Ustad Misbah Y?zdi


HƏZRƏT ƏLININ (Ə) NƏZƏRINDƏ DÜNYA



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə96/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   156
Əbədi öyüd 2022

HƏZRƏT ƏLININ (Ə) NƏZƏRINDƏ DÜNYA
Həzrət Əli  (ə)  öz övladına ən həqiqi nəzəriyyəni təqdim
edərək buyurur:  “Oğlum,  mən səni dünya və onun halından,
onun dəyişkənliyi və puçluğundan,  əldən-ələ düşməsindən
xəbərdar etdim.”  Bəli,  bu dünya davamlı deyil.  Dünya ilə
müqayisədə axirət misilsiz, ne’mət və şadlıqla dolu bir aləmdir.
Allah həmin aləmi öz sadiq dostları üçün hazırlamışdır. Axirət
aləmini dünya həyatı ilə müqayisə etməyiniz üçün bə’zi
nümunələr göstəririk.  Bu nümunələri nəzərdən keçirib,
düşünün.  Özünüz hansının üstün olduğunu müəyyənləşdirin.
Seçdiyiniz nümunəyə uyğun yaşayın. Həzrət (ə) buyurur: “Sənə
axirət və axirət əhli üçün Allahın hazırladıqlarından xəbər
verdim. İbrət götürməyin, onları öz işində rəhbər tutmağın üçün
hər ikisi haqqında misallar çəkdim.  Dünyanı sınağa çəkib


115
tanıyanların əhvalatı susuz,  qeyri-abad yerdə mənzil salıb,  bol
ne’mətli, dilbər guşəyə üz tutanların əhvalatı kimidir. Onlar yol
əziyyətini özlərinə asan bilib,  dostdan ayrılığı,  yemək və
yatmaq çətinliyini qəbul ediblər ki,  özlərini şadlıq mənzilinə
çatdırsınlar,  öz asayiş yerlərində rahatlansınlar.”  Dünyaya
bəsirət gözü ilə baxanlar onu tanıdılar.  Onlar quraqlıqdan
gülüstana üz tutmuş karvan kimidirlər. Çünki qarşıdakı mənzili
ideal bilir, bütün yol ağrılarına dözürlər. Onların həqiqi dostları
çatacaqları mənzildə olduğundan həmin aləmə düşmək üçün
hazırlıq görürlər.  Sözsüz ki,  səfər şəraiti ev şəraitindən ağır
olur.  Amma bu yolun yolçuları əmindirlər ki,  tezliklə əbədi,
rahat və geniş bir mənzilə çatacaqlar.  Ona görə də yol
çətinlikləri onları narahat etmir.  Məgər məhbubu ilə görüşə
tələsən aşiq yorğunluq hiss edərmi?!  Hətta bədən yorulsa da,
aşiq bu yorğunluğu hiss etmir.  Bu yolda xərclənilən pul zərər
sayılmır. Həqiqət yolunun yolçusu çəkdiyi zəhmətləri, xərcləri
özü üçün iftixar sayır.  Deyilənlər dünyanı olduğu kimi
tanıyanların halından nümunələr idi.
Amma bu əqidə müqabilində dünyanı zahir gözü ilə müşahidə
edib, ona aldananların əqidəsi dayanır. Onları aldadan dünyanın
ötəri şirnisi,  əlvanlığıdır.  Amma bir vaxt gəlir ki,  bu şirinlik
zəhərə,  əlvanlıq zülmətə çevrilir.  Qur’ani-kərimdə buyurulur:
“Dünya həyatı aldadıcı həzz və əyləncədən başqa bir şey deyil.”
Ayənin
ərəbcə
ifadəsindəki  “qurur”  kəlməsi  “yalan”
mə’nasında işlədilmişdir. Yə’ni dünya yalan vasitəsidir. Dünya
uşağa verilmiş sün’i əmziyə oxşayır.  Həmin əmzik uşağı
aldadıb başını qatdığı kimi, dünya da insanın başını qatıb, onun
diqqətini mühüm məsələlərdən yayındırır.  Əlbəttə ki,  dünyaya
aldananlar da bir neçə qrupdurlar. Onlardan bir qrupu dünyaya
heyvani nəzərlə baxır. Dünyanın sonunu puç hesab edənlər də
dünyaya aldananlardandırlar.  İstər dünyanın ötəriliyini dərk
etməyənlər, istərsə də onu ötəri bildikləri halda sonunu yoxluq
sayanlar dünyanın əsil mahiyyətindən qəflətdədirlər.


116
Dünyanın mahiyyətini dərk edənlərlə onun sonunu yoxluq
kimi başa düşənlər arasında oxşar cəhət odur ki,  hər iki qrup
dünyanı ötəri sayır.  Demək,  dünyaya heyvani nəzərlə
baxanların,  dünyanın sonunu yoxluq sayanların və dünyanın
mahiyyətini dərk edənlərin hər birinin səciyyəvi rəftarı var.
Bəli, xalq dünyaya üç baxışdan biri ilə baxır: Bir qrup insan
dünyanın ötəriliyini hiss etmədən heyvani həyat sürür,  digər
qrup insan dünya həyatının ötəriliyini hiss etsə də, onun sonunu
puç sayır, üçüncü qrup insanlar isə dünya həyatını axirətə doğru
səfər hesab edirlər.  Həzrət  (ə)  dünyaya aldananlar haqqında
buyurur:  “Dünyaya aldananların əhvalı isə ne’mət dolu
mənzildə yaşayıb,  oradan susuz,  ələfsiz mənzilə köçənlərin
əhvalatı kimidir.” Onlar üçün bu səfərdən ağır bir şey yoxdur.
Dünyadan ayrılmaq onlar üçün çox çətindir.  Heçliyə,  yoxluğa
yaxınlaşdıqlarını düşünənlər üçün hər nəfəs bir əzabdır.  Onlar
səfalı saydıqları mənzildən fəna bildikləri yerə köçmək
istəmirlər.  Yoxluq düşüncəsi onları o ki var sıxır.  Bununla
yanaşı dünya həyatını fürsət bilib ondan qədərincə ləzzət
almağa çalışırlar.  Çünki yalnız dünya həyatını barlı-bəhrəli,
ləzzətli güman edirlər.  Onların fikrincə,  ölümdən sonrakı
mənzildə heç bir xoşluq yoxdur.
İnsan qeyd olunan iki yolu bəsirət gözü ilə nəzərdən keçirib,
öz baxışını müəyyənləşdirməlidir:
1. Həyat beş günlükdür (müvəqqətidir). Bu baxışa görə həyat
ölümlə başa çatıb,  puç olur və ondan sonra heç bir ne’mət və
yaşayış yoxdur. Nə varsa elə bu beş günlük dünyadadır.
2.  Həyat əbədi axirət həyatıdır.  Yə’ni beşgünlük dünyamız
həmin axirət dünyası ilə müqayisə olunası deyil. Bu dünya əsil
məqsəd olan axirət dünyasına keçiddir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin