Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə47/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   43   44   45   46   47   48   49   50   ...   193

Həya pərdəsini yırtan günahlar


Məşhur mühəddis Şeyx Səduq İmam Zeynəl-abidin (ə)-dan belə bir hədis nəql edir: “Hörmət pərdələrini yırtan günahlar bunlardır: məstedici maddə qəbul etmək, qumarbazlıq, xalqı güldürmək üçün mə`nasız işlər görmək, xalqın eyibini açmaq, günahda ittiham olunanla yoldaşlıq.”

“Kumeyl” duasındakı “əzabların qarşısını alan pərdələri yırtan günahlar” ifadəsi yuxarıda zikr olunmuş hədis vasitəsilə aydınlaşır.


Spirtli içki içmək


İmam Musa ibn Cə`fər (ə) və İmam Cavad (ə) spirtli içki içməyi böyük günahlardan sayır. Təbabət elminin tanınmış simaları spirtli içkiləri insan orqanizmi üçün zərərli hesab edirlər. Alkoqolun beyin, mə`də ciyər, böyrək və digər daxili orqanlara dağıdıcı tə`siri bir çox hallarda faciə ilə nəticələnir. “Butulka şeytan” olduqca təhlükəli və amansız bir düşməndir. Qur`ani-Kərim məstedici mayeləri, alkoqolu murdar sayır. Alkoqolun bəşəriyyətə vura biləcəyi zərbə nəzərə alınaraq, o, haram buyurulmuşdur. Bu əməldən tövbə etməyən şəxsi ağrılı axirət əzabı gözləyir.

İslam Peyğəmbəri (s) alkoqolla əlaqədar on nəfərə lə`nət oxumuşdur: şərab məqsədi ilə üzüm əkən, bu bağa bağbanlıq edən, meyvəni bu məqsədlə sıxıb suyunu çıxaran, onu içən, onu məclisə paylayan, onu bir yerdən başqa yerə daşıyan, onu təhvil götürən, onu satan, onu alan, onun qazancını yeyən. Şərab içən şəxs Qiyamət günü Məhşər səhnəsinə üzü qara, ağzı əyri, dili çıxmış, susuz halda gətirilər. Ona zinakarların çirki ilə dolmuş quyudan içirərlər.52

Həzrət Əli (ə)-dan soruşurlar: “Siz buyurmusunuz ki, şərab oğurluq və zinadan pisdir?” Həzrət (ə) buyurur: “Bəli, demişəm.Çünki zinakar növbəti günaha getməyə də bilər. Amma şərab içən şəxs zina da edər, adam da öldürər, namazı da atar.”53

İslam Peyğəmbəri (s) buyurur: “Allah mənim dilimlə şərabı haram e`lan etdikdən sonra şərab içən şəxs elçiliyə gəldikdə ona müsbət cavab vermək layiq deyil. Şərab içənin şəfaəti qəbul olunmaz, dedikləri təsdiq edilməz. Ona əmanət tapşırmaq olmaz. Şərab içənə əmanət tapşıran kəsə Allah tərəfindən zəmanət yoxdur.”54


Qumar


Böyük günahlardan biri də qumardır. Vəsailüş-şiə kitabının 17-ci cildində nəql olunmuş bir rəvayətdə İmam Sadiq (ə) qumarı böyük günahlara aid edir. “Bəqərə” surəsinin 219-cu ayəsində buyurulur: «Səndən məstedici maye və qumar haqqında soruşurlar. De ki, məstedici maye və qumar böyük günahdır.»

Qumar alətlərini düzəltmək, onları düzəltmək üçün haqq almaq, onları satmaq və almaq haramdır. Böyük şiə fəqihlərinin əksəriyyəti hətta udub-uduzmadan bu oyunları oynamağa icazə vermir. Bu alətləri saxlamaq haram, məhv etmək isə vacibdir. Qumar məclisində oturub tamaşa etmək haram və bu məclisdən uzaqlaşmaq vacibdir.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin