2. ALLAHA TƏVƏKKÜL Təhsilin digər bir şərti Allahdan yardım diləmək və Ona
təvəkkül etməkdir. Həzrət (ə) buyurur: “təhqiqə başlamazdan
əvvəl Allahdan yardım dilə, yardım almaq üçün ona üz tut.”
Dərin biliyə gedən yollarda təhlükəli döngələr olduğundan bu
yola çıxmış insan niyyətini xalis edib, Allahdan kömək
istəməlidir. İlahi maarifi, dini göstərişləri olduğu kimi dərk
etmək üçün belə bir şərt ödənməlidir. Allahın diqqəti olmadan
kimsə öz hədəfinə çatmaq gücündə deyil. Əlbəttə ki, məqsəd nə
qədər çox müqəddəs olarsa, Allaha bir o qədər çox təvəkkül
etmək lazım gəlir. Yalnız işin başlanğıcında yox, bütün təhsil
boyu insan Allahın diqqətinə ehtiyaclıdır. Təhsil boyu hər bir
məsələnin dərkində ilahi yardımdan faydalanmaq, həzrət haqqı
unutmamaq lazımdır.