Referat kurs: 1 Qrup: 1022a Müəllim: Vaqif Abışov Tələbə: Məmmədova Ləman baki 2022 Plan Giriş


Xarəzmşah Cəlaləddinin Azərbaycanı işğal etməsi



Yüklə 31,21 Kb.
səhifə2/5
tarix27.12.2022
ölçüsü31,21 Kb.
#121834
növüReferat
1   2   3   4   5
M.Ləman Tarix Referat

2.Xarəzmşah Cəlaləddinin Azərbaycanı işğal etməsi.
1222-ci ildə monqollar Azərbaycanı tərk etdikdən dərhal sonra gürcü qoşunları xaincəsinə Arana soxuldular və monqolların törətdiyi dağıntılardan özünə gəlməmiş Beyləqana hücum etdilər.
1225-ci ildə Azərbaycana daha bir işğalçı qoşun - Xarəzmşah Cəlaləddinin qoşunu daxil oldu. Monqollar Xarəzm dövlətini ləğv etsələr də, Xarəzmşah Məhəmmədin oğulları Cəlaləddin və Qiyasəddin qaçıb canlarını qurtara bilmişdilər. Monqollar onları uzun müddət təqib etsələr də, ələ keçirə bilməmişdilər. Müəyyən dövr Şimali Hindistanda, Əfqanıstanda gizlənən Cəlaləddin monqollar İranı və Azərbaycanı tərk etdikdən sonra bu ölkələrin müdafiəsizliyindən istifadə edib onları ələ keçirdi.
1225-ci ildə Azərbaycana hücum edən Cəlaləddin Marağanı tutaraq əhalini öz tərəfinə çəkmək üçün bir sıra abadlıq işləri gördü. O, Təbrizə doğru hərəkət etdi, Atabəy Özbək ailəsini şəhərdə qoyaraq Gəncəyə, oradan isə Əlincəqalaya getdi və orada öldü (1225), Eldənizlər sülaləsinin hakimiyyəti başa çatdı.Paytaxtın müdafiəsinə yenə şəhər hakimi Şəmsəddin Tuğray başçılıq edirdi. Təbriz Cəlaləddinə yeddi gün müqavimət göstərsə də, 1225-ci il iyunun 25-də təslim oldu. Xəyanət nəticəsində şəhəri tutan Cəlaləddin əhaliyə aman verdi və Şəmsəddin Tuğrayı bağışladı.
Gürcüstana yürüşdən qayıtdıqdan sonra Cəlaləddin Gəncəni iqamətgah seçdi və Azərbaycanın idarə edilməsini vəziri Şərəf əl-Mülkə tapşırdı. Cəlaləddinin məqsədi tutduğu ərazidən qüvvə toplamaq və monqollara qarşı mübarizəni davam etdirmək, ata-baba mülkünü geri qaytarmaq idi.Lakin onun yeritdiyi siyasət, apardığı müharibələr ona əhalini öz tərəfinə çəkməsinə imkan vermədi. Vəzirlə vilayət hakimləri arasında çəkişmələr kəskinləşdi. Əhali Cəlaləddinin yeritdiyi siyasətdən narazı qalıb ondan üz döndərdi. 1225-1231-ci illərdə Azərbaycanın müxtəlif yerlərində baş vermiş çıxış və üsyanların səbəbi Cəlaləddinin qurduğu idarə orqanlarının əhalinin üzərinə ağır vergi qoyması oldu. Cəlaləddin İraqda olarkən Təbriz əhalisi üsyan etdi. Bunu səbəbi vəzirin vergiləri artırması idi. Təbrizə gələn Cəlaləddin üsyanı çətinliklə yatırdı.
Cəlaləddinin hakimiyyəti altı il sürdü. Xərac vergisi əhalidə iki-üç qat artıq yığılırdı.

Yüklə 31,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin