TariXİn küSÜFLƏRİ 8- ci məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (6-ci Bölüm)


B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ



Yüklə 1,64 Mb.
səhifə2/9
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#102949
1   2   3   4   5   6   7   8   9
B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ adlı əsərində səh.15-də belə yazırlar :AVUR KƏNDI. Yardımlı r. Yaşayış məntəqəsinin adı av (ov) sözünün qədim variantı və «ur» qədim türk dillərində «bol», «çox» sözlərindəndir (Bol sulu kəndi).26

Halbuki Türk toponimlərində və o sıradan Azərbaycan toponimlərinin ad tərkibində olan "av"/"ov" ,heç zaman "su" anlamında olmayıbdır.Səbəbdə budur ki Türk ərazilərindəki toponimlərin yaranma və təşəkkül tarixi Hind-Avropa dilli Farslardan və Farskökənli xalqların bu Türk əraziyə gəlməsindən çox qabaqlara ayiddir.Bu toponimin haqqında olan ehtimalları burada gətirmək istəyirik.Ehtimala görə bu kəndin adı "Amaru" ilə ilgili olmuş ola.F.Guirand yazır ki Amaru,Şumerlərin yer üzü və hava tanrısı sayılan,Enlil tanrının silahı adlanırmış. Amaru`nun anlamı"böyük tufan"dır. 27 Biz "Amaru" ilə "Avur" kənd adının bağlantısını belə açıklaya bilərik ki "Amaru" əslində ("b","m" səslərinin əvəzlənməsinə görə)"Abaru"imiş. "Abaru" adı da "Ab.Aru" /"Ab.Aeru" olub. Bu adın tərkibində olan türkcə "Ab"//"Abı"//"Aba" sözü "Tanrı" anlamındadır və "Aeru"//"Ayru"//"Aru" ,hava və yel anlamındadır.Yeri gəlmişkən bunu da izahlamalıyıq ki adların və sözlərin yazılışında sonuna "U" səsi və hərfinin artırılması ,qədim Akkadların yazı uslublarından və qaydalarından biridir. Akkadlar yazılış zamanı sözün soluğuna "u" hərfi artırarmışlar. Latin və ingilizcə hava anlamında olan "Aero" sözü də həmən bu şumer tanrısı "Enlil"in silahı olan "Amaru"(=böyük tufan ya fırtına)dan alınmadır. Avur yel və hava tanrısı olduğu üçün və hava eyni halda hər tərəfə axıb-yayıldığı üçün , avaralıq və sərgərdanlıq anlamlarını da özündən törədib və indi də türk dilində "Avur" tanrısı ilə ilgili ,qədim türklər "Avara"(= sərgərdan),Avaraçılıq(=sərgərdanlıq) sözləri yaradıb işlədirlər. Avara (sərgərdanlıq) sözü bu mifik adın 3-cü,4-cü dərəcəli anlamıdır. Burada yeri gəlmişkən hörmətli oxucunun diqqətini bir önəmli məsələyə cəlb etmiş olaq və o da budur ki bütün dillərdə işlənən sözlər (kələmələr,terminlər) Türk mifləri ilə bağlıdır və bu miflərdən törənmişlər.O zamanki Avropanın yerli aborigen xalqı tam vəhşiyyətdə yaşayarkən və bir-biri ilə danışmaq və ilgi qurmaqa belə söz və termin tapa bilməyirdilər , və şayəd çox sözlərini və istəklərini ima-işarə və əl-qol dəbərtmək ilə başa salırdılar və vəhşi halətdə cəngəllərdə ,ağaclar başında yaşayırdılar , o zaman eyni halda Türk xalqı möhtəşəm bir sosial və mədəni səpkidə ,öz tikdikləri və saldıkları şəhərlərində ,köylərində ,Anadoludan tutmuş Asianın şərq və şimal-şərqinə qədər uzanan türk ərazisində yaşayırdı. Avropanın vəhşiyyətdə və bər-bər halda yaşadığı dövrüdə,artıq türk xalqı mədəni həyatının bir mərhələsində idi və o səviyyəyə çatmışdır ki Bu türk xalqı ,möhtəşəm bir mifologiaya və zəngin mənəvi,ruhsal və duyğusal inanclara və dinlərə və inkişaf tapmış mükəmməl bir danışıq dilinə,yazı-pozuya malik bir xalq olmuşdur.Türklər əyər Avropa quruluğuna köçlərini başlamasa idilər,Avropa xalqı bəlkədə yarısı hələ cəngəllərdə və ağaclar başında vəhşi meyvələr axtarmaqda olacağ idilər və bəlkə də hələ indiyə qədər adi danışıqlarına söz və termin tapa bilməyirdilər və əl-qol tərpətmək ilə danışırdılar.Avropa yerlisinə dili,mədəniyyəti,şəhərdə, köydə toplum halda yaşamağı,din nədir,inanc nədir,Tanrı nədir,mif nədir, qəhrəman nədir,ilahə nədir,hammısını Türk və onun uyqarlığı və möhtəşəm mədəniyyəti verib və onun müəllimi olubdur. Avropalıların danışdığı dilin yüzə altmış faizi 60% türk panteonunun tanrıları və tanrıçalarının,Türk mifləri və mitlərinin adlarından və onların daşıdığı mifik vəzifələrindən alınma və yaranma sözlərdir.Bir çox terminləri Türkün miflərinin daşıdığı vəzifədən götürüb öz dillərində termin kimi işlədirlər. Misal üçün həmən Aborigen sözünü ,Türkün "Avur" Tanrısının özəllyindən və mifik vəzifə və xarakter daşımasından alıbdır .Latinlər və Avropalılar bu türk mifinin adından ,avara –sərgərdan ,boş-boş dolanıb gəzən öz yerli xalqlarına (Avropanın ilkin yerli sakinlərinə) da "Aborigen" terminini yaradıblar və onlar çünki boş-boş cəngəllərdə meyvə dalısıca gəzişib dolanırdılar və nə şəhərləri var idi və nə qanun deyə ,heç nə bilmirdilər və yeməklərini də cəngəldə ağaclarda meyvə axtarıb yığırdılar, bunun üçün Avaraçılık anlamını yetirən bu termini onlar haqqında işlədirdilər.Aborigen terminini məcazi olaraq əsli və ümdə millət ya xalq adlandırıblar.Qədim dünya törənləri və mifləri insklopediası kitabında "Aborigines" sözü qarşısında yazılıbdır : "Roma əfsanələrində Aborigenlər (=Avropanın ilkin sakinləri) İtalianın ən qədim məskunları imiş ki onlara ağacların evladı deyərmişlər.Aborigenlərin heç bir şəhəri ya toplumsal yaşayış mərkəzləri və mədəni qanunları olmadan, avaraçılıqla və sərgərdanlıqla yaşayırdılar və yeməklərini ağaclardan vəhşi meyvələr dərmək ilə hazırlayırdılar. Onların adı ümumən "əsli xalq" tərcümə olunurdu". 28 Deməli biz bu Yardımlı kəndin adını "Ab.Aru" ,"Ab.Uru" ya "Aburu" formasında bərpa edə bilərik. Ab.uru ----> Av.uru ----> Av.ur Avur kəndindən bir görüntü /Şəkili göndərən:Ucar şəhərindən Kazım Məmmədov Yardımlının "Avur" kənd əhalisinin ulu əcdadı,Azərbaycandan başqa ölkələrə köç edərkən,Misirə də gedib çıxmışlar və qədim misirdə öz etnos adlarını və tanrılarının adını qoymuş "Avaris"(Avuris) şəhərini tikib yaradırlar. L.Delaport`un dediyinə görə,Avaris qədim misirdə "Hiksus"lar dövründə şəhər adıymiş.29 Bizcə Hiksus etnik adı əslində İksus ya "Ek.sus" iymiş ki "h" səsi sonradan ona artırlanıbdır və "Ek" sözü qədim türk dilində "Ana" deməkdir və "Eksus" etnos adı əslində "Sus ananın","Sus ilahəsi"nin adı deməkdir. Deməli Eksuslar//Hiksuslar,Avun türklərin bir qolu ola bilərlər və Avunların da"sus"// "şuş" tanrısını sitayiş edirdilər.Avurlar isə həmən Avun soydaşlarının tapındığı "sus" ya "şuş" tanrını da Misirə aparıb və orada yaydılar.Avurlar,"sus"//"şuş" tanrısına tapındıqları üçün,Hiksus ya Eksus da adlanırdılar və buna görədə Misirdə yerləşdiyi yerdə də öz etnos adları ilə uyğun,tikdikləri şəhərə də "Avaris" adı veriblər. "Avurlar"Misirdə,tapındıqları Tanrının(Ek.sus) adı ilə, "Eksus" ya"Hiksus" adlandılar və L.Delaport`un dediyinə görə "Hiksuslar" bir şahlıq sülaləsi kimi,bir müddət Misirdə hökmranlıq etdilər.30 Azərbaycanda və o sıradan Yardımlı rayonundakı"Avun"lar və"Avur"ların ulu əcdadı , Türkistanın Fin-uyğur türklərinə mənsub soy və etnosdular. Onlar eyni halda Azərbaycana və Anadoluya köçmüş Fin-uyğurların nəslindədilər ki bu bölgədə Finiki adı ilə tanınıblar və Finikiyyə ölkəsinin də qurucuları sayılırlar. Bunun üçün də Avur, Avun,Erevan,Şuşa ,qədim Elam-Evan türkləri,şimali sibirdə "Evenk"lər və sibiryanın şərqində "Amur" toponimlərinin ilk sakin olmuş türk xalqları,həmən Finiki(Fin-uyğur)türkləri ilə bir kökə və etnik soya və bir mifologiyaya mənsubdular.Azərbaycanda və Anadoluda məskun olmuş Finiki türkləri türk mifologiyasını da Yunana aparıb və orada həmən türk finiki panteonunu yenidən qurdular. L.Delaport açıq-aşkara iqrqr və e`tiraf edir ki Eranın 1-ci yüzilliyin son illərinin,və İskəndəriyyə şəhərindən olan yəhudi filosofu "Filo"//"Philo",bizə göstərdi ki Yunanın mifləri ,Finiki mifləri əsasında yaranıb və beləliklə eliyə bildi ilk bəşər nəslinin tarixini açıklaya bilsin.L.Delaport qeyd edir ki Filonun mənbəyi və qaynağı,Finikiyalı müəllif "Sanxuniaton"un (Sanchunianthon) yazıları və informasiasıdır. 31 Filon bu finiki müəllifin bilgilərinin əsasında Yunanın,"Uranusian Tarixi"ni qələmə alıb yaratdı. Bu Tarixin əsasında deyilir ki"Oranus" ya "Oran"ın "kronus"la muharibəsində, evladları "Avur"(Hour=saat) və "Destini"ni(= təqdir,sərnivişt, başa gələn,olacaq) onun savaşına göndərdi və"Kronus"onları da məğlub edib öz yerlərində oturtdu. 32 Deməli L.Delaport`un dediyindən belə əldə olunur ki Yunan mifləri və mifologiası,Azərbaycan Finiki Türklərinin panteonunda olan miflərin kopyasıdır.Yardımlının "Avur" toponimi Yunan Türk Fin-uyğur kopyalı mifologiasında,zaman keçidinin tanrısı yəni saat Tanrısı vəzifəsini daşıyan Tanrıdır.Tovrat`da Türk soylu Finikilərin haqqında verilən məlumatlara əsasən belə bəlli olunur ki Bəni-İsrailin süleyman adlı hökmdarı zamanı(-929-961) Finikilər ilə,Ahiram`ın hökmranlığı zamanı,çox yaxşı olmuş və buna səbəb oldu ki Ahiram,Süleymanın düzəltmək istədiyi məbədlər,tapınaqlar və sarayların tikdirməyinə ciddi şəkildə yardım edib və bu işə ayid tikinti matrialları və peşəkar sənətgərləri onun ixtiyarına qoysun.Tovratda sonra yazılır ki Bəni-İsrailin hökmranı "süleyman" və Finikilər hökmranı"Ahiram"birgə "Ophir" (Ofir) yurd və ölkəsinə qoşun yürüdürlər."Ofir"in yerini normal olaraq "Yəmən"də (Ərəbistanın cənubunda)yerləşdiyini qeyd edirlər.33Bizcə müəlliflər Şumerlərin behişti adlanan"Maşu"dakı yanıldıqlarını burada da təkrar edirlər və Şumerlərin "Maşu"sunu indiki Bəhreyn ərazisində sandıqları kimi,"Ofir"(Ophir) yurdunu da səhv olaraq,Ərəbistanın cənubundakı"Yəmən"adlı ölkədə yerləşdiyini zənn edirlər,halbu ki qızıl,bahalı –qiymətli daşların və ağacın yeri,susuz çöllük olan Ərəbistanın cənubi ola bilməz.Bəlli edəli bu"Ofir" haradırsa ,onun ilkin adı olmayacaq və belə məlum edir ki Finikilər oranı tutduqdan sonra ,ola bilər ki öz yurdlarındakı yer adı"Avur"u ,bu şəhərə qoymuş olsunlar.Bizcə bu "Ofir" yurdu qara dənizin şimali-qərb "Deniester"və"Denieper" çaylarının arasındakı ərazidə ,Qara dəniz sahilində yerləşməli olmalıdır və bir güclü ehtimala görə də "Ophir" (ofir) yurdu qara dənizin şimal-şərqindəki sahilində yerləşməli olsun və bizcə həmən"İberi"ya"İveri"yurdu(indiki Gürcüstan Ərazisi),adını bu"Ofir"ya "Avır" dan alıbdır,yəni "Ofir" həmən "Avır" //"İvir"ya"Avur"deməkdir.Deməli bu hesabla bu ehtimal yaranır ki"Avur"kənd əhalisinin ulu əcdadı ,Azərbaycandan başqa ,bir qolu da indiki Gürcüstan adlandırdığımız ərazidə məskunlaşıb və yeni yurdlarına da öz sevdikləri "sus ilahəsi"nin adı ilə ilgili , o bölgənin də adını "Avur" qoyublar və bu ad zaman keçdikcə fonetik dəyişiliynə uğramış və "ibir" /"iber" və sonda "İberia" formlarına düşübdür. Gürcüstan ərazisində indi də "Avranlu" adında toponim və oronim vardı ki əslində "Avıranlı" ya"Avuranlu" deməkdir."Ofir"(Ophir) adı əslində həmən"Ovir"ya"Avir"və"Avur"dur və anlamı "Sus ilahəsinin evladı","təskin verici ilahənin yurdu" ,"Sülh və əmniyyət ilahəsi" deməkdir.Bu adın ilk hissəsi olan"Ov"/"Of"(Op) sözündən,latin dilində "Ophion" (= nəşə verici,susdurucu,sakitləşdirici,sakitlik verən,narkotik maddə) kimi işlənir və bizim dil və ləhcədə "Afyun" kimi ifa edilir. "Avur" türk mifi ,Hindistan mifologiasında "Apris" və ya "Apri" formunda özünü göstərməkdədir və "Dünya Mifləri Ensiklopediası"nın yazdığına görə ,sanskrit dilində özünə yer açarkən "toxtaxlıq","təskin","sakinləşdirmə" anlamlarında işlənir. 34 Avır.is ---> Afır.is ----> Apır.is ----> Apris. Avur Tanrısı "Amurru" formasında , Mezopotamia mifologiasında,Akkad ölkəsinin dağlıq ərazisinin Tanrısı kimi,çadırlarda yaşayanların,köçəri və gündə bir yerdə köş salanların,avara-sərgərdan qalmışların,və bəlkəm də tərk-i dünya edənlərin,subay qalmış qadınlar və başqa dağda yaşayanların tanrısı sayılır.Bu Tanrının arvadı yəni "Belit-Seri" ölülər aləminin hesab-kitab ,səbt-i zəbt dəftərində işləyibdir və Amurru ona "Səhra ilahəsi" ,"səhra və çöl qadını" ləqəbini veribdir.35 Amurru tanrı adının sonundakı"U"hərfi sonradan Akkadca yazılışında artırlanıbdır,çünki kələmələrin akkadca yazılışında,sonuna"u"hərfi artırlanardı. Amurru adında,"b"-"m" hərflərinin qədim türk dillərində dəyişilmə özəlliyini nəzərdə alaraq ,Amurru əslində ,ilk öncə Avur imiş.Avur//Abur ----> Amur + u = Amurru . Avur türk panteonunun Tanrısı,"Amor" formasında Roma(Rum) dilində və luğət qamusunda "sevgi"və"İstək" anlamında və Roma mifologiasında,"Venus" ilahəsinin oğludur ki qızıl yumurtanın içindən çıxıbdır. 36 Qədim Roma mifologiasında ölüm mələkəsinin adı "Averna"(=Avır ana),həmçinin bu türk Avun Tanrısının adı ilə ilgilidir və eyni halda Roma ölkəsində "Kampania"da volkan ağzında əmələ gəlmiş gölün adı,"Avernus" da bu türk Avur tanrısı ilə ilgilidir.Qədim zamanlarda bu gölü,cəhənnəmin giriş qapısı kimi hesab edirdilər. Qədim antik dövrləri mifologiası əsasında,özəlliklə də Roma ölkəsində "Avernus",yer altı qaranlıq dünyadan ibarət imiş ki bütün insanların ruhları ,ayırt-seçgi olmadan orada məskulaşırdılar. 37 Avur kəndindən bir görüntü /Şəkili göndərən:Ucar şəhərindən Kazım Məmmədov Bu izahatdan məlum olur ki Azərbaycanın Yardımlı rayonundayerləşən "Avur" kəndi də Azərbaycanın və eyni halda yardımlının başqa kəndləri kimi olaraq , bir mifik addır və türk mifologiyasından qaynaqlanan addır və Azərbaycandan da geniş şəkildə Afrikaya və Avropaya da Türk xalqların köçləri sayəsində yayılıbdır. Azərbaycanın Yardımlı bölgəsinin digər bir toponiminin adı "Anzo" ya "Anzov" dur. Azərbaycanın vikipediasının yazdığına görə :" Kənd haqqında geniş məlumatları Malik Balaşovla Şirəli İsayevin yazdıqları "OĞUZ ELİ ANZOV" kitabından almaq olar Anzov Yardımılı rayonunun böyük kəndlərindən biridir. Əhalsi 1000 nəfərdən artıqdır. Anzov kəndini tarixi 400 ildən artıqdır, yəni ilk məskunlaşma 400 il bundan əvvələ təsadüf edir. Kənddə İlk məskunlaşan QILINCXAN olmuşdur. O, buraya İranın KƏLƏNSURA kəndindən gəlmişdir. İlk məskunlaşma Həsən Kərimin adıyla əlaqələndirilsə də, Həsən Kərim Qılıncxanın oğlu olmuşdur. Görünür, Qılıncxanın yaşı cox olduğundan o, burada çox ömür sürə bilməmiş və sonradan kənddə məskunlaşanlar Həsən Kərimi burada görmüş və onu buranın ilk insanı sanmışlar. Kəndin ümumi ərazisi genişddir". Bu mənbə sonra bu kəndin adının etimologiasını açıklamağa təşəbbüs göstərib və belə yazır :" Anzov sözünün mənasını talış dilinin sözü hesab edənlər olsa da, belə burada tarix boyu talış yaşamamışdır. Əslində ANZOV sözü Türk dilindən tərcümədə XANSOYLU, XANNƏSİLLİ deməkdir". http://en.wikipedia.org/w/index.php?title=Anzov&oldid=586889931. Əlbətdə biz bu tərcümə haqqında nə qədər fikirləşdik, ki "Anzov" sözü necə "Xan soylu" ya "Xan əsilli" anlamını daşıya bilir, bir yerə çatmadıq! Görünür ki bu ada belə anlam bağışlama ,uydurmadan başqa bir şey deyil.Bu mənbə Anzo kəndinin cöğrafia və iqlimi haqqında deyir: Anzov kəndi Talış silsilə dağlarının qərb qurtaracağında, maili dağ yamaclarının ətəyində yerləşir. Kəndin iqlimi Yardımlıya və cənub bölgəsinin dağlıq hissəsinə məxsus sərt kontinental iqlimə uyğundur. Ərazi üçün demək olar ki,bütün fəsillər xarakterikdir. Burada payız və qış fəsillərinin iqlimi Naxçıvanın quru və sərt iqliminə oxşayır. Bu iqlimsə Türkiyənin, hətta Yunanıstanın cənubundakı ərazilərin iqliminə bənzəyir. Otlaq sahələrinin əksər hissəsi güney hissədə yerləşir. Burada ilk sakinlərin çoxillik təcrübələrinə əsaslanan əməli iş – qoyun yatağının, yəni Qışlaq adlı sahədə qış qoyun yatağının salınması çox diqqətə layiqdir. Havalar istiləşəndə, yazın gəlişi ilə kənd camaatının yaylağa köçü başlanır, yeni yurd yerləri – Sarıbulaq, Əmbüs, Haça yurd, Qoyunyatan dərə, Tiy daş, Vənəköç, Çəktə alaçıqlarla bəzənərdi Kəndin digər torpaqları ərazinin şərq hissəsində güneybasarda yerləşən piramida şəkilli ərazidən, Ban diki, Pojalar, Yaz yurdu, Percon, Tülcon, Gənci yatağı, İmam yeri, Yol Əli, Söyüdbulaq, Gədik, kənd ərazisindəki Xırdalar, Çolakəş, Ləjon, Mkomon, Əyri ulas, Əliməmməd ölən poja sahələrindən ibarətdir. http://en.wikipedia.org/w/index.php?title=Anzov&oldid=586889931 Anzov kəndin bu torpaq ərazisi adları da qədim Azərbaycan və Türk mifologiasından qaynaqlanmış və nəş`ət tutmuş adlardılar. Bu ərazi torpaqlardan sayılan birisi "Əyri ulas"dır. Bu qədim mifik ad əslində "Aryulas" olub ki zaman sürəsində "Əyri ulas" formantını əldə edibdir və bununla da əsil və düzgün məna və anlamını da itirmiş olubdur. "Aryulas" adını əslində "Ar.yalaz"//"Ar.yalas" kimi bərpa etmək lazimdir. Bu mifik və Teofor qədim türk adı , "Ar"(= müqəddəs,qırmızı,Tanrı) , "Yal" (= od,şö`lə , nur ,ışıq) və "As//us" (= Günəş ,od) sözlərinin tərkibindən yaranıb və ümumiyyətdə anlamı "müqəddəs Günəş ışığı" ," Günəş Tanrının işığı"deməkdir. Bu kutsal türk-Azərbaycan mifi , Azərbaycan Türklərinin eradan 1900 il öncə indiki Yunan yurduna və ərazisinə köçləri zamanı ,özlərilə apardığı miflərdən birisi sayılır. Qədim Dünya Mifləri və Ayinləri İnsklopediası" adlı əsərdə bu ad haqqında belə qeyd olunub : "Qədim Yunan əfsanələri və mifologiasında "Erilaus" Troylardan birisi idi ki "Patroclus" əli ilə öldürülür. Erilaus ,"Clite" (oxunuşu: klite) ilə evlənir və "Meilanion" adlı oğlu olur ki bu da savaş heynində öldürülür". 38 Burada işarə olunan "Troylar" ,həmən Türklərdir yəni Yunan ölkəsinə köç etmiş Azərbaycan Türkləridir(Daha doğrusu Türk tayfalar və boyları) . İnsklopedia qadının adını "klite" yazmaqda ,səhv və yanlış qeyd edibdir ,çünki bu Türk qadının adı əslində "Səlitə" və ya "Salta"dır."İmam yeri" adlı ərazi haqqında da deyə bilərik ki bu ad əslində "Əməm yeri" olmalıdır.Qədim türkcə söz olan"əməm",türkcə "Əmə" (=hörmətli xanım, Ana,qadın və məcazi olaraq İlahə,Tanrıça) və"Əm"(= əlac,çarə,dərman , tədavi) sözlərinin tərkibindən yaranıb və külliyyətdə anlamı "Təbib ana" ,"Tibabət və dərman ilahəsi" deməkdir.Anzov kəndin digər bir torpaq ərazilərindən birisinin adı "Pojalar" gedir."Poja" sözünü açıklamadan öncə ,yeri gəlmişkən Azərbaycan Müəllimlər İnstitutu filologiya üzrə fəlsəfə doktoru ELMAN MİRZƏYEV, Azərbaycan milli elmlər akademiyası M.Fzuli adına əlyazmalar institutunun"Filologiya məsələləri"adlı elmi dərgisinin №10, 2013-da çap olunmuş "BƏZİ MİKROTOPONİMLƏRİN MƏNŞƏYİNƏ DAİR(DİALEKT VƏ ŞİVƏ MATERİALLARI ƏSASINDA) adlı məqaləsində ,Azərbaycan dilçiliyinin dialektolojia sahəsinə işarə edərək, dialekt leksikasında xüsusi adların kompleks şəklində öyrənilməsini vurğulayaraq ,onun tədqiqatdan kənarda qaldığını e`lan edir. Elman Mirzəyev ,Professor A.Qurbanova istinad edir və sözünün davamında yazır ki :"A.Qurbanov qeyd edir ki, - “Azərbaycan onomastikasını öyrənmək üçün əsas mənbələrdən biri dilimizin dialekt və şivələridir. Bu mənbələr müasir Azərbaycan dilinin şifahi-fərqli danışıq formasıdır.Burada ləqəblərin,mikrotoponimlərin öyrənilməsi daha əhəmiyyətlidir.Dialekt leksikasının bu vacib sahəsi lazımi şəkildə və bəlkə də işlənməyib desək, daha düzgün olar” . Elman Mirzəyev sonra işarə edir ki :"Qeyd olunan sahənin öyrənilməsinin zəruriliyini nəzərə alaraq, biz də bu məqaləmizdə Lerik, Yardımlı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsindən qeydə aldığımız bəzi mikrotoponimlərin mənşəyini açıqlamağa çalışacağıq. Elman Mirzəyev məqaləsinin davamında Cəlilabad,Lerik və Yardımlı bölgələrində geniş yayılmış "Poja" topoformantı haqqında belə yazır :" Yardımlı, Cəlilabad və Lerik rayonlarının mikrotoponimləri sistemində geniş yayılmış topoformantlardan biri də
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin