NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə59/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   55   56   57   58   59   60   61   62   ...   85

370

İmam Əli əleyhis-salam (xəsislik simicliyin məzəmmətində) buyurmuşdur:

Xəsislik pislik və çirkinliklər toplusudur. O, (insanın,) vasitəsi ilə hər bir pisliyə çəkildiyi cilovdur. (Çünki xəsislik insanı həsəd, hərislik, qohumlarla əlaqələri kəsmək, zəif yoxsullara zülm etmək bu kimi günahlara çəkir.)
371

İmam Əli əleyhis-salam (ruzi barəsində) buyurmuşdur:

Ruzi iki növdür: sənin axtardığın ruzi və səni axtaran ruzi ki, sən ona tərəf getməsən də o, sənə tərəf gələcəkdir. Buna görə də ilinin qəm-qüssəsini gününün qəm-qüssəsinə yükləmə. Sənə hər gün həmin günün öz ruzisi bəsdir. Belə olan halda, əgər (ruzisinin qəm-qüssəsini çəkdiyin) il sənin ömründən olsa, Allah-təala yeniləşən hər sabahda sənə ayırdığı ruzini tez sənə çatdıracaq. Amma əgər (həmin) il sənin ömründən olmasa, sənin olmayan şeyin qəmini çəkməklə nə işin var? Heç bir axtaran sənin ruzində səndən qabağa düşə bilməz və heç bir güclü onda sənə qalib gələ bilməz ( onu sənin əlindən ala bilməz). Sənin üçün təqdir edilmiş şey heç vaxt gecikməyəcəkdir (öz vaxtında çatacaqdır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlam (hər bir kəsin təqdir edilmiş ruzisinin gəlib çatması cümləsi) bu fəsildə bundan öncə (iki yüz əlli doqquzuncu kəlamda) keçdi. Amma burada daha aydın və geniş izahlı olduğu üçün kitabın əvvəlində qoyulmuş qaydaya əsasən onu bir daha, ikinci dəfə bəyan etdik.


372

İmam Əli əleyhis-salam (dünyanın uyuşmazlığı barəsində) buyurmuşdur:

çox gündüzə üz tutan ki, ona arxa çevirə bilməz (əcəl ona axşama çıxmağa imkan verməz). Nə çox gecənin əvvəlində (vəziyyətinin yaxşılığına) qibtə edilən ki, gecənin axırında ona ağlayanlar ayağa qalxdılar. (Bəli, gecənin əvvəlində taxt-tacı var idi, səhər tezdən isə torpağın altına getdi. Buna görə ağıllı adam dünyaya onun malına ürək bağlamaz öz dinini əbədi xoşbəxtliyini ona satmaz.)
373

İmam Əli əleyhis-salam (söz barəsində) buyurmuşdur:

Nə qədər ki, danışmamısan, söz sənin əsirindir. Elə ki dilə gətirdin sən onun əsirisən. (Əvvəlcə sən ona hakim idin, indi isə o sənə hakimdir istəsə sənə xeyir gətirər, istəsə ziyan.) Buna görə də qızıl və gümüşü xəzinədə saxladığın kimi dilini də (ağız xəzinəsində) saxla. Çünki ola bilər ki, bir kəlmə, neməti əldən çıxarsın və qarşıya əzab və çətinlik gətirsin. (Buna görə gərək çox danışılmasın düşünmədən bir söz deyilməsin.)
374

İmam Əli əleyhis-salam (yenə söz barəsində) buyurmuşdur:

Bilmədiyini demə. (Çünki o, ya yalandır, ya da yalan ehtimalı olan bir şey. Nadanlıq cahillik üzərində olan hər bir sözdən isə çəkinmək vacibdir.) Hətta bildiyin hər şeyi də demə. (Çünki sənin özünə ya başqasına ziyanı ola bilər, birinin sirrini açmaq kimi.) Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, sənin bütün bədən üzvlərinə bir sıra hökmlər vacib edib və qiyamət günü onlarla sənə qarşı dəlil gətirəcək. (Məsələn buyuracaq ki, sənə dili haqq söz danışmaq üçün verdim, sən isə itaət etmədiyin üçün əzab cəzaya layiqsən.)
375

İmam Əli əleyhis-salam (günahdan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:

Allahın səni Ona qarşı günah işlətməkdə görməsi, Ona itaətdə isə tapmamasından qorx ki, ziyana uğrayanlardan olarsan. Güclənəndə, Allahın itaətində güclən. Zəifləyəndə, Allaha qarşı günah etməkdə zəiflə.1
376

İmam Əli əleyhis-salam (öyüd verərək) buyurmuşdur:

Gözünlə dünyanın etdiklərini (yalan vəfasızlığını) görə-görə ona arxalanmaq, ürək bağlamaq nadanlıqdır. Savabına əmin olduğun zaman (nəticəsinin cənnət əbədi rahatlıq olmasını biləndə) gözəl əməldə (itaət bəndəlikdə) səhlənkarlıq etmək ziyana uğramaqdır. Sınamamış, hər bir kəsə etimad etmək acizlik və uğursuzluqdur (işdə uğursuzluğa səbəb olar. Çünki həmin şəxs kimə etimad etməsini bilmir inama layiq adam axtara bilmir).
377

İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) buyurmuşdur:

Allaha qarşı ancaq dünyada günah edilməsi və Onun yanında olan şeyə (səadət xoşbəxtliyə) ancaq dünyadan uzaqlaşmaqla nail olunması, dünyanın Allah yanında həqirliyinin nişanələrindəndir.
378

İmam Əli əleyhis-salam (gözəl əmələ həvəsləndirərək) buyurmuşdur:

Əməlinin ağırlaşdırdığı (ibadət etməyən yaxşı işlər görməyən tənbəl) kəsi soy və kökü qoçaqlaşdırmaz.1 (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Digər bir rəvayətdə isə belədir: Öz məqam və dərəcəsini itirən kəsə atalarının məqam və dərəcəsi fayda verməz.2



379

İmam Əli əleyhis-salam (işdə çalışmaq barəsində) buyurmuşdur:

Bir şeyi axtaran kəs onu və ya onun bir hissəsini tapacaqdır.3

380

İmam Əli əleyhis-salam (həqiqi yaxşılıq pislik barəsində) buyurmuşdur:

Arxasında od olan (ilahi əzaba səbəb olan) xeyir və yaxşılıq (dünya mənfəəti, əslində) xeyir və yaxşılıq deyil. Arxasında cənnət olan çətinlik və pislik (dünyada çəkilən əziyyətlər, əslində) çətinlik və pislik deyil. Cənnətdən aşağı hər bir nemət kiçik və əhəmiyyətsizdir. Oddan aşağı hər bir bəla və çətinlik rahatlıq və asayişdir. (Çünki o nemətə nemət demək olar ki, onun arxasında cəza olmasın. Həmçinin o çətinliyi çətinlik hesab etmək olar ki, onun arxasınca əbədi rahatlıq olmasın.)
381

İmam Əli əleyhis-salam (çətinliklər nemətlər barəsində) buyurmuşdur:

Bilin ki, bəla və çətinliklərdən biri yoxsulluqdur. Yoxsulluqdan daha çətini bədənin xəstə olmasıdır. Bədənin xəstə olmasından daha ağırı isə qəlbin xəstəliyidir. (Çünki o, axirət xoşbəxtliklərinin əldən çıxmasına səbəb olur.) Bilin ki, nemətlərdən biri var-dövlətin çoxluğudur. Var-dövlətin çoxluğundan daha yaxşı, sağlamlıqdır. Sağlamlıqdan daha yaxşı isə qəlbin pərhizkarlığıdır. (Çünki o, əbədi xoşbəxtliklərin əldə edilməsinə səbəb olur.)

382

İmam Əli əleyhis-salam (möminin vaxtı barəsində) buyurmuşdur:

Möminin üç saatı var (gecə-gündüz saatlarını üç hissəyə bölməlidir): Rəbbi ilə razü-niyaz etdiyi saat (vaxtının səkkiz saatını Allahın işlərinə sərf etməlidir); öz məişətini (yaşayış ehtiyacını) təmin etdiyi saat (gecə-gündüzünün səkkiz saatını ticarət, müəyyən peşə ya digər işlərə sərf etməlidir); özü ilə halal və gözəl şeylər arasında ləzzət almaq üçün ayırdığı saat.1 Ağıllı adama (əməli ağıla əsasən) bu üç şeydən başqası üçün səfər etmək rəva deyil: məişətini düzəltmək (ticarət, alver ) üçün, yaxud məad işində addımlamaq2 üçün ya da (ab-havanı dəyişmək sağlamlıq üçün edilən səfərlər kimi) haram olmayan şeylərdən ləzzət almağa görə.
383

İmam Əli əleyhis-salam (dünya onun malı barəsində) buyurmuşdur:

Dünyaya (onun malına) rəğbət və meyl göstərmə (ona ürək bağlama) ki, Allah sənə onun çirkinliklərini göstərsin. (Çünki vurğun eybləri görmür onun görən gözü kor olur. Öz işindən) xəbərsiz olma ki, səndən xəbərsiz deyildirlər. (Allah sənə sənin işlərinə baxır.)
384

İmam Əli əleyhis-salam (danışmaq barəsində) buyurmuşdur:

Danışın ki, tanınasınız. Çünki insan dilinin altında gizlənib. (Ağıllılar alimlər danışmayınca məqamları məlum olmaz. Cahil nadanın danışmaması daha yaxşıdır. Çünki dilin bağlılığı qəbahət rüsvayçılıqları gizli saxlayır.)

385

İmam Əli əleyhis-salam (müşk barəsində) buyurmuşdur:

Müşk gözəl ətirlidir. Onun qabı yüngül, iyi isə gözəldir.

386

İmam Əli əleyhis-salam (təvazökarlıq barəsində) buyurmuşdur:

Öyünməyini kənara qoy, kibr və lovğalanmağı başından çıxart (hamıya qarşı təvazökar ol) və qəbrini yadına sal (ki, nalayiq işlərdən çəkinəsən).


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin