Ustad Misbah Y?zdi


DINI MAARIFƏ YIYƏLƏNMƏ YOLLARı



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə83/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   156
Əbədi öyüd 2022

DINI MAARIFƏ YIYƏLƏNMƏ YOLLARı
Uyğun dəyərli tövsiyyəni bəyan edərkən deyilməlidir ki, ilahi
maarifə  yiyələnmək  üçün  iki  yol  var:  Yollardan  biri  dini
zəruriyyətləri  ətraflı  şəkildə  öyrənmək  və  möhkəm  dəlillərlə
sübuta  yetirmək,  şər’i  hökmlərdə  isə  başqalarına  təqlid
etməkdir. Məsələn, tövhid və nübuvvətin sübutu üçün möhkəm
dəlillər  əldə  etdikdən  sonra  ikinci  dərəcəli  mə’lumatları


104
başqalarından  almaq  olar.  Eləcə  də  Qur’anın  Allah  kitabı
olmasına  dəlillər  vasitəsi  ilə  əmin  olduqdan  sonra  bu  kitabın
köstərişlərinə  əməl  etmək  qalır.  Qur’ana  iman  gətirən  insan
mələklərin,  bərzəxin,  qiyamətin,  cənnət-cəhənnəmin  varlığı
üçün sübut axtarmaya bilər. Çünki sadalanan xəbərlər Qur’anda
bəyan olunmuşdur. E’tiqadlara belə bir münasibətlə yanaşıldığı
vaxt  əməli  hökmlərə  də  bu  yolla  təslim  olmaq  lazım  gəlir.
Məsələn, namazın, orucun zəruriliyi sübuta yetdikdən sonra bu
ibadətlərə  aid  kiçik  məsələlərdə  mütəxəssislərə  təqlid  etmək,
onların göstərişlərini yerinə yetirmək kifayətdir. Bu yolu seçən
insan  özünü  artıq  zəhmətə  salmadan  bir  çox  məsələləri  hazır
şəkildə  başqalarından  öyrənir.  Vəsiyyətnamədə  aşkar  şəkildə
bildirilir  ki,  insan  çalışaraq  e’tiqad  və  əməl  bünövrəsini
möhkəmləndirməlidir.  Dini  zərurətləri  sübuta  yetirərək  qəbul
edən insan heç vaxt şəkk-şübhəyə düşüb, yolundan azmır. Dini
əsaslara əmin olduqdan sonra insan Allahın və Peyğəmbərin (s)
buyuruqlarını istisnasız olaraq düzgün sayır və nə üçün niyəsiz
əməl  edir.  Məsələn,  bir  şəxsdən  ilk  qəbir  gecəsi  haqqında
soruşulduqda o, tərəddüd etmədən Peyğəmbər (s) və Əhli-beyt
buyuruqlarına  istinad  edərək  cavab  verir.  Bu  yola  yolçuluq
edən  bəndə  dini  zərurətlər  dairəsində  kənarda  axtarışlar
aparmaqla  özünü  zəhmətə  salmır.  Bu  yol  digər  yola  nisbətən
daha təhlükəsiz və az məs’uliyyətlidir.
Dini maarifə yiyələnməyin ikinci yolu bütün e’tiqadi və əməli
işlərdə yetərli dəlillər əldə olunmasıdır. Bu yolu seçən insanlar
ən kiçik məsələlərdə belə dəlil axtarır,  kimsənin mövqeyinə
istinad etmir, yalnız əldə etdiyi sübutları e’tibarlı sayır. Sözsüz
ki,  ikinci yolu seçənlər və davam edənlər çox azdır.  Çünki
bütün kiçik məsələləri araşdırıb,  yetərli dəlillər əldə etmək
olduqca çətindir. Bu yol ideal və üstün yol olsa da, hamı üçün
müyəssər deyil. İste’dadlı və lazımınca vaxtı olan, kifayət qədər
diqqət göstərən,  pak və qüvvəli insanlar bu yolu gedə bilər.
Amma şərait olmadıqda bu yola can atmaq lazım deyil. Birinci
yol daha rahat və məqsədəuyğundur. Birinci yolu gedənlər “nə


105
üçün belə edirsiniz”  sualına belə cavab verirlər:  Mütəxəssisin
nəzərinə əsasən! Axı bir çox digər işlərdə də insan birinci yola
uyğun olaraq mütəxəssisə üz tutur.  Xəstəlik,  inşaat işləri və
digər problemlərlə qarşılaşan insan tərəddüd etmədən
mütəxəssisə müraciət edir.  Dinin əməli hökmlərində də eyni
üsulla hərəkət etmək lazımdır.  Həkimə inanan insan heç vaxt
onun yazdığı dərman nüsxəsini araşdırmır.  Bütün bunları
nəzərə alaraq,  ikinci yolla getmək mümkün olmadıqda,  daha
təhlükəsiz olan birinci yolla getmək lazımdır.  Böyük
çalışqanlıq,  xalis niyyət,  yetərli vaxt,  zəruri iste’dad olmadığı
halda ikinci yola qədəm qoymaq özünü aşkar təhlükəyə
atmaqdır. Şərait olduqda isə bütün xırdalıqların dəlil vasitəsi ilə
qəbulu çox yaxşıdır.  Həzrət  (ə)  məhz bunu sevərək buyurur:
“Tövsiyyələrim arasında ən çox sevdiklərimə diqqət yetir.”
Yə’ni elm və əməldə təqva,  vacib göstərişlə əməl et.  Diqqət
edin ki,  bu günkü dünyamızda bu məsələ nə dərəcədə
əhəmiyyətlidir.  Bu məsələyə əməl edən insan bir çox
büdrəmələrdən qoruna bilir.  Yanlışlığa düçar olanların
əksəriyyəti bu vəsiyyətə əməl etməyən, elm təhsilində tələsən,
ustadsız elm meydanına girənlərdir. İnsan əvvəlcə öz vəzifəsini
müəyyənləşdirməlidir. Lazımınca iste’dad, çalışqanlıq, vaxt, ən
əsası xalis niyyət olmadan müvəffəq olmaq mümkünsüzdür.
Allahdan yardım istəmədən qədəm götürməkdənsə,  oturmaq
daha yaxşıdır.
Həzrətin  (ə)  bildirdiyi kimi,  ilkin əldə olunası ne’mət bütün
peyğəmbər və övliyaların vəsiyyət etdiyi ilahi təqva, bəndənin
Allahdan çəkinməsidir.  Sonra isə Allahın bəndəyə vacib
buyurduğu əmrlər gəlir.  Həzrətin  (ə)  buyuruğunun mə’nası
budur ki, zəruri sə’y, pak niyyət, vaxt yetərincə deyilsə, e’tiqad
əsasları ilə kifayətlənib,  əməldə təqlid etmək lazımdır.  Bir
sözlə, insan müəyyənləşdirməlidir ki, Allah qarşısında vəzifəsi
nədir.  Vacib olan əqidə əsaslarını dərk edib,  dini zərurətləri
öyrənməkdir.  Başqa işlərə şərait yoxdursa,  həmin işlər vacib
sayılmır. Vacib olmayan, güc çatmayan işlərə girişməyin sonu


106
peşmançılıq, təəssüfdür. Həzrətin (ə) buyuruğunda əməl ediləsi
üçüncü tövsiyyə saleh sələflərin təcrübəsidir. İmam (ə) keçmiş
saleh
mö’minlərin
zəhmətlə
əldə etdiyi təcrübələrdən
faydalanmağı tapşırır.  Bu təcrübələrin arxasında ciddi
araşdırmalar,  böyük zəhmət dayanır.  Həmin sələflər sənin bu
günki diqqət və düşüncəndən xəbərsiz olmamışlar.  Onlar öz
həyatları haqqında düşünmüş,  inanmalı və əməl etməli
olduqlarını müəyyənləşdirmişlər.  Bu gün e’timad etdiyimiz
əcdadlarımız, sələflərimiz uzun araşdırmalardan sonra müəyyən
nəticələrə
gəlmişlər.  Onlar
bildiklərinə
əməl
etmiş,
anlamadıqlarını özlərindən kənarlaşdırmışlar.  Hər halda
sələflərin yolu həzrət Əlinin  (ə)  tövsiyyə etdiyi e’tibarlı
yollardandır.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin