) zalımın and içməsini istədiyiniz zaman onu (əgər həmin işdə yalan deyirsə) «Allahın qüdrət və qüvvəsindən bizar olmasına» and verdirin. Çünki əgər bu ifadə ilə yalandan and içsə cəzaya (yalanının cəzasına) tez çatar. Əgər «Ondan başqa heç bir tanrı olmayan Allaha (and içirəm ki, yalan demirəm deyib)» and içsə (onun cəzalandırılmasında) tələsilməz. Ona görə ki, eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allahın yeganəliyini iqrar edib ( bu, yalan danışmaqla ziddiyyət təşkil etmir).2
246

İmam Əli əleyhis-salam (maldan paylamağa təşviq edərək) buyurmuşdur:

Ey Adəm övladı! Özün özünün canişin və qəyyumun ol və mal və var-dövlətindən səndən (ölümündən) sonra vermələrini istədiyini (ölümündən qabaq) özün ver. (Çünki sən özünə hamıdan çox canıyanansan.)

247

İmam Əli əleyhis-salam (əsəbiliyin məzəmmətində) buyurmuşdur:

Tündxasiyyətlilik və əsəbilik dəliliyin bir növüdür. Çünki tünd xasiyyətli və əsəbi şəxs (əsəbləşdikdən sonra özünə gələndə) peşman olur (necə ki, dəli sağalandan sonra etdiklərinə peşman olur). Buna görə də əgər peşman olmasa dəliliyi öz yerində qalmaqdadır.
248

İmam Əli əleyhis-salam (həsəd aparmamağın xeyri barəsində) buyurmuşdur:

Bədənin sağlamlığı həsədin azlığındadır. (Çünki qəm-kədər xəstəlik gətirir. Paxıl həsəd aparan adam qəm-qüssəyə çox düçar olar nəticədə sağlamlıqdan bəhrəsiz qalar.)
249

İmam Əli əleyhis-salam (səhabələrinin ən yaxşılarından olmuş) Kumeyl ibn Ziyad Nəxəiyə (qəlbləri ələ almağın faydası barəsində) buyurmuşdur:

Ey Kumeyl! Qohum-əqrabanı gündüz gözəl xasiyyətlər əldə etməyin arxasınca getməyə, gecə isə yuxuda olan kəsin hacət və istəyinin dalınca getməyə vadar et (Gecələr istək sahibləri yuxuda olsalar da, onlar həmin şəxslərin istəklərini yerinə yetirməyə getsinlər.) Eşitmə qüdrəti səs və fəryadları əhatə edənə and olsun ki, hər kim bir qəlbi sevindirərək şad etsə, Allah həmin sevinc və şadlıq müqabilində o şəxs üçün bir lütf və mehribançılıq (yaxşı görmək nəticəsində insana üz tutan mənəvi şadlıq) yaradar ki, ona kədər üz verəndə həmin mehribançılıq hündürdən axan su kimi həmin kədərə tərəf axsın və yad dəvə qovulub uzaqlaşdırılan (dəvəçi öz dəvə sürüsündən ya onların su içdikləri yerdən yad dəvəni qovan) kimi müsibəti ondan uzaqlaşdırsın.


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin