Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə100/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   156
Əbədi öyüd 2022

FITRƏT ELM TƏŞNƏSIDIR
Dolaşıq məsələlərlə,  sonsuz suallarla qarşılaşdıqda atılası ilk
addım bu suallara cavab tapmaqdır. İnsan uyğun problemlərdən


121
yaxa qurtarmaq üçün hökmən yollar axtarmalıdır.  Mə’lum
məsələdir ki, bu suallara elm cavab verə bilər. Ona görə də elm
təhsili zəruridir.  Amma bu təhsil digər təhsillərdən köklü
şəkildə fərqlənir.  Bə’zi təhsillərdə məqsəd var-dövlət,  vəzifə,
ad-san qazanmaq olur.  Amma axirətlə bağlı təhsildə məqsəd
yalnız və yalnız Allahın razılığı olmalıdır. Hər anın görüşünü,
hər insanla rəftarı müəyyənləşdirmək lazımdır.  İlahi məqsədlə
oxunan elm olduqca dəyərlidir.
Olsun ki,  Həzrət  (ə)  bu məqsədlə təhsil və təhsil yolundakı
problemlərdən söhbət açır,  həyati əhəmiyyətli suallara yalnız
elm yolu ilə cavab verməyin mümkünlüyünü nəzərə çatdırır.
Digər bir tərəfdən elm insanın fitri tələbidir.  İnsan əqli
yetkinliyə çatmazdan qabaq öz daxilində məchulları mə’luma
çevirmək zərurəti hiss edir.  Məsələn,  üç-beş yaşlı uşaqlar
olduqca çox sual verirlər.  Bu onların elm və biliyə olan fitri
istəyindən qaynaqlanır.  Elmə olan fitri istək onun zəruriliyinə
olan şübhələri aradan qaldırır. Beləcə elm əldə etməzdən qabaq
onun faydalı olduğunu sübut etməyə ehtiyac qalmır.  Yə’ni
insanın
öz
suallarına
cavab
axtarmasının
səbəbəbini
müəyyənləşdirmək lazım gəlir. Bu istək insandan asılı deyil və
onun daxilindən qaynaqlanır. Bəli, bu ehtiyac uşaq yaşlarından
şö’lələnməyə başlayır və insanı elmə doğru hərəkətə sövq edir.
Əlbəttə ki, bu fitri istək xarici amillərin tə’siri altında güclənə
də bilər.  Məsələn,  yetkinlik yaşına çatmış insan anlayır ki,
qarşıya çıxan problemləri elmi yolla həll etmək lazımdır və
elmin işığından kənarda səadət yoxdur.  Həm fitri istək,  həm
ağılın tələbi sayəsində elmə olan maraq ikiqat artır.  Unutmaq
olmaz ki,  elmə rəğbəti artıran xarici aləm bə’zən bu rəğbəti
zəiflədə də bilər.  Məsələn,  elm yolundakı problemlər elmə
marağı zəiflədə bilər.  Bu incə nöqtələrdən xəbərsiz insan çox
vaxt müvəffəq ola bilmir.  Yə’ni xarici amil insanın Allaha
doğru hərəkətinə də, cəhalət girdabına sürüklənməsinə də tə’sir
edə bilər. Bə’zən təhsil yolundakı problemlər o qədər dərin olur
ki,  insanın oxuduqları onun zərərinə işlənir.  Min bir zəhmətlə


122
elm yolunda hərəkət edən insan bu yolda elə səhvlərə yol verə
bilər ki, oxuduqları ona bəlaya çevrilər. Ona görə də Həzrət (ə)
buyurur:  “Səni müxtəlif cəhalət və nadanlıqlara görə
məzəmmət etdim ki,  alim olduğunu zənn etməyəsən.”  Həzrət
(ə) axirətin əhəmiyyətini, dünyanın axirətlə müqayisədə yerini
bəyan etdikdən sonra həyat yolundakı mümkün cəhalətlərdən
həzər qılır. Bildirir ki, alim cəhalətdən amanda deyil və şeytan
daim pusquda dayanıb fürsət gözləyir. Mümkün böhranlar alim
övlad üçün başqalarından daha təhlükəlidir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin