Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə92/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   156
Əbədi öyüd 2022

2. DÜNYA KEÇİD YERİDİR
Digər  bir  qrup  insanlar  özləri  və  ətrafları  haqqında
düşünürlər. Onlar anlayırlar ki, dünya həyatı ötəridir. Bu qrup
insanlar 
təyyarədə 
yuxudan 
oyanıb, 
ətrafdakıların
yeyib-içməkdə olduğunu, təyyarənin isə fəzada hərəkət etdiyini
müşahidə  edən  sərnişinə  oxşayırlar.  Təyyarəni  bir  başqa  şəxs
idarə etdiyindən kimsə bu hərəkətin qarşısını ala bilməz. Qəfil
oyanıb  harada  olduğunu  dərk  etməyən  insan  heç  vəchlə  bu
hərəkətə  tə’sir  göstərə  bilmir.  Təyyarənin  hərəkəti  onun
sərnişinlərinin iradəsindən asılı deyil. Sərnişinlər anlayırlar ki,
acizdirlər.  Onları  yalnız  harada  olduqları,  hansı  istiqamətdə
hərəkət  etdikləri,  nə  vaxt  mənzil  başına  çatacaqları
maraqlandırır.
Bəli,  bir  qrup  insanlar  anlayırlar  ki,  “zaman”  təyyarəsinin
sərnişinləridirlər  və  bu  təyyarənin  sür’əti  onlardan  asılı  deyil.
Onlar dərk etmişlər ki, insan zamanın gedişi qarşısında acizdir.
Zaman  bir  an  belə  dayanmadan  irəli  şütüyür.  İnsan  onu
yubatmaq  iqtidarında  deyil.  Əslində  bu  hərəkəti  hiss  etmək
çətin  deyil  və  bütün  insanlar  dünyanın  və  insan  ömrünün
ötəriliyini dərk edə bilərlər.
Növbəti  sual  yaranır:  Varlıq  aləmi  haradan  haraya  hərəkət
edir?  Ömür  təyyarəsi  bizi  bu  sür’ətlə  haradan  haraya  aparır?
İnsanın  aqibəti  nədir?  “Haradan  gəldiyini,  haraya  gedəcəyini
bilən insana Allahın mərhəməti olsun”– buyurulmuşdur. Amma


112
bu  sualın  cavabında  baxışlar  daha  çox  haçalanır.  Müəyyən
baxışları nəzərdən keçirək:

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin