Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani


Orucun xəstəliklərə müsbət təsiri



Yüklə 1,23 Mb.
səhifə159/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   155   156   157   158   159   160   161   162   ...   166
3. Orucun xəstəliklərə müsbət təsiri.

Bəzi həkimlər yazırlar:

“Günümüzdə artıq orucun bir çox xəstəliklərə müsbət təsiri sübuta yetirilmişdir. Bu xəstəliklərə aşağıdakıları misal göstərmək olar:

Həzm sistemi ilə bağlı xəstəliklər. Xüsusilə kəskin mədə iltihabı, piylənmə, ateroskleroz, qan təzyiqi, inaq, xroniki böyrək iltihabı, astma, etik və psixi anomaliya və s1.



4. Orucun profilaktik faydaları.

Bəzi həkimlər yazırlar:

“Oruc insan yaşamının müxtəlif tərəflərini nizamlayan dövri ayindir. Burada insan ildə bir dəfə bu ayinə əməl etməyi zəruri hesab edir və bu onun ruhunda, orqanizmində dərin iz buraxır.

Oruc pəhriz rejimi, müalicə üsuludur. Çox güman ki, ondan ən çox yararlanan həzm sistemidir. Çünki qidalanma prossi qidanı udmaqla bitmir. Əslində bu qidalanmada ilkin mərhələdir. Qida udulduqda bütün orqanizm onu ən yaxşı şəkildə həzm etmək, sovurmaq üçün fəaliyyətə keçir. Buna görə də orqanizmdə ən işlək sistem həzm sistemidir. Digər orqanların istirahəti zəruri olduğu kimi həzm sistemi üçün də istirahət həyati əhəmiyyət daşıyır. Bu istirahətin bir ay sabit pəhriz rejimi çərçivəsində baş verməsi bir çox müsbət nəticələr verir. Bunlar aşağıdakılardır.

Orqanizmdə yığılıb qalmış artıq piylərin əriməsi (əks təqdirdə piylənmə xəstəliyi törədir).

Orqanizmdə mövcud olan zəhərli artıq maddələrin aradan getməsi.

Orqanizmdə mövcud hüceyrə və vəzilərə funksiyalarını ən yaxşı şəkildə həyata keçirmə fürsəti verir.

Böyrək və sidik kisəsinin nisbi istirahəti.

Arteriyalarda piy yığıntılarının azalması və aterosklerozun profilaktikası.

Aclıq oruc müddəti bitdikdən sonra orqanizmin reaksiyasına səbəb olur. Bu reaksiya özünü qidalanmaya meyl, gümrahlıq, aktivlik şəklində göstərir. Halbuki bundan öncə qidalanma yorucu vəziyyət almışdı. Oruc şəriətdə göstərildiyi qaydada həyata keçirilsə, ən yaxşı müalicə metoduna çevrilər. Hansı ki, bu gün Avropa alimləri müəyyən şəraitdə ac qalmağı müalicə üsulu kimi dəyərləndirirlər. Avstraliyalı həkim Barselius yazır:

“Aclığın müalicəvi funksiyası pereparatlardan istifadəni üstələyir”. Helba adlı digər həkim isə ona müraciət edən xəstələri bir neçə gün ac saxlayar, sonra yüngül qida məhsullarından istifadə etməyə icazə verərdi”.

Oruc funksiyasını itirmiş toxumalara yeni həyat bəxş edir. Elə buna görə də doktor Bachwitn “Oruc gəncliyi geri qaytara bilər” deyə bildirir.


YEKUN

Bir neçə məqama nəzər salaq.

1. Orucluq ayini və orucun vacib edilməsi peyğəmbərlərin (ə) bəşərə təqdim etdiyi ilahi hədiyyədir.

Orucun müalicəvi və profilaktik əhəmiyyəti tam aydındır. Bu elmi məslədir və ilahi dinlərdə də mövcud olmuşdur. O dönəmdə insanların orucun elmi hikmətini bilmədikləri halda icbari şəkildə tutmalarını nəzərə alsaq, bunun ilahi dinlərin elmi möcüzəsi hesab etmək olar. Əlbəttə, belə bir ehtimal da mövcuddur ki, qidalanma ilə bağlı pəhriz rejimi daim müalicəvi üsul kimi həyata keçirilmişdir. Oruc isə bu tibbi metodun təsdiqi kimi göstərilmişdir. Lakin bu ehtimal yanlışdır. Çünki ilahi dinlərə görə oruc sağlam insanlara vacibdir. Xəstələr isə bu hökmdən istisnadır. Halbuki pəhriz rejimi tibdə xəstələrə tətbiq olunur.



  1. Oruc Qurana məxsus elmi möcüzə deyil. Çünki qeyd etdiyimiz kimi İslamdan öncə də mövcud olmuşdur.

  2. Orucun adı çəkilən bir çox xəstəliklərə müsbət təsiri həkim nəzarətindən asılıdır. Ola bilər ki, oruc həkim məsləhətlərinə görə bir çoxlarına ziyan olsun. Belə olduqda oruc haramdır. Deməli, orucun qeyd olunan xəstəliklərə müsbət təsiri yalnız bəzi hallarda özünü göstərir.




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin