Tələbə : Vəliyev Rafiq Rəhbər : Vəliyeva Tamella baki – 2005



Yüklə 88,7 Kb.
səhifə15/15
tarix02.01.2022
ölçüsü88,7 Kb.
#8123
1   ...   7   8   9   10   11   12   13   14   15
65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 226 qəsəbə, 1587 kənd ərazi dairəsi, 4272 kənd yaşayış məntəqəsini əhatə edir. Xronikaya nəzər salsaq görərik ki, 1990-cı ildə dövlət büdcəsinin gəlirləri 0,5 mlrd. manat, 2003-cü ildə isə 6104,5 mlrd. manat olub. Bu isə 17% artım deməkdir. 2002-ci ildə gəlirlər 4658,8 mlrd. manat, 2003-cü ildə isə 6104,5 mlrd. manat olmuşdur. Dövlət büdcəsinin kəsiri isə -68,2 mlrd.man olmuşdur. Məcmu pul kütləsi isə ilin sonuna 2592,2 mlrd. manat olmuşdur. 2005-ci ilin dövlət büdcəsinin strukturu:

2005-ci ilin dövlət büdcəsi gəlirlərinin 9422 mlrd. manat(1884,4 mln.$) olacağı gözlənilir. Gəlirin əsas hissəsini isə, yəni 29,7%-nin(2754 mlrd.man) ƏDV təşkil edəcək. 2005-ci ilin ümumi gəlirləri keçən ilə nisbətən 25,3% çox olacaq. 2005-ci ilin büdcə xərcləri 10 trln. 1 mlrd.man olacaq ki, bu, 2004-cü ilin proqnozu ilə müqayisədə 2 trln. 167,6 mlrd. man(27,7%)çoxdur. Xərclərin ÜDM-də payı isə 20,9%-dir.



NƏTİCƏ
Beləliklə bir daha əmin olduq ki, dövlətin iqtisadi inkişafında büdcə nə qədər önəmlidir. Yuxarıda öyrəndiklərimiz bizə belə qənaətə gəlməyə əsas verir ki: hər bir dövlət öz büdcə siyasətinə çox ciddi yanaşmalı, büdcə kəsirinin mümkün qədər az olmasına və ya heç olmamasına səy göstərməli və ən əsası da, xüsusilə Azərbaycan üçün büdcə gəlirlərinin artırılmasının müxtəlif mənbələri araşdırılmalı, müəyyən olumalıdır. Statistik məlumatlara görə hər il ölkəmizin əhalisinin həyat səviyyəsi təxminən 20-25% artır. Statistik göstəricilərdən də göründüyü kimi Azərbaycanda 2005-ci il üçün büdcə gəlirləri 9422 mlrd.man, yəni 1884,4mln. $ olacaqdır. Bu keçən ilə nisbətən 25,3 % artım deməkdir. Əhali gəlirlərinin isə keçən ilə nisbətən təxminən 13% artacağı gözlənilir. Lakin xərclərimiz də paralel surətdə artacaqdır, belə ki, 2005-ci ildə dövlət büdcəmizin xərcləri keçən ilə nisbətən 27,7 % çox olacaqdır. Əgər gəlrlərimizin keçən ilə nisbətən 25,3 % , xərclərimizin isə 27,7 % artacağını nəzərə alsaq, onda -2,4 %-lik, yəni -115800000 $ (115 milyon səkkiz yüz min dollar) kəsirimiz olacadır. Lakin bunlar ilin əvvəlində hesablanmış proqnozlardır. Hal-hazırda inflyasiyanın artmağa doğru meyl etməsi bir sıra problemlər yarada bilər. Istehsal sahələrinin yaradılmasına ciddi fikir verilməlidir. İqtisadçıların proqnozlarına görə təsirli tədbirlər görülməzsə inflyasiya 30%-ə qədər arta bilər. Buna görə də səmərəli büdcə siyasəti işlənilərək qısa vaxt ərzində tətbiq edilməlidir. Və təbii ki, bu yolda ölkəmizin inkişafı, tərəqqisi üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.



Yüklə 88,7 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin