ON DÖRDÜNCÜ DƏRS UĞUR Səni müxtəlif cəhalət və nadanlıqlara görə məzəmmət etdim ki, alim olduğunu zənn etməyəsən. Alim o şəxsdir ki, bildiklərini, bilmədikləri ilə müqayisədə az olduğunu anlasın. Ona görə də özünü cahil sayır, elm əldə etmək üçün çox çalışır və daim elm axtarır, elmə meyl edir, onda fayda axtarır. O, elm əhli qarşısında təvazökardır, daim sükut edir, xətadan həzər qılır, xəcalət çəkir. Bilmədiyi məsələ ilə qarşılaşdıqda bilmədiyini (cəhlini) inkar etmir. Çünki öz cəhalətini e’tiraf edir. Cahil isə o şəxdir ki, bilmədiyi işdə özünü alim zənn edir və öz fikri ilə kifayətlənir. Həmişə alimlərdən uzaq gəzir, onlara eyb tutur, ona müxalif olanı xətakar sayır, öz bilmədiyini azğınlıq hesab edir, bilmədiyi məsələ ilə üzləşdikdə onu inkar edir və deyir: “Bu məsələ ilə