Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə102/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   156
Əbədi öyüd 2022

QÜRURUN SƏBƏBI
Sual oluna bilər ki, minlərlə qaranlıq məsələ, dolaşıq suallar
qarşısında gözünü döyən insan hansı əsasla qürrələnə bilər?
Maraqlıdır ki,  köklü surətdə mə’lumatsız olan insan
qürrələnmir. Elə ki, vur-tut bir məsələdən xəbərdar olur, dərhal
lovğalanmağa başlayır.  Nə üçün?  Bu suala iki cür cavab
vermək olar:
1. Elm yolunda ilk addımlarını atan insan anlamır ki, nə qədər
bilikdən xəbərsizdir. O, yalnız bilməməyindən xəbərdardır. O,
xəbərsiz olduğu mə’lumatların həcmini təsəvvür edə bilmir.
Məsələn,  ibtidai məktəbə gedən şagird bilir ki,  riyaziyyat
dərsində hansısa məsələləri həll etmək lazım gələcək.  Amma
məsələnin formasından xəbərsiz olur.  O,  “x”  və  “u”-in nə
olduğunu başa düşmür.  Bütün bunları bilmədiyi üçün o
qürrələnməyə heç bir əsas tapmır. Amma riyaziyyatdan qismən
xəbərdar olan şagird elə zənn edir ki,  onun biliyi çoxdur.  Bu
şagird anlamır ki,  onun bildikləri bilmədikləri ilə müqayisədə
bir damladır. Bu misalı başqa elm sahələrinə də aid etmək olar.
Deməli,  qürrələnməyimizin əsas səbəblərindən biri çox-çox
bilikləri bilməməyimizdən qəflətdə olmağımızdır.  Bildiyimiz
bir neçə sualın cavabı gözümüzə o qədər böyük görünür ki,
bütün məsələlərdən xəbərdar olduğumuzu düşünürük.
2. Qürurun digər səbəbi insanın özünə (nəfsinə) məhəbbətidir.
Özünü sevən insan heç vaxt öz nöqsanlarını görə bilmir.
Mə’lumatı olmayan insan öz mə’lumatsızlığını,  əlinin boş
olmasını görüb susur. Amma elə ki, bir neçə məsələ haqqında
mə’lumat toplayır, elə bilir ki, bilmədiyi bir şey qalmayıb. Belə
insan öz nadanlığını hiss edə bilmir.  Onun daxilindəki
eqoistlik, özünəvurğunluq həqiqəti görməyə imkan vermir.
Maddi işlərdə də eyni hallar müşahidə olunur.  Tam yoxsul
insan dünyada olan ne’mətlərdən,  matahlardan xəbərsiz qalır.
Amma həmin yoxsulun əlinə azca sərvət düşən kimi düz yoldan
azır,  özünü ətrafdakılardan üstün tutmağa başlayır.  Bu cüz’i


124
sərvət onun gözünü tutduğundan dərk edə bilmir ki,  hələ bir
çox şeylərdən məhrumdur.
Amma uyğun qəflət mə’nəviyyat sahəsində özünü daha
qabarıq göstərir.  Kiçik bir məsələdən xəbər tutan insan özünü
elm dəryası hesab edir.  Ona elə gəlir ki,  bilmədiyi məsələ
qalmayıb.
Yə’qin ki,  nəhv  (qrammatika-sintaksis)  aliminin hekayətini
eşitmisiniz.  Bu alim gəmidə yol gedərkən sadə tacirdən savay
həmsöhbət tapa bilmir. Alim öz alimliyini tacirə hiss etdirmək
üçün soruşur:
Siz nəhv elmindən nə qədər bilirsiniz?
Tacir cavab verir ki, bu elmdən xəbərsizdir.
Alim deyir:
Heyf! Ömrünün yarısını bada vermisən!
Bu sözlər tacirin xətrinə dəyir. Çox çəkmir ki, dənizdə tufan
qopur.  Tufan şiddətlənir.  Gəmi batmağa başlayır.  Gəminin
kapitanı sərnişinlərdən üzə bilib-bilmədiklərini soruşur.  Alim
bildirir ki, o üzə bilmir. Tacir alimə müraciətlə:
Heyf! Bütün ömrünü bada verdin – deyir...
Bəli, bə’zən bir ədəbiyyatçı elə güman edir ki, qrammatikanı
bilmək bütün elmlərdən xəbərdar olmaqdır.  Hansı ki,  sadəcə
üzgüçülüyü bilməməklə insan öz həyatı ilə vidalaşmalı olur.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin