Referat kurs: 1 Qrup: 1022a Müəllim: Vaqif Abışov Tələbə: Məmmədova Ləman baki 2022 Plan Giriş



Yüklə 31,21 Kb.
səhifə1/5
tarix27.12.2022
ölçüsü31,21 Kb.
#121834
növüReferat
  1   2   3   4   5
M.Ləman Tarix Referat


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ

Fakültə: Biznes və Menecment


İxtisas: İnformasiya texnologiyaları
Kafedra: Humanitar elmlər
Fənn: Tarix
Mövzu: Monqollar

REFERAT
Kurs: 1
Qrup: 1022a
Müəllim: Vaqif Abışov
Tələbə: Məmmədova Ləman

BAKI – 2022


Plan
Giriş
1.Mərkəzi Asiyada Monqol dövlətinin yaranması və monqolların Azərbaycana birinci
yürüşü.
2.Xarəzmşah Cəlaləddinin Azərbaycanı işğal etməsi.
3.Monqolların Azərbaycana ikinci yürüşü və Azərbaycanda monqol ağalığının başlanması.
4.Monqolların Azərbaycana üçüncü yürüşü və Azərbaycan Elxanilər dövlətinin tərkibində.
Nəticə
Ədəbiyyat


1. Mərkəzi Asiyada Monqol dövlətinin yaranması və monqolların Azərbaycana birinci yürüşü.
Monqolların Azərbaycana I yürüşü. XII əsrin ikinci yarısında Mərkəzi Asiyada yaşayan monqol tayfalarında əmlak bərabərsizliyi yaranmış, əhali müxtəlif təbəqələrə bölünmüşdü. Monqollar tayfa başçılarına "xan", formalaşmaqda olan feodallara "noyon", onların döyüşçülərinə isə "nökər" deyirdilər. Müxtəlif monqol tayfaları arasında hakimiyyət uğrunda gedən qanlı mübarizə Temuçinin qələbəsi ilə başa çatdı və 1206-cı ildə Qaraqorumda, monqolların böyük qurultayında Temuçin "Böyük xan", yəni monqolca "Çingiz xan" titulu aldı.
Monqollar köçəri maldarlıqla məşğul olduqlarından onlara yeni otlaqlar lazım gəlirdi və monqollar mütəmadi olaraq otlaq yerlərini dəyişirdilər. Əhalinin və mal-qaranın sayının artması yeni otlaq sahələrinə tələbatı artırdı və bu səbəbdən 1209-cu ildə Baykal gölü ətrafı ərazilər, 1211-ci ildə Yakutiya-Saxanın cənub əraziləri, 1211-1215-ci illərdə Şimali Çini, bir qədər sonra Şərqi Türküstan monqollar tərəfindən ələ keçirildi. Çingizxan Qərb ölkələri haqqında məlumat toplamaq və Xarəzmşah Məhəmmədi tutmaq üçün Cəbə və Subutay Bahadurun başçılığı ilə 30 minlik qoşun göndərdi. Monqol qoşunları Xarəzmşahların qoşunlarını darmadağın etdikdən sonra 1220-ci ilin payızında Monqol qoşunları İranın şimalından keçərək Azərbaycan sərhəddinə yaxınlaşdılar. Monqolların birinci hücumu ərəfəsində Azərbaycanda siyasi vəziyyət çox mürəkkəb idi. Ölkənin şimalında Şirvanşahlar, cənubunda Eldənizlər dövləti özlərinin ən ağır və böhranlı dövrünü keçirirdi. Marağada Rəvvadilərin nəslindən olan Ağsunqurilər sülaləsi (1108-1227) hakimiyyətdə idi.
Eldənizlər dövlətini ara müharibələri bürümüşdü, hakimiyyət uğrunda mübarizə ən yüksək zirvəyə çatmışdı. Heç bir müqavimətə rast gəlməyən monqollar tezliklə Zəncan, Ərdəbil və Sərabı ələ keçirib Təbrizə yaxınlaşdılar. Atabəy Özbək onlara qarşı çıxmayıb savaşa girməkdən yayındı. Eldənizlər dövlətinin sonuncu hökmdarı Özbək, adam göndərib barışıq bağladı, monqollara çoxlu pul, paltar, at, qaramal və davar bağışladı. Monqollar buradan Muğana, qışlağa getdilər.
Monqollar gürcü hakimi IV Georgi ilə Özbəyin ittifaq bağladığını eşidib 1221-ci ilin əvvələrində Gürcüstana yürüş etdilər və oranı qarət edib Azərbaycana qayıtdılar və yenidən Təbriz üzərinə gəldikdə burada kəskin dirənişlə qarşılaşdılar. Atabəy Özbək şəhərdən çıxıb Naxçıvana getmiş, ailəsini isə Xoy şəhərinə göndərmişdi. O, gürcü çarı IV Georgi ilə anlaşma bağlayıb, birgə müqavimət göstərmək istəyirdi. Bu zaman Təbrizdə bütün hakimiyyət şəhər rəisi Şəmsəddin Tuğrainin əlində idi. Onun başçılığı ilə paytaxt əhalisi monqollara qarşı yaxşı hazırlıq görüb qalanı bərkitmiş, səd və xəndəklər qurmuş, uğurla döyüşmək üçün birlik yaratmışdı. Bunu görən monqollar şəhərə girmədilər. Hər iki tərəfin razılığı ilə təbrizlilərdən pul və paltar alıb oradan ayrıldılar.
Şamaxıdan sonra monqollar Dərbəndə yaxınlaşdılar. Dərbəndin alınmaz qala olduğunu bilən monqollar bir nəfər dərbəndlinin bələdçiliyi ilə gizli dağ aşırımından keçərək Şimali Qafqaza yollandılar. Monqolların Şimali Qafqaza yaxınlaşması ərəfəsində aralarında ciddi ixtilaflar olduğuna görə yerli qıpçaq və alanlar (osetinlər) qüvvələrini birləşdirə bilmədilər. Qıpçaqların rus knyazlarına müraciətləri də əməli nəticə vermədi. Yalnız bir neçə rus knyazlığı qıpçaqlarla müttəfiqliyə razılıq verdi. 31 may 1223-cü il tarixində Kalka çayı üzərində monqollar qıpçaqları və onların müttəfiqlərini darmadağın etdilər. Həmin il Azərbaycan qıpçaq dəstələrinin hücumuna məruz qaldı. Rus-qıpçaq qoşunlarını məğlub etdikdən sonra monqollar şimala, Volqa sahillərinə yollandılar. Burada onlar Bulqar dövlətinin qoşunlarından ağır zərbə aldıqdan sonra Qazaxıstan çöllərindən keçərək Monqolustana qayıtdılar.
Beləliklə, monqolların Azərbaycana birinci yürüçü 1222-ci ildə başa çatdı. Monqollar iki ili (1220-1222) Azərbaycanda olub buranı qarət etdilər. Monqolların Azərbaycanda hərbi uğurlarının əsas səbəbi daxili feodal çəkişmələri və vahid mərkəzi dövlətin olmaması idi. İlk monqol yürüşü kəşfiyyat xarakteri daşıyırdı. Bu hücum Azərbaycanin ictimai-iqtisadi, siyasi və mədəni həyatına böyük zərbə vurdu, feodal özbaşınalığını daha da artırdı. Birinci yürüş zamanı Marağa, Beyləqan, Şamaxı şəhərləri daha çox ziyan çəkdi.

Yüklə 31,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin