Referat kurs: 1 Qrup: 1022a Müəllim: Vaqif Abışov Tələbə: Məmmədova Ləman baki 2022 Plan Giriş


Monqolların Azərbaycana ikinci yürüşü və Azərbaycanda monqol ağalığının başlanması



Yüklə 31,21 Kb.
səhifə3/5
tarix27.12.2022
ölçüsü31,21 Kb.
#121834
növüReferat
1   2   3   4   5
M.Ləman Tarix Referat

3.Monqolların Azərbaycana ikinci yürüşü və Azərbaycanda monqol ağalığının başlanması.
Monqolların Azərbaycana ikinci yürüşü. 1227-ci ildə Çingiz xan vəfat etdi. Onun işğal etdiyi ərazilər də daxil olmaqla dörd ulus (dövlət) yaradıldı. Bunlar Böyük Monqol İmperatorluğu, Ağ Ordu ulusu, Qızıl Ordu və Çağatay ulusları idi. 1231-ci ildə Azərbaycanın və İranın işğalı Cormoğan noyona tapşırıldı və onun başçılıq etdiyi qoşunlar Azərbaycana soxuldu. Bu dəfə monqollar Azərbaycanda daimi möhkəmlənmək niyyəti ilə işğala başlamışdılar. 1231-1235-ci illər ərzində monqollar Marağanı, Təbrizi, Ərdəbili və sair Cənubi Azərbaycan şəhərlərini ələ keçirdilər.
Cənubi Azərbaycan torpaqalarını ələ keçirdikdən sonra 1235-ci ildə monqollar Gəncəyə hücum etdilər. Monqollar gəncəlilərdən o qədər çəkinirdilər ki, şəhər divarları dağılandan bir həftə sonra monqollar şəhərə daxil olmağa cürət etmədilər. Şəhər sərt müqavimət göstərsə də, tutulub qarət edildi, xarabazarlığa çevrildi və elə vəziyyətə salındı ki, nəticədə burada 4 il yaşayış olmadı.
Birinci yürüşdən fərqli olaraq, ikinci yürüş zamanı monqollar Azərbaycanda möhkəmləndilər və burada öz hakimiyyətlərini qurdular. Ancaq 1256-cı ilə qədər Azərbaycan, o cümlədən bütün Cənubi Qafqaz ərazisi, İran, Əcəmi İraq heç bir monqol ulusunun tərkibinə daxil edilməmişdi və Ali Monqol Xaqanlığının təyin etdiyi canişin, Arqun ağa tərəfindən idarə olunurdu. Arqun ağanın apardığı siyasəti tarixdə "örüş siyasəti" adlandırılır. Köçəri monqol əyanlarının heyvan sürülərini otlaqlarla təmin etmək üçün yerli feodalların və kəndlilərin torpaqları zəbt edilir və örüş yerinə çevrilirdi. Köçəri maldarlıq oturaq əkinçi təsərrüfatı mədəniyyətinə və ənənələrinə, həm də şəhər təsərrüfatına qarşı qoyulurdu.
Tarixi ədəbiyyatda belə bir "günəmuzd" siyasət haqlı olaraq "örüş siyasəti" adlandı. "Örüş siyəti"nin həyata keçirilməsi tarixi təcrübədə şəhər və oturaq təsərrüfatların məhv edilməsi ilə yanaşı, onları öz zəhməti ilə yaratmış olan dinc əhalinin kütləvi qırğınına gətirib çıxardı.
1239-1256-cı illərdə Azərbaycanın bütün torpaqları monqol feodallarının əlinə keçdi. Yerli feodallar onların vassalına çevrildi və öz malikanələrini idarə etmək üçün monqol canişinindən icazə sənədi-yarlıq almalı idi.

Yüklə 31,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin