Turizm və onun təşkili


Bronlaşdırmanın qlobal sistemləri



Yüklə 78,69 Kb.
səhifə16/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   12   13   14   15   16   17   18   19   ...   28
turizm texnaloji

Bronlaşdırmanın qlobal sistemləri Halhazırda dünyada, bronlaşdırmanın 4 qlobal sistemi (Global Destribution Systems – GDS) mövcuddur. Bunlar Amadeus, Galileo, Sabre və Worldspan sistemləridir. Dünya bazarının 90%-i bu “qızıl dördlüyə” malikdir. Dünyada 400 mindən çox turizm agentliyində bu sistemin terminalları qurulmuşdur. Bronlaşdırmanın vahid resepti yoxdur, hər bir mehmanxana, müştərilərin heyətini dəqiq təhlil etməli, qiymət siyasəti yeritməli və s. GDS qlobal sistem olmasına baxmayaraq bu sistemin hər birinin özünəməxsus yayılma məkanları var. Amadeus və Galileo Avropada, Sabre və Worldspan Amerikada daha geniş yayılmışdır. Bronlaşdırmanın qlobal sistemindən əsasən işgüzar səfərlərdə iştirak edən biznesmenlər istifadə edir. Statistikaya görə GDS vasitəsi ilə bronlaşmadan, təcili olaraq biznesmenin səfərinə bir neçə gün və ya bir neçə saat qalmış daha çox istifadə olunur. Bronlaşdırmanın hər bir sistemi, bir neçə rejimə malikdir. Bunlar prinsip etibarı ilə fərqlənən, rejimə daxil olan “A” və “B” tipləridir. “A” tipinə daxil olan müştəri, bronlaşdırılan nömrənin təsdiqnaməsini 7 saniyəyə alır. “B” tipinə daxil olan müştəri, bronlaşdırılan nömrənin təsdiqnaməsini 24 saat ərzində alır. Bronlaşdırmanın qlobal sistemləri ilə təcrübəli turoperatorlar çalışır və bu işə görə komisyon haqqı alır. Aryı-ayrı müştərilər, turizm agentliyi ilə deyil, birbaşa internetdə mehmanxana ilə tanış olur və sifariş verir. Bronlaşdırma bölməsi mehmanxanada, sifariş olunan nömrələrin, müəyyən müddət üçün (gün, həftə, ay) perspektiv planını tərtib edir. Bronlaşdırma bölməsi, qəbul və yerləşmə bölməsi ilə qarşılıqlı əlaqədə olmalı və birbirini məlumatlandırmalıdır. Oteldə gündəlik nömrə tutumu haqda hesabatlar hazırlanmalı və bölmələr məlumatlandırılmalıdır. Bölmələrin nömrə fondu haqqında düzgün hazırlanmış hesabatı otelin səmərəli və effektiv işləməsinə kömək edir.


12.Turizm firmalarının idarə olunması prosesinin həyata keçrilməsi.
Turizm firması - hər hansı bir firmada olduğu kimi, fəaliyyitinin təşkilinin spesifikası - fəaliyyətin məqsəd və vəzifələ­
rindən asılı olan, agent-operator profilli turizm müəssisəsidir. Turizm firmasının məqsəd və vəzifələri - turistlərin tələbatına
uyğun olan cəlbedici turizm məhsulunun yaradılması, təklifin tə­
ləb səviyyəsində saxlanılması, məhsulun rəqabətə davamlılığının
qorunmasıdır. 1. İstehlakçı tələbinin araşdırılması üzrə bazarın marketinq
tədqiqatı;
2. Turist proqramlarının planlaşdınlmasmdan və onların
təsdiq edilməsi üzrə fəaliyyətdən ibarət olan turizm məhsulunun
hazırlanması;
3. Qiymətləndirmə, hesabat və uçot siyasəti, verginin
müəyyən edilməsi və s. ibarət olan maliyyə hesablaşmaları;
4. Turizm firmasının inkişafı, həmçinin yeni məhsulların
istiqamətlərinin tədbiq edilməsi, diversifikasiyası və inteqrasiyası.
Bu istiqamətlərin hamısı turizm müəssisəsinin əsas funksiyalarının yerinə yetirilməsinə, yəni turistlərə keyfiyyətli xidmət göstərilməsinə, daimi müştərilərin əldə edilməsinə, bununla
da davamlı maliyyə və turizm xidməti bazarında rəqabətə davamlı mövqeyinin təmin edilməsinə, həmçinin təkrar istehsala və inkişafa yönəlmişdir.
Bu iş daim aparılır və turizm müəssisəsinin fəaliyyətinin
ardıcıl dövriyyəsidir. Turizm firmasının əsas məh-sulu tur olduğu
üçün, turizm müəssisəsinin işinin keyfiyyətli turizm məhsulunun
(turun) yaradılması üzrə arası kəsilməyən istehsalat və perspektiv
fəaliyyət dövriyyəsi olduğunu demək olar.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin