ON ÜÇÜNCÜ DƏRS DÜNYANıN MAHIYYƏTI (HƏQIQƏTI) Oğulm, mən səni dünya və onun halından, onun dəyişkənliyi və puçluğundan, əldən-ələ düşməsindən xəbərdar etdim. Sənə axirət və axirət əhli üçün Allahın hazırladıqlarından xəbər verdim. İbrət görürməyin, onları öz işində rəhbər tutmağın üçün hər ikisi haqqında misallar çəkdim. Dünyanı sınağa çəkib tanıyanlarır əhvalatı susuz, qeyri-abad yerdə mənzil salıb, bol ne’mətli, dilbər guşəyə üz tutanların əhvalatı kimidir. Onlar yol əziyyətini özlərinə asan bilib, dostdan ayrılığı, yemək və yatmaq çətinliyini qəbul ediblər ki, özlərini şadlıq mənzilinə çatdırsınlar, öz asayiş yerlərində rahatlansınlar. Bu yolda qazandıqları əziyyəti əzab saymamalı, ödədikləri səfər xərcini zərər bilməməlidirlər. Onlar üçün ən sevimli şey onları (əbədi)