5. XIII - XIV əsrlərdə Azərbaycanın iqtisadi həyatı. Monqol əsarəti dövründə Azərbaycanın sosial-iqtisadi həyatı. Monqol yürüşləri Azərbaycanın iqtisadi və mədəni həyatına mənfi təsir göstərdi. Köçəri monqollar oturaq əhaliyə məxsus torpaqları (əkin yerlərini, bağları və s.) ələ keçirir, öz mal-qaraları üçün otlaqlara çevirir, suvarma qurğularını dağıdır, əhalinin mal-qarasını əlindən alırdılar. Hülakilərin XIII əsrin ortalarında keçirdikləri iqtisadi tədbirlər nəticəsində yerli feodalların əksəriyyəti torpaq mülkiyyətindən məhrum oldular. Monqollar şəhər həyatına da ağır zərbə vurdular, bir çox sənətkarları qula çevirdilər.Elxanilər köçəri əyanlara arxalanaraq ali hakimiyyət orqanları yaratdılar. Hülakilər dövlətinin başında Hülaki xanın nəslindən olan xan (elxani) dururdu. Əsas idarəetmə orqanı vəzirin başçılıq etdiyi divan idi. Monqollar tutduqları əraziləri şahzadə və əyanlar arsında bölüşdürmüşdülər. Cənubi Qafqaz əraziləri 110 monqol şahzadəsi və iri əyanına paylanmışdı. Dövlətin ərazisi hərbi- inzibati dairələrə - tümən və nahiyələrə bölünürdü. Hakim dairələr dörd zümrədən ibarət idi: elxanilər və onların ailə üzvləri, türk-monqol köçəri əyanları, ali ruhanilər və yerli feodallar. XIII əsrin ortalarında Hülakilər dövlətinin yaranması monqolların Azərbaycanda hakimiyyətini möhkəmləndirdi.Monqolların dövründə əhalidən alınan vergilərin sayı 40-a qədər idi. Əvvəlki vergilərlə (xərac, cizyə, bac, təhər və s.) yanaşı, bir sıra yeni vergilər (tamğa, qopçur, tağar və s.) tətbiq edilmişdi. 1254-cü ildə 10 yaşından 60 yaşına qədər olan kişilər siyahiya alındı və onların üzərinə vergi qoyuldu. Torpaq vergisi xərac adlanır və məhsulun 70%-ni təşkil edirdi. Can vergisi qopçur adlanır, oturaq əhalinin vəziyyətindən asılı olaraq 1 dinardan 7 dinara qədər idi. Monqol qoşunlarını saxlamaq üçün tağar, tacirlərdən təhər və sənətkarlardan tamğa vergiləri alınırdı. Gömrük vergisi bac adlanırdı. Bundan başqa bağ-şümarə, xaneye-şümarə, monqol şahzadələri üçün ixracat, fövqəladə vəziyyətdə avarizat toplanırdı. Qazan xanın islahatları.Hülakilərin zülmkarlığı və uzun sürən müharibələr təsərrüfatın tənəzzülünə səbəb oldu. Vergilərin ağırlığı kəndlilərin öz yerlərini atıb qaçması ilə nəticələnirdi. Bunun nəticəsində, dövlətin və əyanların gəliri azalırdı. Dövlət xəzinəsinin boşalması, kəndlilər arasında iğtişaşların güclənməsi hakim sinfi təşvişə salırdı. Ona görə də Qazan xan bir sıra islahatlar keçirdi. Torpaq islahatı. Torpaq islahatına görə sahibsiz torpaqlar qeydə alındı və dövlət fonduna verildi. "Bayrat" adlandırılan istifadəsiz qalan torpaqlar ayrı-ayrı şəxslərə pay-lanılır və müəyyən müddət onlardan vergi alınmırdı. Becərilməyən torpaqlar da sahibindən satın alınıb dövlət sərəncamına verilirdi. Belə torpaqlar nəinki ayrı-ayrı qoşun başçılarına, hətta bütöv qoşun hissələrinə də verilirdi. Qazan xanın torpaq islahatının əsasını orduda xidmət edənlərə iqta olaraq torpaq sahəsinin verilməsi təşkil edirdi. İqta müvəqqəti verilirdi, xidməti başa vurduqdan sonra torpaq xidməti davam etdirən varisə keçirdi.İqtanın alınıb satılması, bağışlanılması qadağan edildi. İqta yalnız incu, divan və bayrat torpaqlardan paylana bilərdi. Kəndlilərin kütləvi surətdə qaçmasının qarşısını almaq üçün 1303-cü ildə verilmiş fərmana görə, öz ağasının yanından qaçmış kəndli 30 il müddətində tapıldıqda geri qaytarılırdı. Heç kəs qaçan kəndlini gizlədə bilməzdi. Qazan xanın fərmanına əsasən Azərbaycanda kəndlilər öz yaşayış yerlərinə təhkim olunur, onların bir yerdən başqa yerə getmələri qadağan edilirdi. Bu fərman Azərbaycanda kəndlilərin təhkimli halına salınması haqqında ilk və son yazılı sənəddir. Vergi islahatı. Vergi ödəyənlərin siyahısı dəqiqləşdirildi, qeyri-qanuni vergilər ləğv edildi, verginin növləri, həcmi, toplanma qaydası, toplanma müddəti və sairə dəqiqləşdirildi. Vergi yığımı işinə vilayət hakimlərinin müdaxiləsinə son qoyuldu, ödənilən vergilərin növü (pullu və ya natural forma) təsdiqləndi. Hər bir kəndin, şəhərin və sair yaşayış məntəqəsinin ödəyəcəyi vergi xüsusi lövhələrdə həkk olunaraq baxımlı yerlərdə asıldı. Vergilərin toplanması Mərkəzi Divana tapşırıldı, vergilərin toplanmasının icarəyə alınmasına nəzarət gücləndirildi, gəlirlərin məsrəfi üzərində tam nəzarət qoyuldu. Məhkəmə islahatı. Məhkəmədə rüşvətxorluğa, özbaşınalığa qarşı tədbirlər görüldü. Məhkəmə islahatına görə, qazı vəzifəsinə təyin olunan din xadimlərinin bu vəzifəyə layiqli olmasına xüsusi diqqət yetirilirdi. Qazı vəzifəsinə təyin olunan din xadimindən qanuna ciddi əməl edəcəyi haqqında iltizam alınırdı. 30 illik iddia sənədləri öz qüvvəsini itirdi. Mühakimələr üçün alınan ödənclərin məbləği dəqiqləşdirildi. Qeyd edək ki, məhkəmə islahatı tam şəkildə həyata keçirilə bilmədi. Rabitə islahatları. Ölkədə vahid rabitə sistemi yaradıldı. Rabitə sistemi əmirlərin idarəsinə verildi. Rabitə sisteminə həm də diplomatik vəzifələri (xarici səfirlərin qarşılanması və müşaiyət olunması) yerinə yetirmək həvalə olundu. Əsas yollarda 3 fərsəxdən bir (21 km) yamlar(rabitə dayanacaqları) quruldu. Yam işçilərinə xidmətə görə əhalidən vəsait almaq qadağan edildi. Pul islahatı. Ölkədə vahid pul sistemi yaradıldı, vahid ölçü və çəki sistemi bərqərar oldu. Mərkəzi hakimiyyət tərəfindən tanınmayan pulların dövriyyəsi qadağan olundu. Vahid pul, ölçü və çəki sistemi yaratmaqda məqsəd ölkədə ticarətin inkişafını təmin etmək idi. Dini islahat. Qazan xanın mühüm tədbirlərindən biri şamanizmdən imtina və islamı dövlət dini elan etməsi oldu. Xan özü islam dinini qəbul etdi və Mahmud adını götürdü, İslam ayinlərinin azad, sərbəst yerinə yetirilməsini təmin etdi. Burada əsas məqsəd yerli əhalini öz tərəfinə çəkmək idi. Dini islahat nəticəsində monqolların əksəriyyəti islam dinini qəbul etdi, müsəlman dünyasına qarşı yönələn monqol-erməni birliyinə zərbə endirildi. Sadə Azərbaycan əhalisi və yerli feodallar Qazan xanı dəstəklədi, onun siyasətindən narazı zəngin monqol əyanları isə ona uğursuz sui-qəsd təşkil etdilər. Qazan xanın islahatlarının hazırlanmasında və həyata keçirilməsində onun vəziri, tarixçi və dövlət xadimi Fəzlullah Rəşidəddin böyük rol oynamışdır. İslahatlar müəyyən müddət öz müsbət təsirini göstərdi, ölkədə kənd təsərrüfatı, sənətkarlıq, ticarət canlandı, əhalinin vəziyyəti nisbətən yaxşılaşdı, islam dininin mövqeləri möhkəmləndi. İslahatlar nəticəsində mərkəzi hakimiyyət möhkəmləndi, orduda nizam-intizam artdı, Hülakilər dövləti dağılmaqdan xilas oldu. Bu, Hülakilar dövlətinin ömrünü bir qədər uzatdı, lakin onun tənəzzülünün qarşısını ala bilmədi.
Şeyx Üveysin dövründə Cəlairi dövləti həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etmişdi.1360-1370-ci illərdə onun apardığı islahatlar mərkəzi hakimiyyətin güclənməsinə, kənd təsərrüfatının, sənətkarlığın və ticarətin canlanmasına şərait yaratdı. Lakin Şeyx Üveysin ölümündən sonra ölkə daxilində feodal çəkişmələri başladı.
Nəticə Monqol dillərində xalxlar, baoanlar, dunsyanlar, tular, daurlar, buryatlar, kalmıklar və bir neçə azsaylı digər xalqlar daxildir.
Monqolustan Respublikasının əsas əhalisi. Həmçinin Çin Xalq Respublikasında (əsasən kompakt şəkildə Daxili Monqolustan Muxtar Rayonunda) yaşayan xalq. Özlərini "Xalx" adlandırırlar. Yaxın etnik qruplarla (monqollar daxil olmaqla 14 etnik qrup) birlikdə dünyada sayları təxminən 11.116 milyon nəfərdir.
Çin Xalq Respublikasında 2000-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Çin dövləti tərəfindən rəsmən tanınan 56 milli azlıqdan biri olan Monqolların sayı 5.823.947 nəfər olmuşdur
Ədəbiyyat 1) lib.bbu.edu.az
2)kayzen.az
3)wikipedia.org
4) https://tehsil.biz/news/az
5)https://www.muallim.edu.az/news.php?id=1295&lang=
6)https://unec.edu.az