Pedaqogikanın ümumi əsasları Plan


Nəzarətin tərkib hissələri



Yüklə 176,29 Kb.
səhifə62/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   141
2. Nəzarətin tərkib hissələri

• Nəzarətin tərkib hissələrinə yoxlamaqiymətləndirmə daxildir.

Yoxlama - şagirdlərin təlim fəaliyyətinin, onların yaradıcılıq qüvvə və qabiliyyətlərinin üzə çıxarılması, müəyyən göstəricilər baxımından "ölçülməsi"dir. Yoxlamasız heç bir idarəetmə, heç bir rəhbərlik mümkün deyildir.

• Yoxlamanın iki tipi vardır: - müəllim-şagird xətti ilə; bunu xarici əks - əlaqə adlandırılar; - şagirdin özünü yoxlaması; bunu daxili əks-əlaqə adlandırılar. • Yoxlamanın məzmunu hər bir konkret dərsin və eləcə də təlim fənninin qarşıya qoyduğu didaktik məqsədlərlə müəyyən edilir. Didaktik məqsədlərin dəyişməsi ilə əlaqədar olaraq yoxlamanın məzmunu da dəyişir.

- Yeni biliklərin qazanılmasına hazırlıq zamanı əsas yeri əvvəllər öyrənilənlərin yadasalınması, fəndaxili və fənlərarası əlaqələrin yaradılması tutur. Burada uşaqların hazırlığının səviyyəsi yoxlanılır. Yəni yenı materialı öyrənmək üçün artıq qazanılmış olan keçmiş biliklər, bacarıq və vərdişlər yoxlanılır;

- bununla yanaşı, yoxlamanın məzmununa şagirdin əqli, fıkri qabi-liyyətlərini müəyyənləşdirməyə imkan verən material da daxil edilməlidir. Buraya həmçinin təfəkkürün, nitqin inkişaf səviyyəsi haqda material da daxil etmək olar;

- yoxlamanm məzmunu dərsdə, mövzunun öyrədilməsi, bəhsin və ya kursun öyrənilməsində onun yerindən asılı olaraq dəyişir. Bu səbəbdən də yoxlamanın aşağıdakı növləri vardır:

Cari yoxlama. Bu yoxlama dərs zamanı şagirdlərin gündəlik fəaliyyətini əhatə edir və təlim prosesinə rəhbərlik, onun idarə edilməsi vəzifəsini həyata keçirmiş olur.

Tematik yoxlama. Bu yoxlama tədris proqramında müəyyən bir böyük mövzunun tədrisinə həsr olunmuş dərslər sistemini əhatə edir. Yoxlamanın bu növünün məzmununa şagirdlərin biliklərində əsas anlayışlar sisteminin, öyrənilən fakt və hadisələr arasında əsas əlaqələr və asılılıqların müəyyən edilməsi daxildir.

Vaxtaşırı yoxlama. Bu yoxlamanın məzmununa müəyyən tədris rübbündə keçirilən proqram material daxildir.

Yekun yoxlama isə bütün kursa aiddir.

3. Təlim nəticələrinin yoxlanılması üsulları

•Yoxlamanın üsulları- şagirdin təlim-idrak fəaliyyəti və müəllim işinin səmərəliliyinin xarakteri və məzmunu haqqındakı əks-əlaqəni təmin edən qaydalardır. Başqa sözlə deyilsə, yoxlama üsulları dedikdə elə qaydalar başa düşülür ki, həm şagirdin təlim işinin, həm də müəllimin öyrətmə işinin vəziyyəti, xarakteri, məzmunu müəyyənləşmiş olsun. Şagirdlərin bilik, bacarıq və vərdişlərinin yoxlanılması üsulları tədris edilən fənlərin xüsusiyyətindən və şagirdlərin yaşlarından çox asılıdır. Lakin ümumiyyətlə, yoxlamanın aşağıdakı üsullarından bəhs etmək olar.

Şifahi yoxlama üsulları: - yoxlama müsahibəsi; - şagirdin nəqli; - yoxlama qiraəti; - aparılan təcrübə və müşahidələrin hesabatı. Yoxlama müsahibəsində istifadə olunan suallara verilən tələblər müsahibə üsulunda istifadə olunan suallara verilən tələblər kimidir. Şifahi sorğunun bir sıra müsbət və mənfı cəhətləri vardır.

Yazılı yoxlama üsulları: - yazı işləri; - imla; - ifadə; - inşa; - referat.

Qrafik işlər - qrafiklər, cədvəllər, sxemlər, kontur-xəritələr, eskizlər, çertiyojlar. Praktik yoxlama üsulları - müxtəlif təcrübələr; - laborator məşğələlər; -detal hazırlanması

Proqramlaşdırılmış yoxlama üsulları - maşınsız proqramlaşdırlmış yoxlama; - maşınlı proqramlaşdırılmış yoxlama.

Ev yazı işlərinin yoxlanılması. Şagirdlərin gündəlik müşahidəsi. Təlim prosesi zamanı şagirdlərin müşahidəsi müəllimə şagirdlərin müstəqilliyi, fəallığı və şüurluluğu haqqında məlumat verir.

Yoxlamanın təşkili. Yoxlamanın səmərəliliyi təlim prosesində onun təşkilindən çox asılıdır. Yoxlamanın təşkili dedikdə aşağıdakılar başa düşülür.

- yoxlama məşğələlərinin aparılma vaxtı, onların ardıcıllığı;

- şagirdlərin müstəqil işlərinin xarakteri və formaları (fərdi, qrupla, frontal)

- təlimin didaktik və texniki vasitələrinin paylanması, yerləşməsi;

- yoxlama üsullarının uyğunlaşması;

- təlim prosesi nəticələrinin qeydə alınması.




Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin