Savad anlayışı insanın oxumaq və yazmaq üzrə ilkin vərdişlərə yiyələnməsini nəzərdə tutur


Oxu və yazıya belə hazırlıq sonralar uşaqların ilkin oxu və yazı texnikasına asanlıqla yiyələnməklərinə imkan verir



Yüklə 17,55 Kb.
səhifə3/4
tarix24.12.2022
ölçüsü17,55 Kb.
#121777
növüYazı
1   2   3   4
Sənəd

Oxu və yazıya belə hazırlıq sonralar uşaqların ilkin oxu və yazı texnikasına asanlıqla yiyələnməklərinə imkan verir.
Savad təlimi dövründə oxu və yazı texnikası üzrə məşğələlərin cansıxıcı xarakter daşımasının qarşısını almaq məqsədilə uşaqları məktəbəqədərki oyun və əyləncə aləmindən ayırmamaq lazımdır.Hər beş-on dəqiqədən bir yumoristik əhvalat, lətifə danışmaq, tapmaca, yanıltmac, düzgü, oyun- nəğmələr, kiçikhəcmli şeir, hekayə, təmsil və nağılların oxunması uşaqların yorğunluğunu aradan qaldırır, marağını artırır, diqqətini daim oyaq saxlayır.Uşaqlarla dialoqa geniş yer vermək, suala cavab vermək, dialoqa qoşulmaq bacarığını inkişaf etdirmək lazımdır. Bu məqsədlə seriya-sujetli şəkillərdən, uşaqların ekskursiya, gəzinti, oyun və əyləncələrdə gördüklərindən istifadə etmək mümkündür.
IV Savad təlimi dövründə bütün fəaliyyəti yalnız oxu və yazı texnikasının öyrədilməsi ilə məhdudlaşdırmaq olmaz. Bu dövrdə ekskursiyalar, təbiət üzərində müşahidələr, əşya dərsləri, müəllimin nağılı, şifahi müşahidələr və s. prosesində nitq inkişafına da geniş yer verilməlidir.
Kiçikyaşlı məktəblilərin əyani-obrazlı təfəkkürü tədricən inkişaf edir. Onlar gördükləri əşya və hadisələrin bir neçə mühüm cəhətlərini ayıra bilir, onlar ümumilləşdirmə aparma, mücərrədləşdirmə üzrə ilkin vərdişlərə yiyələnirlər. Əgər uşaq bunu bacarmırsa, bu, onun təcrübəsizliyi, biliyinin azlığı və qırıq-sökük olması ilə izah edilməlidir. Ona görə də şagirdlərin həmin əşya və ya hadisə haqqında təsəvvürlərini dəqiqləşdirmək lazımdır.
Bunlardan əlavə, şagirdlərin şəxsi həyat təcrübəsi, əmək prosesi, onların əməyi, oyunları, əyləncələri, oyuncaqlar, şəkillər, müəllimin təşkil etdiyi müşahidələr lüğət ehtiyatının zənginləşdirilməsinin mənbələridir. Ətraf aləm üzrəində müşahidə prosesində onunla fəal təmasda şagirdlər müxtəlif əşyalarla, onların nədən düzəldilməsi ilə tanış olur, forması, rəngi, dadı, xarici görünüşü, insanlara faydası və s. cəhətlərinə görə onları qruplaşdırır, təsnif edirlər. Şagirdlər ayrı-ayrı əşyaları ümumi başlıq altına yığırlar: inək, qoyun, it, pişik, camış, keçi, donuz-ev heyvanlarıdır, sağsağan, qaranquş, sığırçın, sərçə, bülbül-vəhşi quşlardır və s. Belə çalışmalar şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir.
V Savad təlimi dövründə şagirdlərin lüğət ehtiyatınn zənginləşdirilməsi əlifba dərsliyinin sütunlarında verilmiş sözlərlə başlanır. Sütunlar və mətnin lüğəti uşağın həyatı, ətraf aləm haqqında çox rəngarəng sözlərlə zəngindir. Sütunlardakı sözlər, bəzən çox müxtəlif sahələrə aid olmaqla mənası şagirdlərə çatmır. Müəllim belə sözlərin səs-hərf təhlilini aparmalı, kəsmə əlifbanın köməyilə düzüm lövhəsində düzdürməlidir.
Əlifba dərsliyi ailə, uşaqların oyunları, oyuncaqlar fəsillər, ev heyvanları və vəhşi heyvanlar, ev quşları və vəhşi quşlar, çiçəklər və otlar, meyvələr və giləmeyvələr, ev şeyləri, qab-qacaq, əmək alətləri, insanların əməyi, ərzaq haqqında sözlər hesabına şagirdlərin lüğət ehtiyatını zənginləşdirməyə imkan verir.

Yüklə 17,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin